13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ABUTALIBOV DAHA BİR NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLDU

2010-03-10

Evi uçurulan Nazim Ələsgərovun merin qəbulundan çıxandan sonra ürəyi partlayıb

Bakıda “Qış parkı”nın salınması ilə əlaqədar olaraq Heydər Əliyev Sarayından Füzuli meydanına kimi olan ərazidəki yaşayış binaları və obyektlərin çoxu sökülüb. Sökülən evlərin sakinləri onlara verilən kompensasiyadan narazıdırlar. Sakinlər Prezident Administrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə şikayətə getsələr də indiyədək problemləri həll edilməyib. Şəhər rəhbəri Hacıbala Abutalıbov sakinlərə bildirib ki, hər kvadrat metrə görə 1500 manatdan bir qəpik artıq heç kimə pul verməyəcək.

H.Abutalıbovla görüşmək istəyən, lakin görüşə bilməyən Füzuli küçəsində yaşayan 74 yaşlı Həsən Quliyevin ürək tutmasından vəfat etdiyi barədə ötən saylarda xəbər vermişdik. Mərhum üzləşdiyi ədalətsizlikdən qəzəblənərək dünyasını dəyişib.
Dünən daha bir oxşar xəbər eşitdik. Topçubaşov küçəsi, dalan 3-də yaşayan Ələsgərov Nazim Xanəli oğlu ürək tutmasından vəfat edib. Bildirilir ki, Hacıbala Abutalıbovun qəbulundan çıxandan sonra Nazim Ələsgərovun ürəyində ağrılar başlayıb. Bu ağrılar isə onun ölümü ilə nəticələnib.
Beləliklə, son bir neçə gün ərzində evi uçurulan sakinlərdən ikisinin ədalətsizliyə görə ürəkləri partlayıb. Ah-nalə, qan-qarğış və qırılan talelər üzərində salınacaq istirahət mərkəzi, görəsən, kimə və nəyə lazımdır?!

Türkan TURAN

1213 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ SAYILMIR

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

ARXIV

Yeni MÜSAVAT © 2008