|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Xeyli müddətdir paytaxt bazarlarında İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımına qarşı monitorinqlər və araşdırmalar aparılır. Ancaq nazirlik əməkdaşlarının ətin qiymətinin aşağı salınması ilə bağlı apardıqları monitorinqlər narazılıqlara səbəb olub.
Qəssablar: “Ətin hər kilosu bizə 8 manat başa gəlir. Nazirlik də deyir elə bu qiymətə satın” Şəhərin müxtəlif yerlərində ət satan qəssablar deyir ki, onlara təzyiqlər edilir və ətin qiymətinin aşağı salınması tələb olunur. Belə yerlərdən biri də Dərnəgül qəsəbəsindəki ət bazarıdır. Artıq bir həftədir ki, buradakı ət mağazalarının qapısına qıfıl vurulub. Ərazidə olduğumuz zaman sahibkarlar obyektlərdə təmir işi aparırdılar. Bildirdilər ki, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları onlara yerlərinin bağlanacağı ilə bağlı xəbərdarlıq edib. “Bir neçə gün əvvəl gəlib bizə dedilər ki, buradakı obyektlər təmirsiz vəziyyətdə olduğu üçün bağlanacaq. Biz də əlacsız qalıb, təmir edəcəyimizi dedik. Halbuki özünüz də görürsünüz ki, burada antisanitariya şəraiti yoxdur. Sadəcə obyektin içini rəngləmək lazım idi, bunu da iki-üç aydan bir özümüz edirik”- Firudin adlı qəssablardan biri söylədi. Burada 20-ə yaxın ət mağazası fəaliyyət göstərir. Şaxtalı havada kötük düzəldən qəssab İlham Ələkbərovun sözlərinə görə, burada əsasən məcburi köçkün və şəhid ailələri ət satmaqla dolanırlar: “İmkan vermirlər çörəkpulu qazanaq. Bizdən hər ay nə qədər yer haqqı alırlar. Üstəlik də polisə və kommunal xərclərə də pul ödəyirik”.
Qəssablar deyir ki, obyektlərinin bağlanmasının əsas səbəbi əti nazirliyin təyin etdiyi qiymətə satmamaları olub. Hətta İİN-nin əməkdaşları ət dükanlarının hamısına qiymətlər yazılmış lövhələr vurub: mal əti 8 manat, qoyun əti 9 manat. Ancaq qəssablar bu qiymətlə razılaşmır. Sallaqxananın qapıları üzərində və divarlarda qiymət yazılan iri lövhələr asılmış dükanın sahibi deyir ki, nazirliyin dediyi qiymətlə razılaşmayan qəssablara cərimə də qoyulub: “Bizdən 4-5 min manat pul istəyirlər. Kimin tanışı varsa 2-3 min manat pul verib dükanını açdıracaq. Səbəb də odur ki, biz ətin qiymətini 10-11 manata satmışıq”.
“Xırda qəssablara qan uddururlar, iri sahibkarlar isə əti istədikləri qiymətə satırlar” Qəssabın sözlərinə görə, bir həftə əvvəl rayonlardan alıb gətirdikləri heyvanları sata bilməyiblər: “Heyvanı saxladığımız yerə hər gün pul ödəyirik. Heyvana verdiyimiz yemin də qiyməti bahadır. Əgər biz əti nazirliyin təyin etdiyi qiymətə satsaq ziyana düşəcəyik”. Qəssablar xaricdən heyvan gətirilməsinin də çətinləşdiyini bildirdilər: “Bakıda heyvan alveri ilə məşğul olan adamlar var idi. Onlar Gürcüstandan və Dağıstandan Azərbaycana diri heyvan gətirirdilər. İndi onlara heyvan gətirməyə imkan vermirlər. Gömrükdə ya malı Azərbaycana buraxmırlar, ya da həddən artıq çox ”şapka" tələb edirlər. Ona görə də Azərbaycanda ətin qiyməti qalxıb. Günahı da qəssablar da görürlər". Qəssablar deyir ki, ətin qiymətini ucuzlaşdırmayan qəssablara təzyiqlər edilir: “İqtisadi İnkişaf Nazirliyinin müfəttişləri qəssabları cəzalandırır. İri bazar və sallaqxanaların sahibləri müfəttişlərə pul verib, əti istədikləri qiymətə satırlar. Lakin xırda qəssablara qan uddururlar. Kasıb camaatı işləməyə qoymurlar. Mağazanın bağlanmasına da səbəb budur”. Qəssablar deyir ki, onlara edilən təzyiqlər davam etdərsə İİN qarşısında aksiya keçirəcəklər: “Gələn həftə müvafiq qurumlara müraciət edəcəyik. Əgər qadağanı aradan qaldırmasalar aksiya keçirəcəyik”. Günay MUSAYEVA 2856 dəfə baxılıb
|
[22.02.2012] - TRAMVAY PARKININ ƏRAZİSİ UĞRUNDA MƏMUR SAVAŞI [22.02.2012] - KÜRQIRAĞI KƏND SAKİNLƏRİ DAHA DA COŞDU [22.02.2012] - İNCƏSƏNƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİNDƏN MÖHTƏŞƏM TAMAŞA [22.02.2012] - NİYAZİ MEHDİNİN OĞLU “VARİS”də [22.02.2012] - AVROPA MƏHKƏMƏSİ HÖKUMƏTİ YENƏ CƏRİMƏLƏDİ [22.02.2012] - ÖLKƏDƏ 11 MİN QARABAĞ ƏLİLİ VAR [22.02.2012] - HƏBS EDİLƏN NARDARANLILARA VƏKİL TAPILMIR [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVDƏN KÖMƏK İSTƏYƏN NEFTÇİ ÖLDÜ [22.02.2012] - “SİRKƏ BİLET” MƏSƏLƏSİNƏ REAKSİYALAR GƏLDİ [22.02.2012] - MƏKTƏBLİLƏRİN BAŞ BƏLASI - FACEBOOK [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVƏ RƏQİB “TAPILMIR” [21.02.2012] - NARDARANDA TUTULANLAR VƏTƏNƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR [21.02.2012] - “SƏHƏR” TV-nin JURNALİSTİ İLƏ BAĞLI REAKSİYALAR ARTIR [21.02.2012] - ÖLÜM AYAĞINDA OLAN NEFTÇİ RÖVNƏQ ABDULLAYEVƏ MÜRACİƏT ETDİ [21.02.2012] - ŞAXTADAN BƏRBAD ÇIXAN BAHALI BAKI YOLLARI... [21.02.2012] - ÖKÜZLƏ QATİLİN FƏRQİ [21.02.2012] - KEÇMİŞ İŞÇİSİ ETİBAR PİRVERDİYEVİN SİRLƏRİNİ AÇIB TÖKDÜ [21.02.2012] - CİNAYƏT MƏCƏLLƏSİNƏ ŞOK DƏYİŞİKLİKLƏR OLACAQ [21.02.2012] - İCRA BAŞÇISI 119 SAYLI MARŞRUTU LƏĞV ETDİ |
| Yeni MÜSAVAT © 2008 |
|