İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni tələbələr təxribatçı keşişi GÖRÜN necə qarşıladılar

1492 14.05.2024 11:48 Region A A

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan İrəvan Dövlət Universitetinin həyətində rəqslə qarşılanıb.

Musavat.comNews.am”a istinadən xəbər verir ki, təxribatçı keşiş İrəvan Dövlət Universitetindən sonra Jurnalistlər İttifaqına, daha sonra İrəvandakı Qaregin Njde Meydanına gedəcək.

Qeyd edək ki, səhər saatlarından Ermənistanın paytaxtında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb. Məlumata görə, 38 aksiya iştirakçısı İrəvanın müxtəlif polis idarələrinə aparılıb.

İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı da saxlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR