 |
Ölkə
DAŞKƏSƏNDƏKİ FACİƏ İLƏ BAĞLI YENİ MƏLUMAT VAR 2010-02-08 Qətl törədən əsgərləri fasiləsiz “naryad”a yazırmışlar...
|
Daşkəsəndə yerləşən hərbi hissədə baş vermiş faciədən 10 gün keçməsinə baxmayaraq, aidiyyəti rəsmi qurumlar hadisənin törədilməsinin səbəbləri, motivi haqda heç bir açıqlama vermirlər. Müdafiə Nazirliyi indiyədək yalnız belə bir hadisənin baş verdiyini, ölən və yaralananların ad-soyadlarını açıqlayıb. Ölkənin baş prokuroru isə bu haqda qısa açıqlama verib. O, hadisəyə görə iki nəfərin - hərbi hissənin komandirinin müavini Vələd Qurbanov və taqım komandiri baş leytenant Rüstəm Əhmədovun həbs edildiyini deyib. Lakin hələlik rəsmi qurumlar faciənin səbəbləri və motivi haqda susurlar. Əslində, qeyri-rəsmi mənbələrdən aldığımız məlumatlar bu faciənin əsgərlərə olmazın zülmlər edilməsi üzündən baş verdiyini söyləməyə əsas verir. Düzdür, belə versiyalar da səslənir ki, əsgərləri kimsə təlimatlandıraraq, hadisə törətməyə təhrik edib. Bu versiya o qədər də inandırıcı görünmür, çünki heç bir əsgər özünün də ölümü bahasına hansısa hadisəni törətməyə razı olmaz. Əsgəri bu addımı atmağa ancaq onun şəxsiyyətinin alçaldılması sövq edə bilər. Dünən də bu versiyanı təsdiqləyən daha bir informasiya almışıq. Bizi bilgiləndirən mənbə qeyd etdi ki, hadisə baş verən hərbi hissədə daha çox “naruşitel” zabit və çavuşlar cəmləndiyindən və əsgərlər də kasıb balaları olduğundan, burada hər zaman xoşagəlməz hadisələr baş verib: “Bu hərbi hissədə daha bir ənənəvi problem əsgər çatışmazlığıdır. Bura çətin hərbi hissə olduğundan və ancaq kasıblar üçün ”nəzərdə tutulduğundan" taqımlarda vakant yerlər çox qalır. Hadisəni törədən əsgərlər Sadiq Məmmədov və Elxan Əzizovun qulluq etdikləri taqımda cəmi 18 əsgər olub. Bu səbəbdən “naryad”a göndərməyə əsgər tapmırlarmış. Hadisəni törədən Elxan Əzizov son bir ayda qeyri-qanuni olaraq düz bir ay ərzində hər gün "naryad"a çıxarılıb. Həmçinin Sadiq Məmmədov da gənc əsgər olmasına baxmayaraq, fasiləsiz olaraq “naryad”a salınıb. Onlar buna etiraz etdikdə təhqiramiz formada cəzalandırılıblar. Onlara qarşı şəxsiyyətlərini təhqir edən hərəkətlər edildiyi üçün belə bir faciə yaşanıb. Onların hərbi hissə rəhbərliyini güllələməsi təsadüfi deyil. Çünki əsgərlərin başına gətirilənlərdən hərbi hissə rəhbərliyinin xəbəri olub və buna göz yumublar, həmin əsgərlərlə daha qəddar davranıblar". Mənbə bildirdi ki, hadisəni törədən əsgərlər öncə qərargahın qarşısında dayanan zabitlərə atəş açıblar, daha sonra qərargaha daxil olaraq, qərargah rəisi Yusif Cumayevi və digərlərini vurublar. Tofiq ƏHMƏDLİ 6708 dəfə baxılıb
|
[09.02.2012] - “QADIN ARXADAN BOĞAZIMA KƏNDİR ATIR, KİŞİ İSƏ BIÇAQ DİRƏYİRDİ” [09.02.2012] - BU GÜN ŞAXTA AZALACAQ [09.02.2012] - MAGİSTRATURAYA ƏRİZƏ QƏBULU BAŞLAYIB [09.02.2012] - SƏFƏR ƏBİYEVİN BAŞINA İŞ GƏLİB [09.02.2012] - HƏBS EDİLƏN KRİMİNAL BİZNESMEN RÖVNƏQ ABDULLAYEVİN ŞƏRİKİ İMİŞ [09.02.2012] - ZAKİR QARALOVUN HESABATI TOPA TUTULDU [09.02.2012] - WİKİLEAKS-də ADI KEÇƏN DİNDAR “YENİ MÜSAVAT”a DANIŞDI [09.02.2012] - PAKİSTANDA ÖLDÜRÜLƏN AZƏRBAYCANLININ YAXINLARI XİN-ə MÜRACİƏT ETDİ [09.02.2012] - VƏTƏNDAŞ CİNAYƏTLƏ RASTLAŞANDA POLİSƏ MÜRACİƏT ETMƏLİDİR? [09.02.2012] - PAYTAXT BAZARLARINI DON VURDU [09.02.2012] - ALİ MƏKTƏBLƏRİN BEYNƏLXALQ REYTİNQİNDƏKİ ACINACAQLI YERİMİZ [09.02.2012] - ÖLKƏ ƏSRİN REKORD ŞAXTASININ ƏSİRİNƏ ÇEVRİLDİ [09.02.2012] - ƏHMƏDLİ QƏSƏBƏSİNDƏ HƏYAT DONUB [08.02.2012] - NAZİRLİKDƏN TÖVSİYYƏ [08.02.2012] - DİASPOR NAZİRİ “YENİ MÜSAVAT”a DANIŞDI [08.02.2012] - BAKI QAR FƏLAKƏTİNDƏN QURTULA BİLMİR [08.02.2012] - BAKI HAVA LİMANINDAN BƏZİ UÇUŞLAR “DONDU” [08.02.2012] - “İLİN ADAMI” MÜKAFATI SAHİBLƏRİNƏ TƏQDİM EDİLDİ [08.02.2012] - ŞAXTALAR BALIQ BAZARINI DA ÖLDÜRÜB [08.02.2012] - “BU İL BAKIDAKI MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏR HİSSƏSİ KÖÇÜRÜLƏCƏK” ARXIV
|