İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda gərgin ANLAR: Keniyalı qadın soyunaraq polisə müqavimət göstərdi

1251 29.04.2024 14:05 Dünya A A

Türkiyənin İstanbul şəhərinin Mecidiyeköy rayonunda polisin sənəd yoxlanışı zamanı keniyalı qadın oturma izninin olmadığı üzə çıxanda soyunmağa başlayıb.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən günorta saatlarında baş verib.

Bildirilib ki, günorta saatlarında şəxsiyyət vəsiqəsini yoxlayan polis qrupu keniyalı qadını saxlayıb.

Lakin yaşayış icazəsinin müddəti bitən və pasportu olmayan qadın polislə mübahisə etməyə başlayıb. Bu zaman qadın saxlanılmamaq üçün soyunmağa başlayıb.
Alt paltarında qalan qadına örtmək üçün qadın polislər yorğanla müdaxilə edib.

Pasportu olmayan və yaşayış icazəsinin müddəti bitən qadının polis bölməsində ifadəsi alındıqdan və məhkəmə prosedurları tamamlandıqdan sonra deportasiya prosedurlarının başa çatdırılması üçün deportasiya mərkəzinə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR