13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

QADIN-KİŞİ BƏRABƏRLİYİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

2010-03-11

Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə həyata keçirdiyi “Gənclik - bərabər imkanlar” layihəsi çərçivəsində növbəti dəyirmi masa təşkil edib. Azərbaycanda gender probleminin mövcud vəziyyətinə həsr olunmuş dəyirmi masada iştirak edən tələbə-gənclərin təklifləri dinlənib, gənclərin çox şaxəli debatlarda bir araya gəlməsi vasitəsilə Azərbaycanda gender probleminin müəyyənləşdirilməsi və həlli yolları müzakirəyə çıxarılıb.

Azərbaycanda gender bərabərliyi mədəniyyətinin nisbətən aşağı səviyyədə olduğunu deyən BBTK-nın prezidenti Aysəba Mirzəyeva bu problemin regionlarda daha qabarıq göründüyünü bildirib: “Ölkəmizdə gender problemi kəskin şəkildə özünü göstərməsə də cəmiyyətdə qadın-kişi bərabərliyi sahəsində neqativ hallar hələ də mövcuddur. Bu isə hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməməsi ilə yanaşı həm də kişi və qadın hüquqlarının bərabər imkanlarla realizəsinə mane olur”.
Gəncləri vətəndaş cəmiyyətinin inkişafında fəal olmağa çağıran A.Mirzəyeva gender mövzusunda Azərbaycanın iki universitetində debatların keçirilməsinin planlaşdırıldığını deyib. Tədbirə qatılan Azərbaycanda təhsil alan əcnəbi tələbələr hazırda bu mövzunun bütün dünyada geniş müzakirə olunduğunu bildirərək daha çox kənd və əyalətlərdə yaşayan qadınların bu problemdən əziyyət çəkdiklərini qeyd ediblər. Tələbə-gənclər keçirilən müzakirə və diskussiyaların cəmiyyətə mühüm təsirinə toxunaraq belə tədbirlərin təşkilinə ehtiyac olduğunu bildiriblər.

Xəbər xidməti

458 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008