İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu il ilk dəfə “Meta” platformasının səhmlərinə 179 milyon sərmayə qoyulub

444 29.04.2024 16:46 Siyasət A A

 

“Dövlət Neft Fondu aldığı səhmlərdə ciddi dəyişikliklər edib. Yəni cari ilin birinci rübündə Fondun texnoloji səhmlər paketində tendensiya belə olub. “Microsoft”un səhm portfeli  12,8% artaraq 494 mln. dollara çatıb. “Apple” üzrə səhm portfeli   15,5% azalaraq 419 mln. dollara enib. “NVIDIA”nın səhm portfeli 169 mln. dollar artıb və 371 mln. dollara yüksəlib. “Amazon”-un səhm portfeli 233 mln. dollardan 279 milyon dollara çatıb”.

 Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. O əlavə edib ki, bu il ilk dəfə olaraq “Meta” platformasının səhmləri də alınıb və Fond bu səhmlərə 179 milyon sərmayə qoyub. Beləliklə, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı  qaydada olub:

- “Microsoft” 494 milyon ABŞ dolları,

- “Apple” 419 milyon ABŞ dolları,

- “NVIDIA” 371 milyon ABŞ dolları,

- “Amazon” 279 milyon ABŞ dolları,

- “Alfabet” (“Google” ) 258 milyon ABŞ dolları,

- “Meta” 179 milyon ABŞ dolları. Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır. Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan NVİDİA -ya investisiyanın artırılması da məntiqlidir.

Amma, dəfələrlə bu mövzuda təkliflərimiz də olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi  iş birliklərinin də qurulması çox vacib və faydalı olardı.

Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır. Xatırladıram ki, bu siyahıda olan şirkətlərin 3-ü ilə Ermənistanın ciddi işbirliyi və birgə layihələri var”.

Fond bundan əvvəl, 2023-cü ilin yekununa görə  ən çox 5 şirkətin səhmlərini almışdı. “Apple” 496 milyon ABŞ dolları, “Microsoft” 438 milyon ABŞ dolları, “Alfabet” “Google” 258 milyon ABŞ dolları, “Amazon” 233 milyon ABŞ dolları, “NVIDIA” 202 milyon ABŞ dolları.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR