İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı VİDEO

798 29.04.2024 10:04 Region A A

Ermənistan polisi hökumət binası yanında Azərbaycan ərazisində ləğv olunmuş separatçı rejimin əski parçası ilə aksiya keçirən gənci həbs edib.

Musavat.com Moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Facebook”un erməni seqmentində istifadəçilərindən biri video yayımlayb.

Məlumatda bildirilir ki, erməni dığası çiyinlərində “artsax”ın əski parçası ilə təkbaşına hökumət binasına gəlib və etirazını bildirərək baş nazir Paşinyanın istefasını tələb edib. O, Qazaxıın işğal altındakı kəndləri ərazisində keçirilən etiraz aksiyalarından yenicə qayıdıbmış.

“Yoldan keçəndə gördük, yaxınlaşıb söhbət etdik, kim olduğunu soruşduq. Bir neçə saniyədən sonra polis gəlib gənci nəzarətə götürdü”, – erməni istifadəçi belə yazıb.

Xatırladaq ki, bu ərəfədə İrəvanın mərkəzində bir qrup dığa Qazaxın kəndlərinin qaytarılmasına etiraz edən Tavuş sakinlərinə dəstək aksiyası keçirib.

Etirazçılar “Tavuş”, “artsax”, “Qoşul” şüarları səsləndirib, separatçı rejimi böyük əski parçasını qaldırıblar.

Eyni zamanda "artsax"ın qondarm "himn"i səsləndirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR