13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

AZƏRBAYCANDA DAĞIDICI ZƏLZƏLƏ TƏHLÜKƏSİ VARMI?

2010-03-11

Mütəxəssis fikirləri üst-üstə düşmür

Son vaxtlar dünyada çoxalan yeraltı təkanlar ölkəmizdə də təşviş yaradıb. Bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə insan tələfatlarına səbəb olan zəlzələnin Azərbaycanda da təkrarlana biləcəyi təhlükəsi insanları narahat etməyə başlayıb. Bu səbəbdən mütəxəssis rəyinə ciddi ehtiyac duyduq, onlara müraciət etdik.

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişliyə görə, ölkəmizdə ciddi zəlzələ təhlükəsi yoxdur: “Bu gün aparılan tədqiqatlara görə, Azərbaycanda fəlakətli zəlzələ gözlənilmir. Bura ümumiyyətlə, seysmoloji ərazidir, zəlzələlər tez-tez baş verir, amma iki-üç bal gücündə olduğu üçün hiss olunmur”.
Bəs Azərbaycandakı strateji və sosial obyektlərin, məsələn, xəstəxanaların seysmoloji aktivliyi hansı səviyyədədir?
Memar Emil Axundov bizimlə söhbətdə bildirdi ki, xəstəxanalar yalnız 4-5 bal gücündə zəlzələyə dözə bilər: “Azərbaycanın bir çox yerlərində, xüsusilə də Bakıda çoxlu xəstəxanalar tikilib. Ancaq sovetdən əvvəl və mesenatların dövründə inşa edilənlər də az deyil. Düşünürəm ki, həmin binalar 4-5 ballıq zəlzələyə tab gətirə bilər”
Ekspert hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti ciddi monitorinq aparmalı və həmin binaların zəlzələyə davamlılığını yoxlamalıdır: “Bəzən görürsən ki, bərpa işləri gedir. Amma bərpa o demək deyil ki, xəstəxanalar rənglənsin və ya daşla bəzədilsin. Gözəllik də vacibdir, lakin daxildə konstruksiyanı yoxlamaq lazımdır”.
E.Axundovun qənaətincə, bizdə binalar tam istifadəsiz vəziyyətə düşənədək heç bir tədbir görülmür. Mütəxəssisin sözlərinə görə, Bakı zəlzələyə meylli olan zonadır, ona görə Səhiyyə Nazirliyi yoxlamalar aparmalıdır: “Mən xəstəxanalarımızın zəlzələyə nə qədər davamlı olduğu barədə dəqiq fikir söyləyə bilmərəm. Müalicə müəssisələrinin layihələri ilə tanış olanda görürük ki, müəyyən zaman üçün onlar dözümlüdür, amma bir çox obyektlərin istismar vaxtı artıq keçib, heç biri də təmir edilmir. Biz oturub fəlakəti gözləyirik, fəlakət isə yaxınlaşır. Azərbaycandakı xəstəxana binalarının zəlzələyə dözəcəyi haqda təminat vermək mümkün deyil. Bu da məni çox narahat edir”.
Geoloq Vaqif Behbudov hesab edir ki, yeni tikilən binaların konstruksiyası çox zəifdir: “Azərbaycandakı xəstəxanaların seysmoloji vəziyyəti haqqında konkret nəsə demək mümkün deyil. Yaxın dövrdə bir çox titrəyişlər baş verəcək, güclü zəlzələlər gözlənilir. Hansı xəstəxanalar ki, sovet dövründə tikilib onlar zəlzələyə tab gətirəcək, amma yeni tikililər haqqında bunu demək mümkün deyil. 2000-ci ildə olan zəlzələ bunu bir daha sübut etdi. Yeni tikilən binaların konstruksiyası çox zəifdir”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, xəstəxanalar zəlzələyə dözə bilər: “Azərbaycanda ümumu tikinti standartları var. Xəstəxanalar da həmin standartlara uyğundur. Bina tikildikdən sonra onu komissiya qəbul edir. Həmin komissiyanın tərkibində müxtəlif qurumların təmsilçiləri var. Tikiləcək binaların konstruksiyası onlar tərəfindən təsdiq olunur”.

Şahnaz NOVRUZQIZI

1910 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008