Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev gözlənilmədən ən yaxın adamlarından birini işdən çıxarıb. Belə ki, 2-3 gün əvvəl ARDNŞ Neft Kəmərləri İdarəsinin rəisi, R.Abdullayevin uşaqlıq dostu və ən etibarlı adamlarından biri kimi tanınan Zöhrab Quliyev vəzifəsindən götürülüb. Z.Quliyev bu vəzifəyə 2008-ci ilin əvvəllərində təyin olunmuşdu. Buna qədər isə Bakı Neft Emalı Zavodunda və ARDNŞ Təhlükəsizlik İdarəsində yüksək vəzifələrdə işləyib.

Z.Quliyev yuxarıda da qeyd etdiyimiz kimi, Rövnəq Abdullayevlə uşaqlıq dostu, onun rəhmətə gedən qardaşının sinif yoldaşı olub. Bu yaxınlıq sayəsində R.Abdullayevin ARDNŞ prezidenti təyin olunmasından sonra vəzifə pillələrində sürətlə irəliləməyə başlayan Z.Quliyev son illər şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Bizə məlumat verən mənbənin bildirdiyinə görə, uzun müddət ARDNŞ-də Z.Quliyevin «sözünün qabağına söz qoyan» olmayıb. Həm nüfuz sahibi olub, həm də sözün əsl mənasında yoxsulluqdan milyonçuya çevrilib.
Neft Kəmərləri İdarəsi isə ARDNŞ-in ən mühüm strukturlarından biridir.
İdarə Şirkətin neft və qazçıxarma idarələrində və neftqazçıxarma üzrə yaradılmış podratçı təşkilatlarda hasil edilən, müvafiq tələblərə uyğun hazırlanmış neftin qəbulunu, neft emalı zavodlarına və ixraca nəql əməliyyatlarını həyata keçirir.
İdarə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil edilən neftin və kondensatın Səngəçal neft terminalından ixraca nəqlində ölçü əməliyyatlarında müşahidəçi qismində iştirak edir.
NKİ-nin infrastrukturundan üçüncü tərəflərin neft və neft məhsullarının ölkə ərazisindən tranzit daşınması zamanı da istifadə edilir.
Neft Kəmərləri İdarəsinin tərkibinə "Abşeron NKİ", "Qaradağ NKİ", "İxrac NKD", "Dübəndi Neft Terminalı", "Nəqliyyat Departamenti" və "Maddi Texniki Təchizat Bazası" daxildir.
Bəs ARDNŞ prezidenti ən yaxın adamı olan Z.Quliyevi niyə işdən çıxarıb?
Mənbə bunun səbəbini tam dəqiqləşdirə bilməsə də, müəyyən ehtimallar irəli sürür. Deyir ki, hələ bir neçə ay əvvəl Rövnəq Abdullayevə Zöhrab Quliyevin torpaq satışında və boru oğurluğunda əli olduğu haqda faktlar təqdim olunub. Hansı ki, xüsusən də torpaq satışı, ARDNŞ ərazilərində minlərlə qanunsuz evlərin tikintisi problemi R.Abdullayev üçün böyük başağrısına çevrilib. ARDNŞ prezidenti etibar etdiyi, hər cür şərait yaratdığı, milyonçuya çevirdiyi bir şəxsin toraq satışına qarşı mübarizə aparmaq əvəzinə özünün bu işdə əlinin olmasından çox qəzəblənib. Neft Kəmərləri İdarəsində yoxlama təşkil edib, Z.Quliyevin bir neçə müavinini işdən çıxararaq toplanmış materialları prokurorluğa verib. Z.Quliyev isə «səmimi etiraflarda» bulunaraq bağışlanmasını xahiş etdiyindən işdən çıxarılmasa da səlahiyyətlərini itirib.
Mənbə ehtimal edir ki, Z.Quliyevin 2-3 gün əvvəl vəzifədən götürülməsi bunlarla bağlıdır və Neft Kəmərləri İdarəsində dərin yoxlamaların nəticəsidir.
Z.Quliyevin yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, azpolitika.info-ya ARDNŞ Neft Kəmərləri İdarəsi, onun artıq keçmiş rəisi olan Zöhrab Quliyevlə bağlı, eyni zamanda şirkətin rəhbərliyində iç çəkişmə haqda maraqlı məlumatlar daxil olub. İkinci bir mənbə ilə dəqiqləşdirə bildiyimiz məlumatları yaxın günlərdə təqdim edəcəyik. Söhbət Z.Quliyevin kriminal aləmlə bağlılığı, Kəmərlər İdarəsində milyonluq korrupsiya faktları və nüfuz savaşından gedir.
Bizi izləyin!

Rasim ƏLİYEV, azpolitika.info

4 Şərh var GÖSTƏR

  1. Lana 2012-10-22 22:19:50

    Siz tanimadiginiz insan haqqinda nece danisa bilirsiz mene maraqlidir.Biri aglina gelen meqale yazib kiminse sifarishi ile .Qalanlari da ortaya dushub danishirlar.Meger her yazilan dogrudur?!

  2. donqili 2012-10-21 17:14:29

    Xincov hara Dovletcilik hara Millet hara,Xincovlular hec Naxcivanin mudafiyesinde istirak etmiyibler.bunlar yalniz daqitmaqla mesquldular,milioner olublar hamisi

  3. Azəribaycanlı gənc 2012-10-21 13:24:48

    Mənimdə evimi uçurtdular bunlar.Özüdə onlarla evin içərisində sadəcə mənim evimi.Halbuki sadəcə kiçik boru keçir 30 metr məsafədən.Sağımda solumda evlər ətrafımda evlər ola -ola.İndi isə nəyin ki,dəymiş ziyanı ödəyirlər heç təkrar tikintisinə icazə verilmir.Zamanla Tanrı cəzalandıracaq inşallah haqsızlıq edənləri

  4. Tofiq 2012-10-21 08:56:59

    Indi bu zohrabin yerina Haciyevi gatirsinlar.Haciyevida Hasanov evezlesin.Bes Hesenovu kim evezleyecek?

Şərhiniz bizim üçün dəyərlidir