İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibarnamə ilə əmlak almayın! - Ekspertdən SOS xəbərdarlıq  

655 29.04.2024 17:43 Siyasət A A

"Etibarnamə yolu ilə əmlak almamağa çalışın. Bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur"

Musavat.com bildirir ki, bu barədə əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib.

"Əgər hər hansı bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalırsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilmiş olmalıdır.

Eləcə də, etibarnamə ilə əmlak almaq məcburiyyətində qalırsınızsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparın. Bu araşdırmanı qonşulardan, bələdiyyədən, "JEK", sahə müvəkkili və sair aidiyyəti qurumlardan maraqlana bilərsiniz. Əmlakın sahibinin özü ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməyin",- deyə ekspert qeyd edib.

 Elnur Fərzəliyev həmçinin, xarici ölkələrdən, xüsusən də Rusiyadan satış üçün göndərilmiş etibarnamələrdən ehtiyatlı olmağı tövsiyə edib.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR