|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Daşkəsən rayonunda yerləşən hərbi hissədə baş verən faciədən ayyarım vaxt keçməsinə baxmayaraq, hələ də bu cinayətin təfərrüatları, baş vermə səbəbləri haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Müdafiə Nazirliyi bunu istintaqın başa çatmaması ilə əlaqələndirir. Hərbi mənbələrdən aldığımız məlumata görə, Daşkəsən işi üzrə istintaq yekunlaşmaq üzrədir: “Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin hadisə yerinə ezam olunmuş komissiyası demək olar ki, işlərini başa çatdırıblar. Yəqin bu işi də yaxın günlərdə tamamlayıb, işi məhkəməyə göndərəcəklər”. Mənbəmiz qeyd etdi ki, Daşkəsən faciəsi ilə bağlı, hələlik iki nəfər həbs olunub: “Onlar istintaqın ilk günlərində həbs edilmişdilər və onların adlarını baş prokuror Zakir Qaralov ictimaiyyətə açıqlamışdı. 6 hərbçinin ölümü, 2 zabitin yaralanması ilə nəticələnən müəmmalı faciəyə görə divizion komandirinin müavini, mayor Vələd Qurbanov və tağım komandiri, baş leytenant Rüstəm Əhmədovu həbs etməklə kifayətləniblər. Gözlənirdi ki, həbslər davam edəcək, çünki bunun üçün kifayət qədər əsaslar yaranmışdı. Lakin görünür, bu işi böyütməmək əmri verildi”. Maqsud MAHRIZLI 1489 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|