 |
Ölkə
ADINI DE, DEYİM KİMSƏN...
Tanınmışlar adlarının mənasını “Yeni Müsavat”a açıqladılar
|
İnsanların həyatı boyunca dəyişə bilməyəcəyi bir neçə məfhum var. Məsələn, bizlər heç vaxt valideynlərimizi, vətənimizi, millətimizi, həmçinin adlarımızı seçə bilmərik. Bu, bəşər övladının imkanı xaricində olan və ulu Tanrının bizim üçün bizdən əvvəl seçdiyi, taleyimizlə birbaşa bağlı olan amillərdir. Bəs konkret olaraq adlarımız bizi nə dərəcədə qane edir? Adlarımızın mənasını bilirikmi, seçmək imkanımız olmadan bizlərə verilən adlardan razıyıqmı, nə vaxtsa onları dəyişmək fikrimiz olubmu? Suallarla bir sıra tanınmış simalara müraciət etdik. Millət vəkili Pənah Hüseyn adının mənasını bilir: “Mən adımın mənasının nə olması ilə maraqlanmışam. Pənah ”xilaskar" deməkdir. Heç vaxt adımı dəyişdirmək də istəməmişəm". “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev adının mənası ilə heç vaxt maraqlanmayıb: “Adımın mənasını bilmirəm. Amma mən cavanlığımda adımı dəyişmək istəməmişəm”. ADP sədri Sərdar Cəlaloğlunun adını isə dayısı qoyub: “”Sərdar" fars sözüdür, mənası “başçı” deməkdir. Çox nadir adlardan biridir. Naxçıvanda bu ada, ümumiyyətlə, rast gəlməmişəm. Amma universitetdə oxuyanda bir nəfər də Sərdar adlı adam var idi". S.Cəlaloğunun cavanlığında öz adından narahatçılığı olub: “Həm balaca vaxtı, həm də cavanlığımda öz adımı sevmirdim. Çünki heç kəsdə bu adın olmaması mənə bir az qəribə gəlirdi. Amma zaman keçdikcə adımın nadir adlardan biri olması məni sevindirməyə başladı”. Ümid Partiyasının sədri İqbal Ağazadə adının mənasını çox sevir: “Mən adımın mənasını bilirəm. ”İqbal" sözünün mənası “gələcək, gözəl tale” deməkdir. Heç vaxt adımı dəyişmək istəməmişəm". Politoloq Vəfa Quluzadə ərəb dilini bildiyi üçün adının mənasını da bilir: “Mənim adım ərəb mənşəlidir. Həm Azərbaycanda, hə də ərəblərdə geniş yayılıb. Hər iki dildə eyni mənanı verir, ”vəfalı, sadiq olmaq" deməkdir. “Vəfa” adı həm qadınlara, həm də kişilərə aiddir, amma mən heç vaxt bundan narahat olmamışam. Adımı dəyişmək istəyim olmayıb". Müsavat Partiyasının divan üzvü İbrahim İbrahimlinin adının çox qədim tarixi var: “Adımın tarixi qədim dövrlərə gedib çıxır. İbrahim peyğəmbərin adıdır. Müxtəlif dillərdə müxtəlif cür səslənir. Adəmdən sonra bəşəriyyətin, bəşər övladlarının atasıdır. Bu adı mənə valideynlərim qoyub. Mən nə adımı, nə də soy kökümü dəyişənlərdən deyiləm. Dəyişənlərə də çox pis baxıram”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da adının mənası ilə maraqlananlardandır: “Adımın mənası ”sonu gözlənilməz nəticə ilə bitən hekayə" deməkdir. Cavanlıqda adımı dəyişmək istəməmişəm, amma dini baxımdan adım “Fatimə”dir. Çünki nənəm mənim qulağıma adımı “Novella” yox, “Fatimə” deyib". Bəs adlar insanın həyatında hansı rolu oynayır? İnsanların gündəlik həyatına, xarakterlərinə, duyğularına təsir edirmi? Bu suallara cavab almaq üçün astroloq Firudin Qurbansoya müraciət etdik. Astroloq bu fikirləri təsdiq etdi. Onun əminliyinə görə, adlar insan həyatına həqiqətən təsir edir: “İnsanın adı onun taleyini müəyyən edir. Ona görə də çalışmaq lazımdır ki, ad qoyanda xeyirli, yaxşı adlar qoyulsun. İnsanların adında nə qədər çox heca olsa, o qədər dözümlü olurlar. Ad yaxşı olanda insanın xarakteri də yumşaq olur. Adda yumşaq saitlər və incə samitlər varsa insan xoş xasiyyətli olur, qalın samitlər varsa insan o qədər səssiz olur. Adlar boş yerə qoyulmur, adlar insanın xarakterini müəyyənləşdirir”.
***
Yuxarıda deyildiyi kimi, adlar ömrümüz boyu bizimlə yaşayır. Elə adlar da var ki, bu adlar insanın ölümündən sonra əbədiləşir. Ümid edək ki, xalqımızın həyatında sözün əsl mənasında “ölməz” adlar daşıyan insanlar çox olsun... Şahnaz NOVRUZQIZI 1371 dəfə baxılıb
|
[03.09.2010] - ŞADLIQ EVLƏRİNDƏ 76 MİKROBİOLOJİ ÇİRKLƏNMƏ AŞKARLANIB [03.09.2010] - MÜXBİRLƏRİMİZ BAZARDA ƏNCİR SATDI [03.09.2010] - ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİ QIRMIZI XAÇIN SORĞUSUNA CAVAB VERİB [03.09.2010] - SABİQ MÜAVİNİNDƏN İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR [03.09.2010] - ADNAN HACIZADƏNİN MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI [03.09.2010] - ELŞAD ABDULLAYEV HƏBS EDİLƏ BİLƏR [03.09.2010] - İŞSİZLİK GƏNCLƏR ARASINDA CİNAYƏTKARLIĞI ARTIRIB [03.09.2010] - SMDT SEÇKİÖNCƏSİ HESABATINI AÇIQLANDI [03.09.2010] - NAXÇIVANDA MÜXBİRLƏRƏ TƏZYİQLƏR GÜCLƏNİB [03.09.2010] - VALİDEYN VƏ TƏLƏBƏLƏR ABU-ya BASQIN ETDİLƏR [03.09.2010] - BƏRDƏDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ [03.09.2010] - ABŞ SƏFİRLİYİ İFTAR VERDİ [03.09.2010] - “AZƏRİQAZ”ın MÜDAFİƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI [02.09.2010] - MƏHKƏMƏ İCRAÇILARI HACI QALİBİN ZORAKILIĞINI AKTLAŞDIRDI [02.09.2010] - MƏHBUS MAYORUN XANIMI YENƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ [02.09.2010] - BAKI ONKOLOJİ DİSPANSERİ BAĞLANIR? [02.09.2010] - NARAZI SAHİBKARLAR NAZİR OĞLUNU İTTİHAM ETDİ [02.09.2010] - İSTİQLALÇI DEPUTATIN MƏHKƏMƏ İDDİASINA BAXIŞ BAŞLADI [02.09.2010] - ŞİRKƏT RƏHBƏRİ BARƏSİNDƏ ARAŞDIRMA BAŞLADI [02.09.2010] - “TAĞI ƏHMƏDOV DEDİ Kİ, YÜZ FAİZ SÖZ VERMİRƏM” ARXIV
|