Ölkə
BAKININ MƏRKƏZİNDƏ MÖHTƏŞƏM ETİRAZ AKSİYASI
Polis İctimai Palatanın 10 dekabr - Beynəlxalq İnsan Haqları Günündə keçirdiyi mitinqə də sərt müdaxilə etdi; aksiya zorakılıqla dağıdıldı; 100-dən çox saxlanılan var...
İctimai Palata (İP) dekabrın 10-da - Beynəlxalq İnsan Haqları Günündə Bakıda, Fəvvarələr meydanında aksiya keçirməklə bütün diqqəti ölkədə demokratiya və insan haqlarının vəziyyətinə cəlb etdi. Aksiyada hakimiyyətin sərbəst toplaşma azadlığının düşməni olduğu növbəti dəfə bəyan edildi. Həm də sübut olundu.
İnsan haqları günündə boğulan haqlar
Müxalifətin bu aksiyası da polis tərəfindən zorakılıqla dağıdıldı. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İP-ə aksiya üçün yer təklif etməməsindən və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) xəbərdarlığından məlum idi ki, aksiyanın qarşısı amansızlıqla alınacaq. Və belə də oldu. Bununla belə İP-ə daxil olan partiyaların, ictimai fəalların və xüsusilə aktiv gənclərin iştirakı ilə keçirilən nümayiş olduqca effektli və irimiqyaslı oldu. Aksiya bu dəfə kütləviliyi ilə seçilirdi. Etirazlar müxtəlif istiqamətlərdən başladı və bir saat davam etdi. Eyni zamanda bu piket beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi ilə baş tutdu. Aksiya təyin olunan vaxtda - saat 14:00-da başladı və Nizami heykəli istiqamətindən 100-ə yaxın müxalifətçi Fəvvarələr meydanına yürüş etdilər. Onlar “İstefa!” və “Azadlıq!” şüarları səsləndirərək meydana doğru irəlilədi. Müsavatçı və cəbhəçi fəallar “Rədd olsun Əliyevlər!”, “Diktaturaya ölüm!” şüarları hayqıraraq meydana girməyə cəhd göstərdi. Bu zaman etirazçılarla polis arasında toqquşma yaşandı. Fəqət ilk dalğada aksiyaçıların yolunu bağlamaq mümkün olmadı. Onlar polis kordonunu yarıb keçdilər.
Toqquşma, zorakılıq və...
Əllərində transparantlar tutan müxaliflər yürüşü davam etdirməyə cəhd göstərdi. Ancaq ikinci qarşıdurmada bir batalyona bərabər polis qüvvələri meydana yeridildi və iştirakçıların üzərinə hücuma keçdi. Hadisə yerində olan əməkdaşlarımızın müşahidələrinə görə, gözlənilmədən yüzlərlə etirazçı meydana girdi və polis çaşqın vəziyyətə düşdü. Ancaq az sonra özlərini toparlayıb piketi dağıtmağa başladılar. “Azadıq” deyəni tutur, ağzını yumub, əl-qolunu burub ayaqlarını yerdən üzürdülər. Aksiyaçıları bir-bir tutub avtobuslara doldurmağa başladılar. İlk həmlədə 40-a yaxın aksiyaçı saxlanıldı. Amma etirazlar səngimədi və növbəti yürüş yenə də Fəvvarələr meydanına oldu. Təxminən 1 saat müddətində 100-ə yaxın saxlanılan oldu. Polis onlara xəsarət yetirdi, qadınları sürüyərək avtobuslara apardı. Aksiya daha çox qarşıdurma ilə yadda qaldı. Daha sonra bir qrup cəbhəçi qəfildən Nəsimi heykəli istiqamətindən yürüşə başladı. Onlar polis həbsindən yayına bilmişdi. Burada 20-dən çox cəbhəçi ölkədəki vəziyyətə, insan haqlarının pozulmasına etirazlarını bildirdi, istefa şüarları səsləndirdi. Sonra dövlət himnimizi oxudular. Polis bir az gec xəbər tutsa da sonra onlara yetişib heykəlin yaxınlığında saxladılar. Aksiyadakı ən maraqlı detal iki polis arasındakı dialoq idi. Əməkdaşımız onların söhbətinə qulaq verib. Polislərdən birinin “bu dəfə kalan adam var idi” sözünə həmkarı “Nə kalan adam?! Jurnalistlər idi, bir də biz” deyə cavab verdi.
Qadınları da döydülər
Bütün bu vaxt ərzində isə Müsavatdan Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Hüseyn Məlik, Nərgiz Yaqublu, Səxavət Soltanlı, Yaşar Türkazər, AXCP-dən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Asəf Quliyev, Şakir Abbasov, Əbülfəz Qurbanlı, Zərifə Məhəddinova, Məhəmməd Məcidli, Təzəxan Mirələmli, ADP-dən Cəmil Hacıyev, Azər Sadıqov və onlarla fəal saxlanıldı. Saxlanılanların polis maşınlarında döyüldüyü qeyd olunur. Aksiya zorakılıqla dağıdıldı, qadınlara qarşı kobudluq nümayiş etdirildi və həbslərlə yekunlaşdı.
Son məlumata görə, Müsavat Gənclər Təşkilatının üzvləri Vasif Sadıqbəyli, Elnur Əsgərli və başqaları aksiya keçirilən ərazidə polis tərəfindən döyülüb. Müsavat Partiyası Qadınlar Şurasının Nizami rayon özəyinin sədri, 74 yaşlı Südabə Kərimova da aksiya keçirilən ərazidə polis zorakılığına məruz qalıb. Sol qolundan və çiynindən xəsarət alan S.Kərimova təcili tibbi yardım maşını Respublika Travmatologiya Xəstəxanasına aparılıb. Həmçinin AXCP sədrinin müavini Gözəl Bayramlıya, Müsavat Partiyası Qadınlar Şurasının sədri Vəfa Cümşüdlüyə, şuranın üzvləri - Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayevaya, Ayşən Öztürkə, Lətafət Məlikovaya qarşı zorakılığa yol verilib.
Liderlər aksiyanı yüksək qiymətləndirdi
Müsavat başqanı İsa Qəmbər aksiyanı müsbət qiymətləndirib. O hesab edir ki, yüzlərlə insan fədakarlıq göstərib, əvəzində isə hakimiyyət yenə qanunu pozaraq dinc aksiyaya zor tətbiq edib. İ.Qəmbər deyib ki, iqtidar növbəti dəfə xalqdan, müxalifətdən nə qədər qorxduğunu sübut etmiş oldu: “İctimai Palata bir daha uğurlu aksiya keçirdi. Həm ölkə ictimaiyyətinin, həm beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqlarının necə kobud şəkildə pozulmasına cəlb edə bildilər”.
“10 dekabr - Beynəlxalq İnsan Haqları Günündə İctimai Palatanın fəalları, cəbhəçilər, müsavatçılar və digər partiyalardan olan dostlarımız uğurlu aksiya keçirdilər”. Bunu isə AXCP sədri Əli Kərimli deyib. Onun fikrincə, hakimiyyət öz mahiyyətinə sadiqdir və sivil mübarizədən kənar olduğunu nümayiş etdirir.
“Bu hakimiyyət yerli və beynəlxalq ictimaiyyətə bir daha göstərdi ki, özünün əsl mahiyyəti nədən ibarətdir. 10 dekabr Beynəlxalq İnsan Haqları Günündə sərbəst toplaşmaq azadlığını tələb edən yüzlərlə insana güc tətbiq etdilər. Buna baxmayaraq aksiyanı baş tutmuş hesab edirik”. Bu sözləri isə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat”a piketi şərh edərkən deyib. Onun sözlərinə görə, bu aksiya digərlərindən kütləviliyinə görə fərqlənib.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov isə «SalamNews»a deyib ki, müxalifət həmişə bilərəkdən icazəsiz aksiyalar keçirir. Onun iddiasına görə, belə cəhdlərin məqsədi qanunları pozaraq cəmiyyətdə aranı qarışdırmaqdır.
“Xalqı ayağa qalxmağa çağırırıq”
Aksiya ilə bağlı qətnamə yayıldı. Sənəddə tələb olunur ki, saxta parlament buraxılsın, saxtakarlıqların icrasında iştirak edən seçki administrasiyasının üzvləri və onları himayə edən məmurlar məsuliyyətə cəlb edilsin. Xalqa məxsus olan sərvətlərin talanmasında və digər cinayətlərdə iştirak edən bütün məmurlar məsuliyyətə cəlb edilsin. Bütün siyasi məhbuslar azad edilsin. İnsan haqlarının pozulmasına və repressiyalara son qoyulsun. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, digər hüquq və azadlıqlar təmin edilsin. Ölkədə demokratik prosedurlara, bərabər təbliğat imkanlarına əsaslanan azad və ədalətli seçkilər keçirilsin. Qətnamədə xalqa çağırış olunub: “Biz bütün dünyanın demokratik ictimaiyyətini Azərbaycandakı irticaya qarşı barışmaz mövqe tutmağa, Əliyev rejiminə qarşı təzyiqləri artırmağa çağırırıq. Biz bütün Azərbaycan xalqını ayağa qalxmağa, bir qrup cinayətkar tərəfindən zəbt edilmiş respublikamıza sahib çıxmağa çağırırıq”.
Polis rəisi: “Bura gələn hər adamın telefonu alınır”
Müxalifətin 10 dekabr aksiyasında tutulanların bir hissəsi də Yasamal Rayon Polis İdarəsində saxlanıb. Aksiyaçıların mobil telefonlarının əllərindən alınıb, ətraf aləmlə əlaqələri kəsilib. Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov “Yeni Müsavat”a faktı təsdiqləyib və rəhbərlik etdiyi polis idarəsində təxminən 10 aksiyaçının saxlandığını deyib. Onun sözlərinə görə, tutulanların işlərinin məhkəməyə göndərilməsi ilə bağlı hüquqi hazırlıq işləri aparılır.
İ.Əsədov saxlanılan müxalifətçilərin mobil telefonlarının əllərindən alınmasını belə əsaslandırıb: “Bura dövlətin rəsmi idarəsidir. Bura gələn hər bir adamın telefonu alınır. Aksiyada tutulanların telefonlarının alınması həm də onunla bağlıdır ki, onlar bayıra həqiqətə uyğun olmayan məlumatlar ötürür. Üstəlik içəridə olarkən şəkil çəkirlər”. Nəsimi RPİ-nin rəis müavini Süleyman Nemətov isə bildirib ki, nə Nəsimi RPİ-də, nə də bölmələrdə aksiyada tutulanlardan heç kim saxlanılmır.
Aksiyada saxlanılanların sayı 123 nəfərdir. Bu barədə musavat.com-a İP mətbuat xidmətindən məlumat daxil olub. Yenilənmiş siyahı belədir:
Müsavat Partiyası (62 nəfər)
Tural Abbaslı, Əhəd Məmmədli, Mustafa Hacıbəyli, Səxavət Soltanlı, Ayxan Hacıbəyli, Dünyaxanım Vahabova, Hüseyn Məlik, Nərgiz Yaqublu, Elman Həsənli, Elşən Həsənli, Yaşar Türkazər, Elçin Cərulla, Şamil Beydulla, Ağayev Natiq, Vasif Saqıqbəyli, Uğur Uğurov, İdris Əmiraslanlı, Vüsal Bayramov, Xuraman Bağırova, Bəxtiyar Tarıyev, Rüfət Hacıbəyli, Fəzli Mehdiyev, Elnur Əsgərli, Xeyrulla Balaxanılı, Fəxrəddin Abbas, Vidadi Feyzi, Xanım Mirzəliyeva, Balabəy Əliyevn, İlqar Mahmudov, Məhəmmədəli Veysəlov, Faiq Süleymanov, Nuşirəvan Babək, Sadıq Abdullayev, Elşad İsrafilov, Aygün Abdullayeva, Mətanət Abdullayeva, Babək Mürsəlov, Ülvü Quliyev, Cahid İmanov, İlqar Pənahlı, Tural Hacıbəyli, Akif (...), Rahib Mirələmov, Nadir Quliyev, Niyaməddin Qocayev, İlqar Şirəli, Fərəc Kərimov, Arif Əzizzadə, Razim Əmiraslanlı, Elman Abbasov, Vüsalə Abbaslı, Yasər Böyükxanlı, Elşad Həsənzadə, Nazimə Qasımova, Füzuli Qasımov, Sənani Hüseynov, Dilqəm Əsədov, Tahir Sultanov, Babək Mürsəlov, Aygün İsmayılova.
AXCP üzvləri (54 nəfər)
Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Asəf Quliyev, Məmməd İbrahim, Məhəmməd Məcidli, Vaqif Xalıqov, Elçin Şükürlü, Hidayət Süleyman, Ağaşirin Tanrıverdi, Vəli Həmzəyev, İbrahim Ceyhun, İlham Hüseyn, Tuncay Quliyev, Aqil Əliyev, Adil Hüseynov, Ramiz Bayramov, Dadaş Dadaşov, Kəmalə Bənənyarlı, Nüşabə Atakişiyeva, Mərdanə Hüseynova, Elnur Abdullayev, Aydın Əliyev, Ənvər Hüseynov, Zaur Məmmədov, Orxan Carçı, İltifat Mehdiyev, Saqif Qurbanov, Vasif Alışlı, Teymur (...), Şahin Əliyev, Hikmət Əliyev, Atakişi Dadaşov, Ehtiram Mehdiyev, Tural Həsənzadə, Mirqubad Qubadov, Elşən Ağayev, Vidadi Quliyev, Mənsur Cəbrayılzadə, Vəli Nehrəmli, Elşən Kazımov, Ramin Abdullayev, Cəlil Məhərrəmov, Səxavət Mehdiyev, Zaur Abdullayev, Nurlan Qasımov, Renat Nəcəfov, Təzəxan Mirələmli, Şakir Abbasov, Elçin Həsənov, Zərifə Məhyəddinova, Şəkər Azəri Türkel, Xalid Qarayev, Cavid Nəbiyev.
ADP üzvləri (7 nəfər)
Şəhla Hacıyeva, Cəmil Hacıyev, Səadət Hüseynova, Azər Sadıqov, Osman Əhmədov, Hafiz Fərhadov, Turan Əliyev və Vaqif Mürsəlov (bitərəf).
***
Saxlanılanlar Səbayel, Nəsimi və Yasamal Rayon Polis idarələrinə aparılıb. Son məlumata görə, onlar ətraf aləmdən tam təcrid olunub, mobil telefonları alınıb. Vəkillərin həbs də olunanlarla görüşünə icazə verilmir. Polisə saxlanılanların taleyi barədə kənara heç bir məlumat verməmək göstərişi verilib. Halbuki qanuna görə, heç kəs məhkəmənin qərarı olmadan 3 saatdan artıq saxlana bilməz. Artıq 5 saatdır ki, 120-dən artıq aksiyaçı qeyri-qanuni olaraq polis idarələrində saxlanılır. Aksiyada saxlanılanlardan 30 nəfərə yaxını avtobusla şəhər kənarına aparılaraq buraxılıb. 16 nəfər Yasamal RPİ-də saxlanıb. Onlardan 11-i AXCP, 5-i isə Müsavat üzvü olub. 3 nəfər - Elşən Ağayev, Elçin Şükürlü və İltifat Mehdiyev 11 manat cərimə olunaraq, qalanları isə xəbərdar edilərək sərbəst buraxılıb. Nəsimi RPİ-də saxlanan 34 nəfər də sərbəst buraxılıb. Onlardan Mustafa Hacıbəyli, Əhəd Məmmədli, Fuad Qəhrəmanlı, Təzəxan Mirələmli və Orxan Carçı 20 manat cərimələnib. Bu barədə Tural Abbaslı məlumat verib.









































Emil SALAMOĞLU, Fərahim İLQAROĞLU














AXCP heps olunanlarin sayi düz deyil xayiş edirem geytiyati düzeldin. Azadliq gezitinde degig geyd olunub burda olan yalnişdi.. araşdirin baxin adlara?
bu iqtidarin iynesini Putin vuracaq ! uzhe shprisleri qaynadir))
Birleshende el gucu batmaz ona sel gucu.
aksiyaya icaze verilmir diye az adam qatilib. onlarda en ceseretlileridir. icaze verilse miliona cixar. basda oturanlar bunu bildikleri ucun aksiyaya icaze verilmir. bunu hamimiz cox yaxsi bilirik.
bezileri iktidari terifleyir. yaxsi bes iktidardakilar bu geder adil insandilarsa niye camaati dinlemirler? niye merkezde yarisma gecirmeye icaze var bes Azerbaycan xalginin soz demeye icaze virmirler TVde de. her sey iktidar ucundu? ister istemez Jirinovskinin sozu aglima gelir / H.Eliyev qoyun surusune bascilig edir/ niye bele insanlar xalgimizi ere salmalidir. aksiya gecirenlere halal olsun. bu olke milletindi. olkemizde konstitusiya varsa hami onun garsisinda beraberdi....Azad secki azad soz ve s.
Ses salma, yatanlar ayılar, qoy hele yatsın, Yatmışları razı deyilem kimse oyatsın, Tek-tek ayılan varsa da Haqq dadıma çatsın, Men salim olum, cümle cahan batsa da batsın, Sabir bunu bu gun ucun yazibe
ne azadlig azadig salmisiniz. 30 40 neferi hansisa xarici guvve maliyyeleshdirib ora cixardib ki ne ise cevrilish elasin? mumkun olmayan bir sheydir. cunki fakt odur ki coxlug bu hakimiyyeti destekliyir. 1 ci 2 ci 5 ci dalga ferg etmir cunki XALQ bu gunku muxalifetden razi deyil. Bu gun biz oz talehimizi size etibar etmarik ay Isa qember ve ya ay Eli Kerimov........ ozunuz hardasiniz niye yoxsunuz?Miting ucun ayrilan vesaiti xercleyirsiniz?
Ilk once sizi salamlayiram ve sizin 10 dekabrda kecirdiyiniz mohtesem aksiyaya gore sizi tebrik ediram. Mani asas dusunduran beynalxalq alemin bu aksiyalara bigane qalmasidir. Aksiyada har na qadar az adam olsa da amma bu numayisin avropa ve dunya terefinden gorulmesi vacibdir. Yeqin ki sizler bunu Avropa ve dunya ictimaiyyetine catdirirsiniz. Men sizi emin ediram ki, 2013 cu il bizim ilimiz olacaq. Galan il bu meydanlarda yuzlerle adam yox minlerle adamlar kuceye axisacaq. Sadece bunun ucun bir qigilcim lazimdi. Bir daha size uqurlar arzulayiram.
Alia usag gabaginda kasibciligdan basini yera Dikib her gun olmeydense 1 gun mitingde canini Feda ele hec olmasa usaglarin geleceyde basina and icsinler,
Hami bilirki seckiler saxtadi,bunu bile bile etiraz akciyasina cixmayanlar ozleri oz huguglarini gorumagi bacarmir,buna baskalari neylasin KI?
Bir ..... muxalifetchi var - Razi Nurullayev! Mitinqlerin hech birinde bu .... gormek mumkun deyil. Cavan oglanlari qizishdirib meydana buraxir. Ozune ise ...... qrantlarindan Novxanida 17 sot bag tikdirir. sheherin 2-3 yerinde ev alir, mashin alir ve kohne seneti olan ..... da qalmir. Ehtiyyatli olun!!!
KURDLARIN OYUNCAQLARINA,XALQIN SASINI BOQANLARA AR OLSUN...
Pişik Gunelin 50 milyona soyunmasi xeberi 4000-dən o yana kece bilmeyib.Mitinq xeberi ile maraqlananlarin sayi ise 16000 demək olar.Millet deyəsən insafa gəlir yavaş-yavaş.
Indi 93-cu il deyil!!! Heyder Aliyev olmasaydi, Azerbaycan yox idi. Bunu birdefelik bilin!!! Bize muasir Prezident lazimdir ve biz onu sechmishik, bu cenab Ilham Aliyevdir!!! Biz onunla fexr edirik!!!
Azərbaycanın legitim seçilçmiş Prezidenti var! Axı kimə İstefa deyirsiz? Əzizlərim, bura Misir deyil, bura Azərbaycandır.
Her kes oz is yerini itrmekden qorxur.memurlar daha yaxsi koteklemekle,mitinqe qatilmaq isteyib qorxanlarda.sade camaat belkede hokumet insafa geler deyir.amma insaf harda.Bucceden maas alanlar ekseriyyeti cox pis yasayir.Eger memurlar ,hekimler rusvet almasalar ,muellimlerin bezileri canlarini qoyub repititorluq etmeselerdi o meydanda 50000 adam olardi.Hele ki dozuruk .
nese bashqa bir shey fikirleshmek lazimdir. mitinq kechirmek artiq menasizdir. bu polislerin analari deyesen ermenidir. yadaki mitinqden evvel polislerin yemeyine sichan dermani tokmek lazimdir, qirilsinlar, mitinge mane olmasinlar.
Ceyhun duz deyir,bu ozlerin lider adlandirib isti otaqda oturub cay icenler niye hec orda gorunmur hee??Basqan deyib dem vurmaqnan olmaz e 100neferi ora tokub hay hesir salmaqdansa yaxsi teskil olunmus bir sey elemek lazimdi ve de o basqanlar on sirada olmaqnan yoxsa millet yaziqdi tokub kuceye doydurmeyin bu milleti!!!!
sozum Ceyhunadi! seherin merkezinde yarisma kecirende yollari baglayanda ve ya hansisa iktidar numayendesi kecende yollari baglayanda bes niye sesinizi cixarmirsinizki? biz yollarda basabasda tixacda galirig nevar nevar kimse kececek. bu olke milletindi. qanunlar sadece vezifede olmayan sexsler ucun deyil hami ucun du. milletin sozunu demeye haqqi var ve iktidar bunu dinlemelidir.
Bu aksiyaya mohtesem demek olmaz...en azindan 50000 adamla cixacaqsan ve sozuvu deyeceksen....gor onda bir polisin duxu catar girismeye
Biz ancaq ozumuzun qenimimizik,bu "ordunu"milleti doydurmeye deyil Qarabagi almaga istifade edin ay bizim millete qenim kesilmish iqtidar.
ilham istefaya ver cix ged dincelde ne curudursen. gorursenki senlik deyil
BU MILLET, BAŞÇILARININ SİYASƏTİNƏ LAP MAT QALIB.
Bunlara kim ki, deyir ayy 100 nefet insan gedin seherin merkezine ? Yoldas Isa Qember siz bilmirsiniz ki, seherin merkezinde varli milyoner insanlar yasayir onar guya size pencereden destek verecek ay hay... Sizin aksiya ucun yaxsi yer Qackinlarin yataxanasinin qabaqidir orda size ses verecekler hem de sizin o 100 nefere birlewerler insanlarda bilerki cole neye gore cixir ... onda goreceksiniz ki , 100 nefer 1 milyon oldu bu qeder cox sagolun...
bilə-bilə ki polis qolunu-qıçını sındıracaq, atanı, əmini, dayını, hamını işdən çıxaracaqlar, kim gedər ki mitinqə. Bəzi oğlanlara sözüm var, elələri var ki kişilər gəlib qapısının ağzında yığışanda, arvadına, qızına baxanda narahat olmur, amma insanlar torqovsya yığışıb sözlərini deyəndə, etiraz edəndə kişilikləri cuşa gəlir, mən belələrini tanıyıram, elə burda şərh yazan bir-ikisi də var
xan men hec bir siysi partiya uzvu deyile dovletnen yaxindan uzaqdan elaqem yoxdu siyasetnen umumiyetle amma ki baxiram ora 100 nefer cixib ora cixan siyasi partiyalarin rehberleri hani niye ollarin onunde getmirler bele siyaset ancaq bizdedi baxin xarici olkedeki mitinqlere teskilatcilar hamimdan onde gedir bizde ise hamisi isti kobinetde oturub hoydy hoydu deyir hele vahid namized uqrunda mubarize aparirlar secilmek sanslarinin olmadiqini bile bile
aye bunlarda lap oldurufeeeeeee,,ne zaman qanun sah olacaq dovletde o zaman mitinge milyonlar cixacaq indi sozun duzun deyeni tutub ...... basirlar,kim gelecek mitinge heeeeeeeeeeeeee? birdeki misirdeki liviyadaki suriyadaki merd ogullar cox olsa 9 milyonun icinde 100 yox milyon cixardi.demek iqtidar yasa kef ele sellen bildiyin siyasetide apar hara isteyirsen ora!
azerbaycan milleti boyuk bir milletdir minle basliyar bir gun mulyonlarda cixar darixmayin zamani gelende insanlar sozunu deyecek.
ceza menim serhimi diqqetle oxuyun zehmet olmasa men deriemki xalq ozunu biabir eledi men deyirem ip ozunu biabir eledi birdekieger 8 milyondan artiq vatendasi olan dovletin yalniz ora 100 neferi cixirsa bu muxalifetin uqursuzluqu onlarin (muxalifetin) siyasetinin beyenilmediyi desteklenmediyi demekdir
burda iki kommen yazan shexsler sizin ya eqli cehetden problemleriniz var yadaki dunya gorushunuz azdir yadaki sizin xalqdan xeberiniz yoxdu birbasha heyderoidler silsilesindensiniz.bu saytda ancaq xalqin terefdarlari kommentari yaza biler heyderoidler yox.Admin teshekkur edirem.
Sözün düzü, heç səndən gözləməzdim. Oturmusan evdə azadlıq davası döyürsən. Gəl qoşul ol 101-ci..
Ora cixanlar merd adamlardi ki defelerle tutulmalarina baxmayaraq yene de meydana cixib sozlerini deye bilirler. Bu olkede coxlarini danisdirsan boyuk bir hisse dovletden naraziciliq eder amma gucleri catmaz cixib sozlerini desinler, haqlarini teleb etsinler. Kenardan baxana doyus asan gorunur. Ona gore ora cixanlari kiminse qinamaga haqqi yoxdu!!!
Beli aksiyaya cixan az oldu.cunki millet acdir heyi qalmayib qishqirmaqa
Mana maraqlidir,gorasan dovlat bu 100 nafar aksiya istirakcisindan niya qorxur?.Naya gora onlara icaza vermir ki,ham onlar oz sozlarini desinlar,hamda dovlat xarici olkalarin qarsisinda biabirciliqdan qurtarsinlar.
Başa düşməyə çətinlik çəkirəm, niyə məhz şəhərin mərkəzində? Bu vay-şüvən deyilsə nədir? Açıq-aşikar etiraz yığıncağı keçirmək üçün min dənə yer var bu şəhərdə, elə ki, camahatı da narahat etməyələr. Biraz əvvəl şəhərdə vacib işim var idi, maşınla keçə bilmədim Parkingə, dedilər polis miting üçün bağlayıb. Gedin kənar bir yerdə yığılın, bu 100 adam da rahat etirazını etsin, camahat da fikirləşsin ki, hə, nəsə var, process gedir. yoxsa əsəbiləşməsin. Və yaxud, ey özünü lider adlandıran şəxslər. Ancaq özünüz çıxın o meydana, bir zamanlar britaniya baş naziri elədiyi kimi, yeşikləri qoyun ayaqlarınızın altına və başlayın təbliğata, qoy sizi tutub döyüb aparsınlar, bu millətin balalarını niyə döydürüb əzdirirsiniz onsuz da vicdanı olmayan daş ürəklilərə? Kişi olun, arxada gizlənib oturmayın, öndə gedin. Ya da bu sevdadan vaz keçin. Milləti güldürməyin.
sozun duzu,ozlerini biabir eden xalq deyil,muxalifete qowulmayan milletdir.onlarin buna gucu catir,bunuda edirler,onlara destek olmayanlar utansin.
mene maraqlidi goresen 100 nefernen ne xaos? ikinci dalqa nedi ikinci dalqada yeqinki 15 nefer olacaq ip yene ozunu biabir eledi bu xalqin size olan etibarinin inaminin qiymetidi 8 milyondan cox ehalisi olan dovletden yalniz 100 nefer ozunuz qiymet verin