Artıq 10 ilə yaxındır qapı istehsalı ilə məşğul olan “Avropa Qapıları” a T.S şirkəti zaman-zaman sahibinin siyasi fəaliyyəti, bazara baha məhsul təklif etməsi, alıcıları aldatması, vergidən yayınması kimi məsələlərlə gündəmə gəlib.

Publika.Az bu dəfə sektorun ən böyük istehsalçısı hesab edilən  “Avropa Qapıları” a T.S şirkətinin bazara təklif etdiyi qapı, pəncərə, ev, ofis və bağ evləri üçün mebellərin keyfiyyətini, zavodun istehsal prinsiplərini araşdırıb. Məlum olub ki, "Avropa Qapıları"nın əhaliyə təqdim etdiyi məhsulların keyfiyyəti heç də ürəkaçan deyil. Belə ki, yüksək keyfiyyətlə hazırlandığı iddia edilən bu məhsullar əslində insan həyatı üçün zərərli olmaqla yanaşı, beynəlxalq standartlara əməl edilmədən istehsal olunur.

“Avropa Qapıları” a T.S şirkətinin keyfiyyət sınaq laboratoriyası yoxdur?

“Avropa Qapıları” a T.S şirkəti 1993-cü ildə yaradılıb. Şirkətə  “Avropa Qapıları ”adının seçilməsi isə məhz sahibkarın öz beyninin məhsulu olub. Yəni bu hansısa beynəlxalq sertifikat, təltif olunma əsasında baş verməyib. Əslində ad müəyyən mərhələlərdə şirkətə uğur da gətirib. Müəssisə bazarın müvafiq seqmentində ən böyük yerli istehsalçı kimi tanınıb. Hətta bir növ monopolistə çevrilib. Çünki qapı, pəncərə istehsalı sahəsində ikinci belə yerli fabrik yoxdur. Hansı ki, bunun özü də ciddi suallar yaradır. Düzdür, son illər xarici şirkətlərin rəsmi nümayəndəliklərinin açılması ilə bazara premyer, PVC, şpon qapılar ayaq açıb. Bununla belə, qapıların geniş istehsalçısı və satıcısı kimi üstünlük hələ də “Avropa Qapıları”ndadır. Adətən birincilik, bazarda mövqe sahibi olmaq şirkətlərə keyfiyyəti artırmaq, yeni dizany kimi stimullar verir. Lakin araşdırmalarımız göstərir ki, 1993-cü ildən bu tərəfə şirkətin nə məhsullarının dizaynında, nə istehsal prosesində, nə də keyfiyyətində dəyişiklik baş verməyib. “Avropa Qapıları” şirkəti hələ də məhsullarının ekoloji keyfiyyət normasını açıqlamayıb. Şirkətin istehsal etdiyi məhsulların beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün keyfiyyət sınaq laboratoriyası belə yoxdur. Rəsmi internet saytında fabrikin istehsalatda Avropa texnologiyasından və avadanlığından istifadə etdiyi bildirilsə də, həmin texnologiyanın nədən ibarət olduğu, avadanlıqların adları açıqlanmır. Eləcə də ötən10 ildə şirkətin istehsal texnologiyasında hansısa reform etdiyi göstərilmir. Əslində məhsulun keyfiyyətini artırmaq məqsədilə zəruri dəyişikliklər böyük miqdarda sərmayə yatırımı tələb etdiyindən, görünür şirkət üçün bu reformlar sərfəli olmayıb.  

İdxal olunan xammalın hansı xarici şirkətlərdən alındığı, sertifikatları açıqlanmır

Girişdə qeyd etdiyimiz kimi araşdırmamızın əsas məqsədi bu gün mənzillərimizin qapı, pəncərələrinin hazırlanmasını etibar etdiyimiz şirkətin məhsullarının keyfiyyətidir.
Bütün dünyada gündəmə gələn taxta məhsullarının istehsalında insan sağlamlığı üçün zərərli xammaldan istifadə edilməsi faktı “Avropa Qapıları” şirkətinin istehsal prosesindən də yan keçmir. Bazara bahalı mal təklif edən şirkət istehsalda keyfiyyətsiz materiallardan, zəhərli ağac növlərindən istifadə edir. Həmin məhsullar əsasən idxal edilir. Şirkət bunu özü də rəsmi internet ünvanında təsdiqləyərək bildirir ki, xammal istehsal və komplektləşdirmə üçün tələb olunan məhsullar, lak-boya materialları, həmçinin aksessuarlar İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan kimi xarici dövlətlərin şirkətlərindən alınır. Maraqlıdır ki, bunun üçün adıçəkilən ölkələrin hansı şirkətləri ilə razılaşıldığı açıqlanmır. Eyni zamanda idxal olunan xammalın ekoloji keyfiyyət normasına, antibakteriallığına, müxtəlif fiziki və kimyəvi təsirlərə qarşı nə dərəcədə dayanıqlı olduğuna dair sertifikatların adları çəkilmir. Araşdırmalara əsasən komplektləşdirmə üçün tələb olunan məhsulları, lak-boya materiallarını, həmçinin aksessuarları şirkət İran və Türkiyədən gətirir. Xammal kimi istifadə edilən zərərli ağaclar isə Rusiyadan idxal olunur. Hansı ki həmin ağac materialları zərərli olduğundan Rusiyanın mebel sənayesində istifadəsinə icazə verilmir.

Qapıların sirri lak-boyadadır

Şirkətin məhsullarının keyfiyyətindəki problem təkcə xammalla bağlı deyil. Materialların parlaqlığı, səthlərinin cızığa qarşı dayanıqlığı, aşınma, nəmlik dərəcəsi, qırılma (bükülmə) parametrləri, formaldehidin miqdarı, pastanmaya qarşı davamlılıqları kimi məsələlər sirr kimi qapalıdı. Ya da şirkət istehsal prosesində bunları nəzərə almır. Digər tərəfdən təcrübə göstərir ki, qapılara iki qıfıl əvəzinə bir qıfıl qoyulur. İstehsalda təkcə zərərli ağac növlərindən deyil, keyfiyyətsiz materiallardan  istifadə olunur. Nəticədə qapı, pəncərələr tez müddətdə sıradan çıxır. O cümlədən taxta məhsulları standartlara cavab vermədiyindən qapılarda əyilmə baş verir. Çox zaman quraşdırıldıqdan sonra xışıltı səsləri çıxarır. Bəzi hallarda isə qapılara qurd düşür. Bazarı araşdırarkən məlum oldu ki, “Avropa Qapıları”na üstünlüyü hazırlandıqdan sonra qapı, pəncərələrə vurulan lak-boyalar gətirir. Yəni şirkətin iddia etdiyi kimi heç də istehsalda rəqəmsal idarə proqramıyla işləyən yüksək keyfiyyətli cihazlar məhsulun keyfiyyətini artırmır. “Avropa Qapıları” şirkətinin istehsal texnalogiyası adi qapı-pəncərə sexlərinin istehsalından fərqlənmir. Sadəcə düzgün seçilmiş lak və boyaların sayəsində qapılar alıcıya cəlbedici görünür. 

Qapılara zəmanət verilmir

Yeri gəlmişkən, şirkətin özü də məhsullarına zəmanət vermir. “Avropa Qapıları” məhsullarının zəmanət müddətini göstərmir, sadəcə zərbəyə qarşı davamlı olduğunu bildirir. Halbuki şirkətin təklif etdiyi qiymətlər məhsulların keyfiyyəti ilə bağlı daha dəqiq zəmanət sertifikatının verilməsini tələb edir. Artıq bildirdiyimiz kimi “Avropa Qapıları” şirkətinin bazara təklif etdiyi qapı və pəncərələrin qiymətləri bazara hesablanmayıb. İstehsal prosesindəki qusurlara baxmayaraq, şirkət həddən artıq baha qiymət siyasəti yeridir. Məsələn, istehsalı şirkətə məxsus premyer qapıların qiyməti 400 manatdan başlayır. PVC qapılar isə 313 manata satılır. Şirkətin “Elit” adlandırdığı qapıların satış qiyməti  600 manatdır. Müqayisə üçün bildirək ki, bazarda istehsalları Belarusiyanın İstokdoors zavoduna və “BELWOODDOORS” şirkətinə , eləcə də Ukraynanın “Novıy Stil” fabrikinə məxsus qapıların idxal qiymətləri yerli istehsalçının təklif etdiyi qiymətdən ucuzdur.
Sonda bildirək ki, “Avropa Qapıları” sadəcə Azərbaycan alıcısı üçün nəzərdə tutulub. Şirkət öz keyfiyyətsiz, zəhərli məhsullarını heç bir ölkəyə ixrac etmir. Baha qiymətə öz vətəndaşlarımızı zəhərləyir.

LEYLA, publika.az

5 Şərh var GÖSTƏR

  1. Orxan 2012-07-06 12:05:07

    Berbad shirketdi, berbad idare olunur, berpab da qapilar satir. Bashima gelib 1000 peshmanam.

  2. nuru 2012-07-06 11:53:51

    Mən bu şirketin reklamına aldanaraq 3 qapı sifariş etdim. puluna da qabaqcadan məcburi ödətdirdilər. Hemin qapıları Siyəzənə gətirmək üçün əlavə 125 manar da qabaqcadan haqq aldılar. halbuki daşınma və quraşdırma pulsuz olmalı idi. Qapiları quraşdıranda bu dərəcədə keyfiyyıtsiz olduğuna inana bilmedim. Şirketin direktoru Aqil müəllimə dəfələrlı mürəciət etsəm də nümayəndə göndərəcəyini bildirmıklə mıni aldatmaqla məşğul oldu. Məsləhətim budur ki mənim kimi özləri qədər yalançı olan bu şirkətin reklamına inanmayasınız

  3. Vüqar 2012-07-06 11:31:14

    Bu şirket keyfiyyetsiz mesul istehsal etmekle yanaşı, hem de direktorundan tutmuş adi işçisine kimi yalançılıqla meşğuldurlar.

  4. Rizvan 2012-07-05 23:32:13

    chox qerezli meqaledir.Butun tezisler hech neye esaslanmir.Bu ya incik bir adamin meqalesidir ya da tapshiriqla yazilib.

  5. RafGraf 2012-07-05 22:34:04

    ALLAH BELASINI VERSIN AVROPA GAPILARININ,MENE DE 1200 AZN ZIYAN VURUBLAR 2 ILDEN SONRA GAPILAR CIR-CIR CIRILDAYIR VE SAXLADIGIN YERDE DAYANMIR

Şərhiniz bizim üçün dəyərlidir