|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə APA-ya müsahibəsində bildirib ki, parlamentin üzvü seçiləndə “Qızılağac” dövlət qoruğunun direktoru işləyirmiş: “Deputat seçildiyim ərazi mənim doğulduğum, işlədiyim yerdir. Bu ərazinin camaatı məni çox yaxşı tanıyır. İşlədiyim bütün vəzifələrdə, o cümlədən ”Qızılağac" dövlət qoruğunun direktoru olan vaxtda da insanlar fəaliyyətimdən razı olub. Qoruğun rəhbəri olanda bir ovçunun belə tutulmasına razılıq verməmişəm. Çalışmışam ki, insanlar ancaq yüngül cərimələr, şərti cəzalarla cəzalandırılsın. Yəni deputatlığa namizəd olanda camaatın içinə çıxmağa üzüm olub, təbliğat zamanı heç kimə artıq məlumat verməyə ehtiyacım olmayıb". C.Paşazadə “Şeyxin qardaşı olmaq xeyrinizə işləyir, ya ziyanınıza” sualına belə cavab verib: “Şeyxin qardaşı olmaq hər şeydən əvvəl mənim üçün şərəfdir. O, artıq 31-ci ildir ki, Qafqazın şeyxidir. Şeyxin qardaşı olmaq mənim üzərimə böyük məsuliyyət qoyur. Adam istər-istəməz bəzi şeylərdən çəkinir, yalan danışa bilmir, insanlara qarşı rəhmdil olur. Başqası mənim bir səhvimi görəndə bunu şeyxin qardaşı olduğum üçün etdiyimi düşünüb daha artığını etməyə çalışa bilər. Bunun üçün hər addımı ölçüb-biçməli olursan. Ona görə də şeyxin qardaşı olmağın çətin tərəfləri də var”. Xəbər xidməti 2013 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|