12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

USUBOVLA QARALOV SUMQAYITDAKI QANLI OLAYI ARAŞDIRIB

2010-03-10

Daxili işlər naziri ilə baş prokuror bu şəhərdə olub

Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı bu şəhərdə olublar. Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Usubov və Z. Qaralov ötən həftənin sonunda Sumqayıta gedərək, fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən cinayət hadisəsinin istintaqı ilə maraqlanıblar. R. Usubov və Z. Qaralovun iştirakı ilə hadisə şahidləri dindirilib, əldə olunan sübutlar analiz edilib. Bundan başqa, baş prokuror və daxili işlər naziri istintaq materialları ilə yaxından tanış olaraq əməliyyat qrupuna zəruri tapşırıqlar veriblər.

Qeyd edək ki, fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotorobotu da hazırlanıb.
Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.

Xəbər xidməti

1004 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

[11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ

[11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR

[11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI

[11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ

[10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ

[10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

ARXIV

Yeni MÜSAVAT © 2008