13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

AZƏRBAYCANDA MƏMURLAR NARKOTESTDƏN KEÇİRİLSƏ...

2010-03-11

Ekspertlərə görə, dəhşətli faktlar ortaya çıxacaq

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin Səhiyyə Nazirliyinə vəzifələrindən asılı olmayaraq bütün məmurların narkotik maddələr üzrə testdən keçirilməsini tapşırıb. Saakaşvili vəd edib ki, birinci analizi özü verəcək. Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin dəfələrlə Saakaşvilini narkoman olmaqda ittiham ediblər.

Gürcüstanda məmurların narkotestdən keçməsi təklifini deputat Dmitri Lordkipanidze verib. Saakaşvili deyib ki, bu, onun son illərdə eşitdiyi ən yaxşı təşəbbüslərdəndir. Prezident təşəbbüs müəllifi olan deputatı və səhiyyə nazirini qəbul edərək məmurların narkotik testindən keçirilməsinə dair proqramın hazırlanmasını müzakirə edib. O deyib ki, ölkədə 10 minə yaxın dövlət məmuru var və onların arasında narkotiklərdən istifadə edənlərin olması istisna deyil: “Biz dövlət sektorunu narkotiklərdən tam təmizləməliyik”.
Saakaşvilinin sözlərinə görə, narkotik testi çox sadə olacaq və bunun üçün məmurlardan ancaq saç nümunəsi tələb olunur. Saç testi orqanizmdə narkotik maddəni üzə çıxarmağın ən dəqiq yoludur.
Qeyd edək ki, bir sıra ölkələrdə məmurlarını narkotik aludəçisi olması problemləri var. Ekspertlər Azərbaycanda da bir çox dövlət qulluqçularının, vəzifəli şəxslərin narkotikdən istifadə etdiyini iddia edirlər. Bir məqamı xatırladaq ki, indiyədək narkotik ittihamı ilə bağlı xeyli məsələlər aşkarlanıb. Onların da çoxu ictimaiyyətdən gizlədilib.
Lakin bir faktı qeyd etmək yerinə düşər ki, mərhum Heydər Əliyev 2002-ci ildə Sumqayıtda qəfil müşavirə keçirərək şəhərin o zamankı icra başçısı Təvəkkül Məmmədovu birbaşa narkoman olmaqda ittiham etmişdi. Bundan başqa, iki il əvvəl Qobustan rayonunun prokurorunun kabinetində narkotik vasitə aşkarlanmış və onun barəsində cinayət işi başlanmışdı.
Narkomaniyaya həm də ən çox vəzifəli məmurların  övladlarının qurşandığı bildirilir. O sırada ötən il Bakı şəhərinin keçmiş prokuroru Ədalət Mirsalamlı və Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğullarının narkotik ittihamı ilə mühakimə olunduğuna şahid olduq. Təbii ki, bunlar hansısa zərurət, yaxud məcburiyyət üzündən açıqlanan faktlardır. Pərdə arxasında isə daha dəhşətli məsələlərin olduğuna şübhə yoxdur.
Ekspertlərə görə, Azərbaycanda da məmurların narkotestdən keçirilməsinə ciddi zərurət var. Çünki ölkəmizdə bununla bağlı iddialar daha çoxdur və zaman-zaman bəzi faktlar aşkarlanıb. Məlumatlara görə, hazırda dövlət qulluğunda olanları və işə götürülənləri formal olaraq psixoloji və narkoloji yoxlamadan keçirirlər. Lakin bunlar faktları ortaya çıxarmaq üçün deyil, əksinə, ört-basdır etmək üçündür. Bu baxımdan məmurların Gürcüstanda olduğu kimi narkotesdən keçirilməsinə ciddi zərurət var.
Ekspertlər yaxın vaxtlarda hakimiyyətin analoji addımlar atacağını güman etmirlər. Çünki bu cür yoxlamaların keçirilməsində maraqlı olmayan çox nüfuzlu dairələr var: “Lakin ölkə başçısı konkret qərar verib bunun təşkilini istəsə, dəhşətli faktlar ortaya çıxacaq. Əslində bu da hakimiyyətin nüfuzuna ciddi zərbə olacaq. Ona görə də bu işin Azərbaycanda təşkili inandırıcı görünmür”.

Tofiq Əhmədli

2125 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008