|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mənsur Məmmədovun ölümcül döyülməsi barədə etibarlı mənbədən “Yeni Müsavat”a məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, təxminən bir ay əvvəl icra başçısı Rusiyanın məşhur istirahət zonası sayılan Kislovodska gedib. M.Məmmədov istirahətə tək yollanmayıb, Azərbaycan parlamentinin xanım deputatlarından biri də onunla bərabər Kislovodskda olub. (Həmin deputatın adını bilirik sadəcə etik qaydalara görə açıqlamırıq - red). Amma xanım deputat istirahət məkanında M.Məmmədovla birlikdə cəmi beş gün qalandan sonra Azərbaycana dönüb. Bundan bir neçə gün sonra isə icra başçısı Kislovodskdakı restoranların birində yeyib-içəndən sonra restorandakı xanımların biri ilə tanış olmaq istəyib. Həmin xanımla birlikdə restoranda əylənən şəxslər M.Məmmədovun bu hərəkətindən qəzəbləniblər və onların arasında mübahisə başlayıb. Sonradan əlbəyaxa davaya çevrilən insident zamanı M.Məmmədov möhkəm döyülüb və ciddi xəsarətlər alıb. Mənbənin sözlərinə görə, küt alətlərlə yetirilən xəsarətlər nəticəsində icra başçısı huşunu itirib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti o qədər ağır olub ki, hətta həkimlər M.Məmmədovun həyata qaytarılacağına ümid etmədiklərini bildiriblər. Amma bir neçə gündən sonra M.Məmmədovun səhhətində müsbətə doğru dönüş olub və hazırda onun müalicəsi Rusiyada davam etdirilir. Ona xəsarət yetirənlərin saxlanılıb-saxlanılmadıqları, “razborka”nın sonra hansı formada davam etdirilməsi barədə məlumatlar yoxdu. Mənbə onu da qeyd edib ki, bu davadan sonra M.Məmmədovun bıçaq və ya oldu silahla vurulduğu barədə də məlumatlar dolaşıb. Samir KAZIMLI, Teymur HÜSEYNLİ 14905 dəfə baxılıb
|
[22.02.2012] - TRAMVAY PARKININ ƏRAZİSİ UĞRUNDA MƏMUR SAVAŞI [22.02.2012] - KÜRQIRAĞI KƏND SAKİNLƏRİ DAHA DA COŞDU [22.02.2012] - İNCƏSƏNƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİNDƏN MÖHTƏŞƏM TAMAŞA [22.02.2012] - NİYAZİ MEHDİNİN OĞLU “VARİS”də [22.02.2012] - AVROPA MƏHKƏMƏSİ HÖKUMƏTİ YENƏ CƏRİMƏLƏDİ [22.02.2012] - ÖLKƏDƏ 11 MİN QARABAĞ ƏLİLİ VAR [22.02.2012] - HƏBS EDİLƏN NARDARANLILARA VƏKİL TAPILMIR [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVDƏN KÖMƏK İSTƏYƏN NEFTÇİ ÖLDÜ [22.02.2012] - “SİRKƏ BİLET” MƏSƏLƏSİNƏ REAKSİYALAR GƏLDİ [22.02.2012] - MƏKTƏBLİLƏRİN BAŞ BƏLASI - FACEBOOK [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVƏ RƏQİB “TAPILMIR” [21.02.2012] - NARDARANDA TUTULANLAR VƏTƏNƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR [21.02.2012] - “SƏHƏR” TV-nin JURNALİSTİ İLƏ BAĞLI REAKSİYALAR ARTIR [21.02.2012] - ÖLÜM AYAĞINDA OLAN NEFTÇİ RÖVNƏQ ABDULLAYEVƏ MÜRACİƏT ETDİ [21.02.2012] - ŞAXTADAN BƏRBAD ÇIXAN BAHALI BAKI YOLLARI... [21.02.2012] - ÖKÜZLƏ QATİLİN FƏRQİ [21.02.2012] - KEÇMİŞ İŞÇİSİ ETİBAR PİRVERDİYEVİN SİRLƏRİNİ AÇIB TÖKDÜ [21.02.2012] - CİNAYƏT MƏCƏLLƏSİNƏ ŞOK DƏYİŞİKLİKLƏR OLACAQ [21.02.2012] - İCRA BAŞÇISI 119 SAYLI MARŞRUTU LƏĞV ETDİ |
| Yeni MÜSAVAT © 2008 |
|