|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yanvarın 26-dan 27-nə keçən gecə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Gilan” şadlıq sarayına basqın edilmişdi. İlkin məlumatlarda bildirilirdi ki, 3 nəfər maskalı şəxs şadlıq sarayının gözətçisi Rasim Eyvazovun əl-ayağını bağlayaraq seyflərin birindən 150 min manat götürüb, içində 300 min dollar və sənədlər olan digər seyfi isə özləri ilə aparıblar. Qeyd edək ki, ölkədə “Gilan” ticarət nişanı fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğundan Qaraçuxur qəsəbəsindəki “Gilan” şadlıq sarayının da bu şəbəkəyə daxil olması ehtimal edilirdi. Restoranın sahibi Hacı Vaqif Əsgərov isə “Yeni Müsavat”a açıqlamasında “Gilan Holdinq”lə heç bir əlaqələrinin olmadığını söyləyib: “Gilan mənim ata vətənimdir. Özüm də 52 ildir ki, Suraxanı rayonunda işləyirəm. Bu illər ərzində bu obyektin ”Gilan Holdinq"lə heç bir əlaqəsi olmayıb. Mən bu restoranı “Gilan Holdinq” yaranmamışdan dörd il qabaq açmışam. Səhvim onda olub ki, o vaxt mən “Gilan” markasını özəlləşdirməmişəm... Burda olanların “Gilan Holdinq”ə nə aidiyyatı var, bilmirəm. İndi məcburam mən buranın adını dəyişim. Çünki istəmərəm ki, hər xırda problemi “Gilan Holdinq” kimi böyük bir şirkətin ayağına yazsınlar". M.MAHRIZLI 1923 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR |
| Yeni MÜSAVAT © 2008 |
|