Müğənni Mətanət İsgəndərli ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi üzrə şahid qismində ifadə vermək üçün istintaqa çağırılıb. Bu barədə məlumat moderator.az saytına prokurorluqdakı mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, Mətanət İsgəndərli Baş Prokurorluqda yeni yaradılmış istintaq qrupunun müstəntiqlərinə ifadəsində Mahir Abdullayevlə münasibətləri və onun itkin düşməsindən əvvəl görüşləri barədə sualları cavablandırıb.

Məlumatda o da qeyd olunur ki, Mətanət İsgəndərli bu iş üzrə istintaq bitənədək ölkəni heç bir yerə tərk etməməsi barədə iltizama da imza atıb. Moderator.az-a açıqlamasında müğənninin özü dolayı yolla istintaqa çağırıldığını təsdiqləyib: “Mən bu barədə danışmaq istəmirəm. Başqa nə mövzu istəyirsinizsə danışmağa hazıram. Amma bu barədə nə sualınız varsa müvafiq orqanlara müraciət edin”.
Mətbuatda həbs ediləcəyinə dair xəbərlərə də münasibət bildirən müğənni hazırda evində olduğunu deyib: “Mən evimdəyəm. Məni həbs etsələr sizinlə danışmazdım. Cinayətkar deyiləm ki, məni tutsunlar. Artıq bu söhbətlər məni yordu”. Ölkəni tərk etməsinə qoyulmuş qadağaya gəlincə, Mətanət xanım bu barədə heç bir şey söyləmədən telefonun dəstəyini asıb.
“Yeni Müsavat” məsələyə aydınlıq gətirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmət rəhbəri Eldar Sultanov məlumatı nə təkzib, nə də ki, təsdiq edib: “Qeyd edilən cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən şahidlərin dindirilməsi, üzləşdirilməsi və s. barədə informasiyaların ictimailəşdirilməsi istintaqın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin məlumatların yayılması istintaqın hazırkı mərhələsində Cinayət Prosessual Məcəlləsinin  (CPM) tələblərinə görə yolverilməzdir”.
Yada salaq ki, Elşad Abdullayev dönə-dönə qardaşı Mahir oğurlanan gün müğənninin evində olduğunu deyib. “Yeni Müsavat”a göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. Keçmiş rektor Mahir Abdullayevin Mətanət İsgəndərlinin evinə gəlməsini təsdiq edən sənədi - “Azercell” mobil operatorundan alınan telefon qeydlərini də “Yeni Müsavat”a təqdim edib. E.Abdullayevin sözlərinə görə, mobil telefonla Mahirin yerinin müəyyən edilməsi üzrə izləmə sənədlərini ona istintaqı o zaman aparan MTN əməkdaşları təqdim edib. Sonradan həmin MTN əməkdaşları belə bir sənədi E.Abdullayevə verdikləri haqqında istintaqa ifadə də veriblər. Sənəddə Mahir Abdullayevin oğurlanan gün təxminən 6 saat Mətanət İsgəndərlinin yaşadığı ünvanda olduğu bildirilir. E.Abdullayev israrla iddia edir ki, müğənni və həmin gün evdə olan şəxslər Mahir Abdullayevin oğurlanmasının təşkilatçılarındandır və dərhal həbs edilməlidirlər.
Bir neçə həftə öncə haqlarında səslənən iddiaları “Yeni Müsavat”a şərh edən Mətanət İsgəndərlinin bacısı Təranə İsgəndərli demişdi ki, əgər belə bir məsələ olsaydı, onları da istintaqa dəvət edərdilər. Bir məsələni də vurğulayaq ki, hələlik istintaq orqanları nə Mətanət İsgəndərli, nə Təranə İsgəndərli, nə də onların adıçəkilən digər qohumlarının dindirilməsi ilə bağlı rəsmi açıqlama yaymayıb.
Baş Prokurorluğun məsələ ilə bağlı əvvəlkilərdən fərqli mövqeyi onu deməyə əsas verir ki, M.İsgəndərli həqiqətən istintaqda dindirilib.

E.HÜSEYNOV

3 Şərh var GÖSTƏR

  1. MASALLI MALIK 2012-11-15 15:21:11

    Azerbaycanda böyuk vezifeli butun memurlar gizli olaraq bir Mugenni saxlayir. Elsadin qardasi da Metaneti saxlayirdi ve onun da gudazina gedib...

  2. sadegul 2012-11-14 20:01:35

    Efirde olan mugennilerin hamisi hansisa pullu kisinin .....Tek Metanet deyil ki,Indi Mahir bey Metanet xanimin evine eylenmek,sevgi yasamaq ucun gelibmis.Namerdler onu bu xanimin evinde yaxalayiblar.Metanet neylesin.

  3. Admin 2012-11-14 20:01:35

  4. MASALLI MALIK 2012-11-14 13:03:52

    Zindan heyatina hazirsanmi , madam Metanet ?

Şərhiniz bizim üçün dəyərlidir