 |
Ölkə
PAYTAXTIN İŞIQ VƏ SU PROBLEMİ HƏLƏ DƏ QALIR 2010-02-08 Güclü qar və çovğun rayonların vəziyyətini daha da ağırlaşdırıb
|
Azərbaycanda kəskin hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən əldə etdiyimiz məlumata görə, bölgələrdə sərt hava şəraiti bir müddət davam edəcək. Dağlarda gecə 8-13 dərəcə şaxta olacaq. Bölgələrdən aldığımız məlumata görə, srağagün Göyçayda yağan güclü qar ciddi fəsadlar törədib. Belə ki, rayonda 10-a yaxın elektrik dirəyi aşıb. Mirzəhüseynli kəndində 10 kv-luq transformatorun partlaması səbəbindən 10 kənddə işıq olmayıb. Hazırda bərpa işləri aparılır. Dirəklərin aşması üzündən Ərəb, Qarayazı və Qaraməryəm kəndlərinə işıq fasilələrlə verilir. Rayonun daxili yollarında və Bakı-Şamaxı-Yevlax yolunun Göyçay hissəsində problemlər var. Qeyd edək ki, bölgələrin əksəriyyətində hələ də enerji böhranı yaşanır. Bakı-Şamaxı yolu isə hələ də açılmayıb. Cənub bölgəsində də vəziyyət gərgindir. ANS-in məlumatına görə, Lerikdə qarın çoxluğundan yollarda gediş-gəliş çətinləşib. Lənkəran-Lerik yolunda da şaxtaya görə bəzi məhdudiyyətlər yaranıb. Lerikin qaz təchizatında problem yaranmasa da işıq təminatında fasilələr yaranıb. Astara və Masallıda da kəndlər işıqsız qalıb. Çovğunlu hava şəraiti Bərdədə də fəsadlar yaradıb. Yollar buz bağlayıb. Gəncədə şəhərlərarası nəqliyyatda problemlər yaranıb. Bakıya və digər şəhərlərə gedən avtobuslar yolların buz bağlaması, qarlı olması üzündən geriyə qayıda bilmir. Güclü qar üzündən Siyəzən, Xaçmaz və Dəvəçidə 15-ə yaxın kənd işıqsız qalıb, Dəvəçi, Siyəzən, Quba-Qusar yollarında nəqliyyatın hərəkəti çətinləşib. Dəvəçidə rayon mərkəzi ilə 6 kəndin əlaqəsi kəsilib. Quba-Xınalıq və digər 10 kəndə gedən yollar bağlıdır. Qusar-Ləzə və Qusar-Sudur yolunda da hərəkət çətinləşib. Bölgədə 12-18 dərəcə şaxta var. Bütün rayonlara isə 30 santimetrədək qar düşüb. Neftçalada güclü küləklə müşayiət olunan qar çovğunu xeyli fəsad törədib. Gücü saniyədə 30 metrə çatan külək onlarla ağacı kökündən çıxarıb, bir neçə məktəbin, iki yaşayış binasının, mərkəzi rayon xəstəxanasının bir korpusunun dam örtüyü uçub. Paytaxtda qarla əlaqədar yaranmış problemlərin aradan qaldırılması ilə bağlı işlər davam etdirilsə də çətinliklər hələ də qalır. Texnikanın olmaması üzündən Bakının bir çox küçələrində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Paytaxta güclü qarın yağmasından 3 gün keçsə də sərnişinlərin mənzilbaşına çatdırılmasında çətinliklər var. Bu sahədə dözülməz vəziyyət əsasən şəhərin Yeni Günəşli qəsəbəsi istiqamətində yaranıb. Yolların buz bağlaması üzündən bu istiqamətdə işləyən marşrutların sayı kəskin şəkildə azalıb. Saat 17:00-dan sonra Yeni Günəşliyə yalnız taksi ilə getmək mümkündür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlərin görülməməsi piyadaları da çətin vəziyyətdə qoyub. Şəhərin bəzi küçələrində avtomobil yolları nisbətən təmizlənsə də səkilər buz meydançalarına çevrilib. Bu cür hava şəraitində metro ən təhlükəsiz nəqliyyat vasitəsi olsa da metrodan bayıra çıxan insanlar təhlükə ilə qarşılaşır. Demək olar ki, əksər metro stansiyalarının qarşısında iri buz meydançaları yaranıb. Şəhərdə enerji təminatı ilə bağlı problemlər hələ də qalır. Gün ərzində redaksiyamıza daxil olan məlumatlara əsasən, Balaxanı, Biləcəri və Böyükşor qəsəbələrinə verilən enerji tam bərpa olunmayıb. Bakıda və ətraf qəsəbələrdə qaz, su, işıq və nəqliyyat problemi ciddi olaraq qalır. Bəzi yaşayış massivlərinə isə gün ərzində işıq fasilələrlə verilir. Montin qəsəbəsində əhali su problemi ilə üzləşib. Çovğunlu havada bu qəsəbənin sakinləri əllərində vedrə küçələrdə su axtarıb. Problem isə hələ də aradan qaldırılmayıb. MƏHƏBBƏT 552 dəfə baxılıb
|
[09.02.2012] - “QADIN ARXADAN BOĞAZIMA KƏNDİR ATIR, KİŞİ İSƏ BIÇAQ DİRƏYİRDİ” [09.02.2012] - BU GÜN ŞAXTA AZALACAQ [09.02.2012] - MAGİSTRATURAYA ƏRİZƏ QƏBULU BAŞLAYIB [09.02.2012] - SƏFƏR ƏBİYEVİN BAŞINA İŞ GƏLİB [09.02.2012] - HƏBS EDİLƏN KRİMİNAL BİZNESMEN RÖVNƏQ ABDULLAYEVİN ŞƏRİKİ İMİŞ [09.02.2012] - ZAKİR QARALOVUN HESABATI TOPA TUTULDU [09.02.2012] - WİKİLEAKS-də ADI KEÇƏN DİNDAR “YENİ MÜSAVAT”a DANIŞDI [09.02.2012] - PAKİSTANDA ÖLDÜRÜLƏN AZƏRBAYCANLININ YAXINLARI XİN-ə MÜRACİƏT ETDİ [09.02.2012] - VƏTƏNDAŞ CİNAYƏTLƏ RASTLAŞANDA POLİSƏ MÜRACİƏT ETMƏLİDİR? [09.02.2012] - PAYTAXT BAZARLARINI DON VURDU [09.02.2012] - ALİ MƏKTƏBLƏRİN BEYNƏLXALQ REYTİNQİNDƏKİ ACINACAQLI YERİMİZ [09.02.2012] - ÖLKƏ ƏSRİN REKORD ŞAXTASININ ƏSİRİNƏ ÇEVRİLDİ [09.02.2012] - ƏHMƏDLİ QƏSƏBƏSİNDƏ HƏYAT DONUB [08.02.2012] - NAZİRLİKDƏN TÖVSİYYƏ [08.02.2012] - DİASPOR NAZİRİ “YENİ MÜSAVAT”a DANIŞDI [08.02.2012] - BAKI QAR FƏLAKƏTİNDƏN QURTULA BİLMİR [08.02.2012] - BAKI HAVA LİMANINDAN BƏZİ UÇUŞLAR “DONDU” [08.02.2012] - “İLİN ADAMI” MÜKAFATI SAHİBLƏRİNƏ TƏQDİM EDİLDİ [08.02.2012] - ŞAXTALAR BALIQ BAZARINI DA ÖLDÜRÜB [08.02.2012] - “BU İL BAKIDAKI MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏR HİSSƏSİ KÖÇÜRÜLƏCƏK” ARXIV
|