İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistana vasitəçi lazım deyil - Smadiyarovun açıqlamasına REAKSİYA

737 29.04.2024 16:37 Siyasət A A

“Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edirəm. Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

O bildirib ki, 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı:

“Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir. Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir. Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezidentinin qısa zaman kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR