 |
Ölkə
BLOGGERLƏR BARƏDƏ BİABIRÇI QƏRAR QÜVVƏDƏ SAXLANDI 2010-03-11 Vəkil Elton Quliyev: “Hökumət düşbərə yeyib, hakimlərdən də qaşıq kimi istifadə edir”
|
Dünən Bakı Apelyasiya Məhkəməsində gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə son məhkəmə prosesi keçirildi. Hakim Qail Məmmədov vəkillərə çıxışa hazırlaşmaq üçün bir həftə vaxt vermişdi. Katib “zərərçəkən” şəxslərin məhkəməyə gəlmədiyi haqda məlumat verdi. Sonra A.Hacızadənin vəkili İsaxan Aşurov müdafiə nitqini yazılı şəkildə hakimlərə təqdim etdi: “Bu gün ümumi ədalətsizliyin növbəti məhkəməsi yekunlaşır. Apelyasiya Məhkəməsi istintaq aparmağı özünə rəva bilmədi. Əslində biz məhz istintaqın təzələnməsi üçün apelyasiya şikayəti vermişdik. Amma müdafiə tərəfi əlverişsiz vəziyyətdə qaldı”. Vəkil “zərərçəkən” qismində təqdim olunan Vüsal Məmmədovun şəxsiyyətinin də araşdırılmadığını dedi: “İlkin instansiya məhkəməsində də biz Məmmədovun heç bir xəsarət almadığını sübut etdik. Halbuki Adnanla Eminin aşkar zədə alması barədə fotoşəkillər var. Bloggerlərin təqsirsizlik prezumpsiyası da pozulub. 4 sentyabr və 22 dekabrda 5 min manat girov qoymaqla gənclərin azad olunması haqda vəsatətimiz də təmin edilmədi. Biz həbsin qanuni olub-olmadığını müzakirə etmirik. Bizim qanunlar hər kəsin keyfiyyətli müdafiə hüququnu tanıyır. Amma ibtidai istintaq zamanı gənclərə dövlət büdcəsi ilə özlərinin razılığı olmadan vəkil təyin olunmuşdu. Ona görə də gənclərin hüquqlarının pozulması barədə Avropa Məhkəməsinə müraciət etmişik, iş artıq icraata götürülüb. Məhkəmədən onlar barədə çıxarılan hökmün ləğv olunmasını istəyirik”. E.Millinin vəkili Elton Quliyev dedi ki, məhkəmə ədalətli qərar verib tarixə düşə bilər: “Hökumət düşbərə yeyib, hakimlərdən də qaşıq kimi istifadə edir. Ona görə də məhkəməni vicdan və ədalət prinsipi ilə qərar çıxarmağa səsləyirəm. Hakimlər öz qərarının hakimi olub sübut etsin ki, bir gün Azərbaycanda da belə bir qərar verilə bilər”. A.Hacızadə ilkin instansiya məhkəməsində çəkilişin aparıldığını, amma indiyə qədər kaseti ala bilmədiklərini dedi: “Biz hücuma məruz qalmışıq. Təxribat olduğunu bilə-bilə polis bölməsinə getmişik. Üzümüzə durmağa yalançı şahidlər tapdılar. Bizim zədə almağımızı sübut edən şəkillər sübut kimi qəbul olunmadı. Hakim şəkillərə baxsa da bir reaksiya vermədi”. Sonra prokuror Qüdrət Həsənov ittihamın sübutlarla təsdiqini tapdığını dedi: “Gənclər özləri də etiraf edib ki, münaqişə səbəb olmadan başlayıb. Onların həbsini ictimai fəaliyyətlə əlaqələndirmək olmaz. Hadisədən sonra polis onları idarəyə aparıb. Müttəhimlər heç bir ərizə yazmayıb. Müstəntiq Ziya Əliyev onları barışdırmağa çalışıb. Zərərçəkən haqda da istintaq materiallarında anket məlumatları var. Ona görə də ittiham tam təsdiqini tapıb. Hökmün qüvvədə saxlanılmasını düzgün hesab edirəm”. İ.Aşurov A.Hacızadənin baş prokuror Zakir Qaralova 20 iyul tarixli müraciətinin də nəticə vermədiyini dedi: “O, ifadə azadlığının pozulması barədə müraciət etmişdi. Amma araşdırma aparılmadı. Belə gənclər təcridxanada oturmamalıdır. Çünki o vəkil bunların həbs olunması üçün mükafat alıb. Mən heç onu vəkil saymıram. Hakimin sözündən belə çıxır ki, polis bölməsinin qarşısında çəkilən şəkilləri müstəntiq Ziya Əliyev çəkməlidir ki, iş materiallarına əlavə olunsun. ”Zərərçəkən" şəxsləri Ziya Əliyev tanıyırdı. Ona görə onların ünvanı və şəxsiyyət vəsiqələri iş materiallarına əlavə edilməyib. Restoran işçiləri də deyib ki, bu iki şəxs söyüş söyməyib. Onlar xuliqan deyil və kəsilən cəza çox ağırdır. Belə cəza Azərbaycanda görünməyib". Vəkilin çıxışından sonra gənclərə son söz deməyə icazə verilmədi və hakimlər müşavirəyə yollandı. Hakimlər kollegiyası gənclər barədə ilkin instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı. A.Hacızadənin atası Hikmət Hacızadə “Media forum”a deyib ki, apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəklər: “Düzü, nəyəsə ümid edirdim. Lakin olmadı. Ədalətsizlik oldu”. O, bloggerlərin həbsinə etiraz edən yerli və xarici təşkilatların müraciətinin təsirsiz qalmasını belə izah edib: “O müraciətlərin heç bir real gücü yoxdur. Onların arxasında hər hansı sanksiya dayanmır. Sözdən ibarət olan o müraciətlərin yalnız insanların qəlbinə, vicdanına təsir etməyə iqtidarı çatır. Ona görə də təsiri yoxdur”. Nailə RÖVŞƏNQIZI 1112 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK ARXIV
|