İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX-dan ƏMƏLİYYAT: İrandan 6 kiloqramdan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

554 29.04.2024 10:13 Ölkə A A

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının sərhədçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Bu barədə Musavat.com-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR