 |
Ölkə
AĞDAMIN İCRA BAŞÇISI ÇÖRƏK PULU KARTINA “ŞAPKA” QOYUB 2012-01-29 Hər qaçqından bunun üçün 5 manat alırlar; göstərişin Nizami Sadıqovdan gəldiyi deyilir
|
Ağdamlı məcburi köçkünləri çörək pulu kartını dəyişdirmək üçün icra nümayəndəliyinə rüşvət verməli olur. Daha doğrusu, onları 5 manat verməyə məcbur edirlər. İcra nümayəndəliyinin ofisi isə Dərnəgüldəki Dairə Seçki Komissiyasında yerləşir. Orada olduğumuz zaman köçkünlərlə icra nümayəndəsi və polislər arasında qarşıdurmanın şahidi olduq. Mübahisəyə də səbəb şaxtalı havada yüzlərlə insanın qapı ağzında gözləməsi idi. “Bir həftədir gəlib burada saatlarla gözləyib, geri qayıdıram. Səhər saat 9-dan buradayam. Polislər kimdən pul ala bilirsə, onu içəri keçirir” - deyə 62 yaşlı Xatirə Məmmədova gileyləndi. Məcburi köçkün Sürəyya xanım növbədə 210-cu adam olduğunu söylədi: “Evdə uşaqları ac-susuz qoyub gəlmişəm. Bizi çox incidirlər. Ayın sonu yaxınlaşır, kartımızı vermirlər ki, çörəkpulumuzu alaq”. İki polis əməkdaşı isə bir neçə qaçqını növbədənkənar içəri keçirirdi. Qapı ağzında gözləyənlər onlardan bunun səbəbin soruşduqda belə cavab verdilər: “Özümüz kimi istəyirik, onu da keçiririk. Sizin canınız bərkdir, heç nə olmaz. Gözləyin, hələ axşama kimi buradasınız”. Yaşlı insanlar onlardan xahiş etsə də xeyri olmadı. Çörək pulu kartı alıb çıxanlar isə icra nümayəndəliyinin özbaşınalığından şikayətləndilər. “Bizdən plastik kart üçün adambaşına 5 manat alırlar. Halbuki o kartın dövlət rüsumu 1 manat 50 qəpikdir. Biz ailədə 7 nəfərik. Hər birimizə görə 5 manat istəyirlər. Kim vermirsə, onun kartını dəyişdirmirlər” - deyə məcburi köçkün Nazim Səfərov bildirdi. Kartının dəyişdirilməsi üçün 30 manat verdiyini deyən Sabir Əliyev də şikayət etdi: “Səsimizi çıxaran kimi icra nümayəndəsi Məlahət adlı xanım polisə göstəriş verir ki, bizi bayıra tullasın. Rüşvət verməsək, kartımızı dəyişdirməkdən imtina edirlər”. Köçkünlərin sözlərinə görə, Ağdam şəhər “JEK”-i və icra hakimiyyətinin əməkdaşları qaçqınlardan qeyri-qanuni pul alırlar. Köçkünlərə deyirlər ki, bu, Ağdamın icra başçısı Nizami Sadıqovun göstərişidir: “Bir qisim köçkün də pulu ”JEK"-in rəhbəri Arif müəllimdən alır. Orda da bu cür özbaşınalıqdır". Köçkünlərin haqlı şikayəti ilə bağlı icra hakimiyyətinin nümayəndəsi Məlahət xanımla danışmaq üçün içəri keçdik. Ancaq polislər bizim ona yaxınlaşmağımıza icazə verməyib dedilər ki, icra nümayəndəsinin vaxtı yoxdur: “Hara şikayət edirsiniz edin. Məlahət xanım məşğuldur, sizi qəbul edə bilməyəcək”. Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən də mövqe öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq. Günay MUSAYEVA 1218 dəfə baxılıb
|
[22.02.2012] - TRAMVAY PARKININ ƏRAZİSİ UĞRUNDA MƏMUR SAVAŞI [22.02.2012] - KÜRQIRAĞI KƏND SAKİNLƏRİ DAHA DA COŞDU [22.02.2012] - İNCƏSƏNƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİNDƏN MÖHTƏŞƏM TAMAŞA [22.02.2012] - NİYAZİ MEHDİNİN OĞLU “VARİS”də [22.02.2012] - AVROPA MƏHKƏMƏSİ HÖKUMƏTİ YENƏ CƏRİMƏLƏDİ [22.02.2012] - ÖLKƏDƏ 11 MİN QARABAĞ ƏLİLİ VAR [22.02.2012] - HƏBS EDİLƏN NARDARANLILARA VƏKİL TAPILMIR [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVDƏN KÖMƏK İSTƏYƏN NEFTÇİ ÖLDÜ [22.02.2012] - “SİRKƏ BİLET” MƏSƏLƏSİNƏ REAKSİYALAR GƏLDİ [22.02.2012] - MƏKTƏBLİLƏRİN BAŞ BƏLASI - FACEBOOK [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVƏ RƏQİB “TAPILMIR” [21.02.2012] - NARDARANDA TUTULANLAR VƏTƏNƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR [21.02.2012] - “SƏHƏR” TV-nin JURNALİSTİ İLƏ BAĞLI REAKSİYALAR ARTIR [21.02.2012] - ÖLÜM AYAĞINDA OLAN NEFTÇİ RÖVNƏQ ABDULLAYEVƏ MÜRACİƏT ETDİ [21.02.2012] - ŞAXTADAN BƏRBAD ÇIXAN BAHALI BAKI YOLLARI... [21.02.2012] - ÖKÜZLƏ QATİLİN FƏRQİ [21.02.2012] - KEÇMİŞ İŞÇİSİ ETİBAR PİRVERDİYEVİN SİRLƏRİNİ AÇIB TÖKDÜ [21.02.2012] - CİNAYƏT MƏCƏLLƏSİNƏ ŞOK DƏYİŞİKLİKLƏR OLACAQ [21.02.2012] - İCRA BAŞÇISI 119 SAYLI MARŞRUTU LƏĞV ETDİ [21.02.2012] - MUROVDAKI ƏSGƏR QƏTLİAMINDAN BİR İL ÖTDÜ ARXIV
|