Təsisçi: Isa Qəmbər
Baş redaktor: Rauf Arifoğlu
|
|
|
Gündəm
|
DÜNYANIN ƏN BALACA PREZİDENTİ...
...Azərbaycandan çox böyük şey apardı
O, Cənubi Koreya prezidenti Kim Çin İri geridə qoydu. Yox, söhbət hansısa rekorddan-filandan getmir. Dünən internetdə axtarış verərkən məlum oldu ki, sən demə, Rusiya prezidenti Dmitri Medvedev prezident seçilənədək dünyanın ən balacaboy dövlət başçısı elə Cənubi Koreya lideri imiş. İndi Medvedev balaca boyu ilə hamını qabaqlayıb.
|
“RUSİYA İSLAM DÜNYASININ BİR HİSSƏSİDİR”
Bu bəyanatı Dmitri Medvedev Bakıda dindarlarla görüşdə verib
Rusiya prezidenti Dmitri Medvedev Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüş keçirib. APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, bu görüş Azərbaycanda dini konfessiyalar arasında pozitiv münasibətlərin olduğuna sübutdur.
|
Siyasət
|
İLHAM ƏLİYEV HANSI QRUPA “STAVKA” EDƏCƏK?
O, seçkidən sonra “Mehdiyev-Usubov”, “zəngin oliqarxlar” və “yeni Ailə” qruplarından birini önə çıxarmağa məhkumdur
Hakimiyyətin sürətlə yaxınlaşan prezident seçkiləri və ondan sonrakı mərhələdəki davranışları məsələsi bu gün siyasi çevrələrdə ciddi müzakirə mövzusu olaraq qalır. Bəzi mülahizələrə görə, hakim komanda 2008 seçkisinə son 5 ildəki yarıtmaz siyasət, ilk növbədə ölkədəki bahalıq, işsizlik, yoxsulluq və özbaşınalıq üzündən çox pis reytinqlə və nəzərəçarpacaq dərəcədə daralmış siyasi-elektoral imkanlarla gedir deyə onun bu kampaniyadakı vəziyyəti ağır olacaq. Başqa fikirlərə görə isə neft satışından əldə edilən çoxmilyardlı gəlirlər, Qərbin neft-qaz qoxusuna “həssaslığı”, bir də seçki tərəddüdləri içində olan müxalifətin dağınıqlığı iqtidar komandasının bu minusunu ört-basdır edib onun hakimiyyətdə qalmaq şanslarını artırır.
|
“AZADLIQ” “YENİ MÜSAVAT”a RƏSMƏN EMBARQO QOYUB
Rəşid Hacılı: “Ayrı-seçkiliyə yol verildiyi üçün məhkəmədə məsələ qaldırmaq mümkündür”
“Azadlıq” blokunun rəhbərliyinə daxil olan şəxslərin “Yeni Müsavat” qəzetinin əməkdaşlarının suallarına cavab verməkdən imtina etmələri barədə bir həftə öncə yazmışdıq. O zaman da qeyd etmişdik, bir daha bildiririk ki, qəzet olaraq bizim sözügedən quruma onların düşündükləri kimi ehtiyacımız yoxdur. Bizi əsas maraqlandıran və bu məsələnin üstündə israrlı dayanmağımız özünü demokratiya, azad mətbuat, jurnalist hüquqlarının qorunması uğrunda mücahid kimi cəmiyyətə təqdim edən blokun, siyasətçilərin əsl mahiyyətini açıb ortaya qoymaqdır.
|
Ölkə
|
AZƏRBAYCAN RUSİYANIN 7, İRANIN İSƏ 2 GƏMİSİNİ SAXLAYIB
Dövlət sərhəd mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində iyun ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 14 halda 19 nəfər sərhəd pozucusu saxlanılıb.
|
2010-cu İLDƏN SONRA MƏNZİLLƏRİN QİYMƏTİ DÜŞƏCƏK
Nüsrət İbrahimov: “Tikinti sektorunda təsadüfi adamlar çoxluq təşkil edir”
Son günlər tikinti bazarında maliyyə fırıldaqlarına dair faktlar genişlənməkdədir. “Bizim Yol” qəzetinin yazdığına görə, “GEN” MMC ilə bağlı hadisədən sonra 12 tikinti maqnatı ölkəni tərk edib. Yeri gəlmişkən, 2006-cı illə müqayisədə 2008-ci ildə mənzil tikintisində 6 dəfəyə yaxın azalma baş verib. Xatırladaq ki, Azərbaycanda 2000-ci illərin əvəllərindən başlayaraq, xüsusilə 2003-2004-cü ildən sonra böyükmiqyaslı mənzil tikintisi bumu yaşandı. O zaman tikinti bumunun səngiyəcəyi proqnozlaşdırılsa da, indiki situasiyada 2006-ci illə müqayisədə 6 dəfə azalmanın baş verəcəyi gözlənilən deyildi.
|
Dünya
|
PKK-nın “PUL KİSƏSİ” BU DƏFƏ FRANSADA HƏBS OLUNDU
Terrorçu Nedim Seven bu ilin martında Ermənistana getmək istərkən Romada yaxalanmışdı
PKK terror təşkilatının Avropadakı maliyyə əməliyyatlarını idarə edən və təşkilatın “pul kisəsi” kimi tanınan Nədim Seven Fransada həbs olunub. “Frans press” agentliyinin məlumatına görə, Fransada daha əvvəl haqqında terror təşkilatına maliyyə dəstəyi göstərmək, çirkli pulların yuyulmasını təşkil etmək, qaçaqmalçılıq kimi ittihamlardan cinayət işi qaldırılan Seven bu dəfə məhkəmə qarşısında verdiyi iltizamı pozmaq ittihamı ilə saxlanılıb.
|
AKP-nin İŞİ 4-5 HƏFTƏYƏ BİTƏCƏK
Konstitusiya Məhkəməsi hakim partiyanın bağlanmasına dair iddiaya baxılmasını yekunlaşdırmaq üzrədir
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair Konstitusiya Məhkəməsində davam edən proses 4-5 həftəyə yekunlaşacaq. Bu barədə məhkəmənin başqan vəkili, işə baxan hakim Osman Paksüt jurnalistlərə bildirib. Xəbər verildiyi kimi, iyulun 1-də iddianı qaldıran Cümhuriyyət baş prokuroru Əbdürrəhman Yalçınqaya Konstitusiya Məhkəməsinin üzvləri qarşısında hakim partiyaya qarşı şifahi ittiham oxuyub. Baş prokuror mövqeyində qalaraq bildirib ki, AKP Türkiyədə dünyəvi dövlətə qarşı həyata keçirilən sistemli fəaliyyətlərin mərkəzi halına gəlib və bağlanmalıdır. İyulun 3-də isə AKP ittihama qarşı məhkəmə qarşısında özünü müdafiə edib.
|
Kriminal
|
İRKUTSKDAKI ATIŞMADA BİR AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ
Digər soydaşımız isə yaralanıb
İrkutsk yaxınlığında baş verən atışmada 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı öldürülüb. APA-nın məlumatına görə, insident Anqara çayı yaxınlığında istirahət edən üç azərbaycanlı ilə yerli sakin arasında baş verib. Azərbaycanlılarla mübahisə edən içkili İrkutsk sakini maşından ov tüfəngini götürərək soydaşlarımıza atəş açıb.
|
RUSİYADA VERTOLYOT QƏZASINDA 9 NƏFƏR ÖLDÜ
Onlardan biri azərbaycanlıdır
Dünən səhər radələrində Nijnevartovsk - Varqinsk istiqamətində hərəkət edən Mİ-8 vertolyotu qəzaya uğrayıb. APA-nın məlumatına görə, qəza nəticəsində vertolyotda olan 16 nəfərdən 9-u həlak olub, 7 nəfər isə yaralanıb. Həlak olanların hamısı “Servisnaya Buravaya kompaniya” şirkətinin əməkdaşlarıdır. Şirkətdən APA-ya bildirilib ki, qəzada dünyasını dəyişənlər arasında soydaşımız, 1962-ci il təvəllüdlü Allahverdiyev İmalat Əhməd oğlu da var. Qəzanın səbəbləri araşdırılır.
|
İqtisadiyyat
|
İQTİSADİYYAT İNHİSARÇILARIN GİROVUDUR
Vüqar Bayramov: “Monopolistlər ilin birinci yarısında öz qiymətlərini diqtə edə bildilər”
2008-ci ilin birinci yarısı başa çatsa da, bu müddət ərzində ölkənin iqtisadi-sosial həyatında müsbətə doğru dəyişikliklər müşahidə edilmədi. İlin əvvəlində 2008-ci il üçün 12 faizlik inflyasiya proqnozlaşdıran hökumətin hesablamaları yenə də özünü doğrultmadı. Bu ilin ilk 5 ayında Azərbaycanda istehlak qiymətləri indeksi 14,65 faiz oldu. İlin əvvəlindən başlayan tendensiya ötən 6 ay boyunca davam etdi. Belə ki, ümumi qiymət bahalaşması daha çox ərzaq məhsullarında qeydə alındı.
|
BUŞUN ADAMI KÜRDLƏRLƏ NEFT MÜQAVİLƏSİ BAĞLAYIB
Amerka Konqresi prezidentin bərzani ilə şübhəli əlaqələrini ortaya çıxarıb
Amerika Konqresinin Nəzarət Komitəsi prezident Buşun İraqın şimalına nəzarət edən kürd administrasiyası ilə şübhəli münasibətlərini ortaya çıxarıb. Komitənin rəhbəri Henri Uoksman bəyan edib ki, Buş administrasiyaı Texas neft şirkəti “Hunt Oil”la kürd administrasiyası arasında ötən il imzalanmış şübhəli neft müqaviləsi haqda əvvəlcədən məlumatlı olub. Bu müqavilə Bağdad hökumətinin başı üzərindən imzalanıb və sünnülərlə şiələr arasında narazılığı artırıb. O vaxt Buş bəyan edib ki, müqavilənin hazırlanmasından xəbəri olmayıb və İraqın mərkəzi hökumətinin razılığı olmadan belə müqavilənin imzalanmasını pisləyir.
|
Media
|
ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ
İlqar Nəsibov Avropa Məhkəməsinə müraciət edəcək
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın sədrliyi ilə “Azadlıq” radiosunun müxbiri, Naxçıvanın Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibovanın verdiyi kasassiya şikayətinə baxılıb. Hakim Apelyasiya Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bu barədə qəzetimizə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan bildiriblər. Məlumata görə, Nəsibova qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklərini bildirib.
|
“STREKALİNİN VƏKİLİ DƏ MƏHKƏMƏDƏ ONU MÜDAFİƏ ETMƏDİ”
Elçin Sadıqov: “Aqil Xəlilin növbəti dəfə prosesə gəlməsinə ehtiyac qalmayıb”
“Adətən Sergey Strekalin kimi ”günah"ını boynuna alıb, fədakarlıq edən şəxslərə çox az cəza verilir". Bunu bizə açıqlamasında “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin vəkili Elçin Sadıqov bildirdi. Onun sözlərinə görə, ümumi proseslər A.Xəlili bıçaqlamaqda ittiham edilən şəxsin xeyrinədir. Müsahibimiz srağagünkü prosesdə də bunun əlamətlərinin hiss olunduğunu söylədi.
|
İdman
|
BELÇİKA KLUBU “NEFTÇİ” RƏSMİLƏRİNİ “CASUS” ADLANDIRDI
Flaqmanın “Jerminal”la oyunlarının hakimləri bəlli olub
“Neftçi”nin İntertoto kubokunun ikinci mərhələsindəki rəqibi “Jerminal” növbəti yoldaşlıq oyununu keçirib. “APA-Sport”un məlumatına görə, əvvəlki 4 yoxlama matçında inamlı qələbə qazanan antverpenlilər aşağı dəstə təmsilçisi “Kappellen” komandası ilə bacarmayıb - 0:0.
|
MİLLİMİZ 6 PİLLƏ DƏ GERİLƏDİ
Komandamız yeni antirekord müəyyənləşdirib
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 6 pillə geriləyən Azərbaycan yığması 191 xalla 139-cu yerdədir. Komandamız son reytinq hesablanan müddətdə Bosniya və Herseqovina ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə məğlub olsa (0:1) da bu, irəliləyişə səbəb olmuşdu. Amma Andorranı səfərdə məğlub (2:1) etmək geriləmə ilə nəticələnib.
|
Mədəniyyət
|
TEYMUR ƏMRAH MÜĞƏNNİ HƏMKARINI NİYƏ DİŞLƏYİB?
Polisə şikayət edən Mehriban İsayeva işini itirdiyini deyir
Lent.az-da yayılan məlumata görə, müğənni Teymur Əmrah “Çanaqqala” restoranında birlikdə çalışdığı gənc müğənni Mehriban İsayevanı döyüb. M.İsayeva iddia edir ki, T.Əmrah bu restoranda işləyən müğənnilərlə yola getmir. Onun sözlərinə görə, artıq bir ildir T.Əmrahın təhqirlərinə dözür. O bildirib ki, iyunun 29-da sözügedən restoranda Teymur Əmrah tərəfindən fiziki təzyiqə məruz qalıb: “İşimi itirməmək üçün onun təhqirlərini birtəhər yola verirdim. Amma səbr kasam doldu, etirazımı bildirdim, o da məni dişlədi və döydü”.
|
“TEATRDAN GETMƏYİMİ İSTƏYƏNLƏR VAR”
Məleykə Əsədova: “Xalq artisti fəxri adına görə paxıllığımı çəkirlər”
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova bəzi həmkarları tərəfindən əsl rəqibə çevrildiyini iddia edir. Onun fikrincə, buna səbəb aktrisanın gənc yaşlarından xalq artisti adını alması olub. Teatra gələn gündən daha çox klassik obrazlar yaratması ilə fəxr duyan M.Əsədova bunun üçün kifayət qədər istedadlı olduğunu bildirir: “İstəyir yüz il səhnədə ol, əgər yaratdığın obraz insanın ruhunu tərpədə bilməyibsə, dövlət bunu qiymətləndirməyəcək. Həmişə səhnə məsuliyyətini hiss etmişəm. Elə gün olub ki, tamaşadan öncə üç dəfə məşq etmişəm. Mən çəkdiyim zəhmətin bəhrəsini görürəm”.
|
|
|
|