 |
Ölkə
NEFTXUDA RÖVNƏQİN HACI ZEYNALABDİNDƏN FƏRQİ... 2012-01-29 1 milyona yaxın insan çörək uğrunda mübarizə aparır, onların pulunu oğurlayanlar isə ərəb şeyxləri ilə yarışır
|
“Yeni Müsavat”ın ötən saylarında məlumat vermişdik ki, Qətərin kral ailəsinin şəxsi kolleksiyasında olan və dünyada yeganə sayılan bir avtomobili milyonlarla dollara Azərbaycandan olan bir zəngin alıb. “Pagani Zonda Uno” avtomobili 1,7 milyon avro start qiymətindən satışa çıxarılıb. ƏDV də əlavə olunsa, onun yeni sahibinə ən azı 2,5 milyon avroya başa gəldiyi təxmin edilir. Beləliklə, bir avtomobil azərbaycanlı zənginə 2,5 milyon avroya başa gəlib. Demək, sözügedən zəngin ən azı 1 milyard avroya sahibdir ki, heç bir xəsislik etmədə xobbisinə 2,5 milyon xərcləyir. Təbii ki, burada söhbət iş adamlarından yox, məmur-oliqarxlardan gedir. Birincisi, Azərbaycanda rəsmi milyarder olan iş adamları yoxdur - Azərbaycanda iri iş adamları nazir və bu ranqda olan məmurlardır. İkincisi, normal iş adamları pullarını belə mənasız əyləncələrə xərcləmirlər - normal biznesdə pul qazanan adamlar pullarını bizneslərinin genişləndirilməsinə sərf edirlər. Belə mənasız əyləncələrə pul xərcləyənlər isə adətən büdcə oğruları olur; zəhmətsiz əldə edilən gəlirləri belə görməmişcəsinə xərcləyirlər.
Burada başqa bir detal da var. Belə mənasız əyləncələrə şərq zənginləri daha həssasdır. “Pagani Zonda Uno” dünyada yeganə belə avtomobildir və məxsusi olaraq Qətər kral ailəsinin üzvü Ana əl-Tani üçün düzəldilib. “Pagani Zonda” eksklüziv model avtomobillərini İtaliya sənayeçisi Pagani istehsal edir. Avtomobillərin istehsalı 1999-cu ildən başlayıb, 2001-ci ildə ilk “Pagani Zonda” sifarişçiyə satılıb. İndiyədək bu avtomobillərdən bir neçə model üzrə cəmi 200-dən bir qədər çox istehsal edilib. Yəni bu avtomobillər Qərbdə istehsal edilsə də alıcıları şərqdədir. Üstəlik də kütləvi satış yoxdur - Şərqin neft və pambıq bəyləri üçün nəzərdə tutulub bu maşınlar. Məşhur bir ifadədə deyildiyi kimi, “əl boyda arabada, Şərq boyda xarabada”.
Obyektivlik naminə qeyd edək ki, ötən əsrin əvvəlində tam fərqli bir situasiya idi. Onda da Bakıda neftxudalar var idi. Ancaq onda neft bəyləri əldə etdiyi gəlirin böyük bir hissəsini xeyriyyə işlərinə, əhalinin maariflənməsinə, Bakının tikilməsinə xərcləyirdi. Köhnə Bakını də məhz həmin neft bəyləri tikiblər. Hacı Zeynalabdin Tağıyev başda olmaqla Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları Bakıda məktəblər, xəstəxanalar tikir, yol çəkidilər, gəncləri xaricə təhsil almağa göndərirdilər. Özü də bu şəxslər dövlət məmuru yox, iş adamları idi, neft quyuları də şəxsi mülkiyyəti sayılırdı. Ancaq indi neft dövlət mülkiyyətindədir, neftxuda Rövnəq Abdullayev də dövlət məmurudur. Ancaq sadə vətəndaşlar neftdən faydalana bilmir, əvəzində isə R.Abdullayevin qohum-əqrəbası, həmkarları ərəb şeyxləri ilə yarışa girib dəbdəbəli həyat keçirir, bir avtomobilə 2,5 milyon avro xərcləyirlər. Rəsmi statistikaya görə, ölkədə 1 milyona yaxın insan yoxsuldur, acından ölməmək, çörək uğrunda mübarizə aparır. Sadə vətəndaş bir yana, nefti çıxaran insanlar belə normal şəkildə dolana bilmirlər. Ancaq neft pullarını oğurlayanlar İtaliya avtomobil sənayeçisi Paganiyə eksklüziv modellər sifariş edirlər. Bilmək olmur ki, bu, lənətə gəlmiş Şərq mentalitetidir, yoxsa məmur həyasızlığının zirvəsi... İqtisadiyyat şöbəsi 2082 dəfə baxılıb
|
[22.02.2012] - TRAMVAY PARKININ ƏRAZİSİ UĞRUNDA MƏMUR SAVAŞI [22.02.2012] - KÜRQIRAĞI KƏND SAKİNLƏRİ DAHA DA COŞDU [22.02.2012] - İNCƏSƏNƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİNDƏN MÖHTƏŞƏM TAMAŞA [22.02.2012] - NİYAZİ MEHDİNİN OĞLU “VARİS”də [22.02.2012] - AVROPA MƏHKƏMƏSİ HÖKUMƏTİ YENƏ CƏRİMƏLƏDİ [22.02.2012] - ÖLKƏDƏ 11 MİN QARABAĞ ƏLİLİ VAR [22.02.2012] - HƏBS EDİLƏN NARDARANLILARA VƏKİL TAPILMIR [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVDƏN KÖMƏK İSTƏYƏN NEFTÇİ ÖLDÜ [22.02.2012] - “SİRKƏ BİLET” MƏSƏLƏSİNƏ REAKSİYALAR GƏLDİ [22.02.2012] - MƏKTƏBLİLƏRİN BAŞ BƏLASI - FACEBOOK [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVƏ RƏQİB “TAPILMIR” [21.02.2012] - NARDARANDA TUTULANLAR VƏTƏNƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR [21.02.2012] - “SƏHƏR” TV-nin JURNALİSTİ İLƏ BAĞLI REAKSİYALAR ARTIR [21.02.2012] - ÖLÜM AYAĞINDA OLAN NEFTÇİ RÖVNƏQ ABDULLAYEVƏ MÜRACİƏT ETDİ [21.02.2012] - ŞAXTADAN BƏRBAD ÇIXAN BAHALI BAKI YOLLARI... [21.02.2012] - ÖKÜZLƏ QATİLİN FƏRQİ [21.02.2012] - KEÇMİŞ İŞÇİSİ ETİBAR PİRVERDİYEVİN SİRLƏRİNİ AÇIB TÖKDÜ [21.02.2012] - CİNAYƏT MƏCƏLLƏSİNƏ ŞOK DƏYİŞİKLİKLƏR OLACAQ [21.02.2012] - İCRA BAŞÇISI 119 SAYLI MARŞRUTU LƏĞV ETDİ [21.02.2012] - MUROVDAKI ƏSGƏR QƏTLİAMINDAN BİR İL ÖTDÜ ARXIV
|