12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

DİNİ KİTABLARA QADAĞA ETİRAZ DOĞURDU

2010-03-11

Millət vəkilləri və dini ekspertlər hökumətin bu addımını sərt tənqid etdilər

İki il öncə Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Qurani-Kərim, şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb. Bəs bu kitabların satışdan çıxarılmasına səbəb nədir? Bu qadağa doğrudurmu? Bu sualla dini ekspert və bir neçə tanınmışlarla əlaqə saxladıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirdi ki, dini kitabların qadağan edilməsi qanunidir: “Dini təbliğatlı əşyaların, ədəbiyyatların və dini məzmunlu başqa materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşmış satış məntəqələri vasitəsi ilə həyata keçirilir. Bu, qanunun tələbidir”.
Dinşünas Elşad Miri: “Əgər dini ədəbiyyatın, əşyaların satışına qadağa varsa, bu, insanlar arasında böyük narazılıq yarada bilər. Dünyanın heç bir yerində nə İncilə, nə Qurani-Kərimə qadağa yoxdur. Amerikada deyəndə ki, biz müsəlmanıq, otağımıza Qurani Kərim qoymaq istəyirik onlar buna qəti etiraz etmirlər. Mən inandırıcı görmürəm ki, bu qadağa ilə kimsə nəyəsə nail olsun. Ölkəmizin əhalisinin 95 faizi müsəlmandır. Belə bir qanun qəbul edilə bilməz. Ola bilər ki, bu bir göstərişdir. Belə bir söhbət gedirdi ki, dini kitab satanlara lisenziya veriləcək. Ancaq nə lisenziya verilir, nə də satmağa icazə".
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu cür qadağanın heç bir ölkədə baş vermədiyini bildirdi: “Dini kitabların harada satılması tənzimlənə bilər. Ayrı-ayrı mağazaların bağlanmasından söhbət gedirsə bu, yanlışdır. Ancaq pərakəndə satışın qadağası mümkündür. Ölkəyə bir çox dini təbliğatlı kitablar gətirilir. Bunun qarşısının alınması yaxşıdır. Ancaq Qurani Kərimin də qadağan edilməsi yanlış addımdır. Ümumiyyətlə, dini kitabların satışı heç bir ölkədə qadağan edilməyib. Çünki biz müasir dövrdə yaşayırıq. Buna görə də qanuni dini kitabların satışına qadağa qoyula bilməz. Türkiyədə, başqa ölkələrdə bu cür məhdudiyyət yoxdur".
Millət vəkili İqbal Ağazadə isə bildirdi ki, dini kitabların satışının qadağan edilməsi ilə bağlı heç bir qanun qəbul edilməyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini kitabların satışı ilə məşğul olan şəxslərə lisenziya verməlidir. Əgər lisenziya vermədən qadağan edirsə, bu, qanun pozuntusudur. Konstitusiyanın bir neçə maddəsi ilə bu, həm qanunun, həm söz və vicdan azadlığının kobud şəkildə pozuntusudur”.
Dini ekspert Kənan Rövşənoğlunun fikrincə, dini kitabları satanlara lisenziyalar verilməlidir. Əgər bu ticarətdirsə, buna müvafiq idarələr tərəfindən icazə verilməlidir: “Dünyanın heç bir yerində belə qadağa mövcud deyil. Biz Amerikada olanda müsəlman nəşriyyatından demişdilər ki, 500 Qurani-Kərim sifariş veriblər. Amerikadakı müsəlman əsgərlərə paylamaq üçün. 2005-ci ildə qərar qəbul edilmişdir ki, dini kitablar ekspertizadan keçirilməlidir. Dini ədavət yaradan, radikal fikirlər təbliğ edən kitablar qadağan edilməlidir. İndi internet əsridir. Kitab qadağası absurddur. Qurani-Kərimi qadağan etmək isə sırf İslamın əleyhidarlığından xəbər verir".

Türkan TURAN

1032 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008