13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

DİLLƏR UNİVERSİTETİNİN MÜƏLLİMİNDƏN SƏMƏD SEYİDOVA AĞIR İTTİHAMLAR

2010-03-11

“Maaşımızdan hər ay 100-150 manat tutulur, tələbələrin isə az qala qanını içirlər”

Ötən saylarımızda Azərbaycan Dövlət Xarici Dillər Universitetində baş vermiş maraqlı olayla bağlı məlumat vermişdik. Belə ki, universitetdəki mənbənin verdiyi məlumata görə, ali məktəbin ikinci ingilis dili fakültəsinin rəhbərliyi rektor Səməd Seyidovun əmri ilə işdən azad edilib. Fakültənin dekanı Leyla Xanbutayeva, dekan müavini və bütünlüklə heyət S.Seyidovun qəzəbinə tuş gəlib. Mənbənin iddiasına görə, buna səbəb dekanlığın tələbələrdən yığılan rüşvətdən yuxarılara ötürməməsi olub. Hazırda fakültədə nə dekan var, nə dekan müavini, nə də bir rəhbər vəzifəli şəxs.

Bu faktı universitetin mətbuat xidməti inkar etsə də sonradan redaksiyamıza zəng edən tələbələr və müəllimlər təsdiqlədilər.
Səməd SeyidovÖtən gün isə redaksiyamıza Səməd Seyidovun universitetdəki özbaşınalıqları və korrupsiya əməlləri barədə həmin təhsil müəssisəsində çalışdığını bildirən bir müəllimindən məktub daxil olub. Məktubda deyilir:"Son günlərdə Dillər Universiteti ilə bağlı dərc olunan yazılar acı həqiqətdir. Əslində vəziyyət yazılanlardan daha acınacaqlıdır. Rektor Səməd Seyidov ətrafında cəmləşdirdiyi savadsız, təcrübəsiz və rüşvətxor insanlarla birgə universiteti dağıdır. Müəllimlərin məvaciblərindən vergi adı altında hər ay 100-150 manat tutulur, tələbələrin isə az qala qanını içirlər. İmtahan sessiyasının qiyməti 550 manatla 2000 manat arasındadır. Aspiranturaya qəbulun qiyməti 5000 manatdır. Kimsə peşman olub kitab çap etmək istəsə elmi işlər üzrə prorektor Yunusov Dunyamin sənədlərə qol çəkdirəcək ki, guya kitabın çap olunması üçün universitet müəllifə 7700 manat pul verib. Bu minvalla da rektorun-mühasibatlığın borcları silinir. Müdafiə şurasının işi universitetə ləkədir. Səməd Seyidov universitetdə məqsədyönlü şəkildə savadsızlaşdırma siyasəti həyata keçirir".
Universitet müəllimi öz məktubunda Leyla Xanbutayevanın işdən qovulmasının da səbəblərini açıqlayır: “Nədən dekanlıq bütün heyəti ilə işdən qovulub? Bu siyasət Səməd Seyidov rektor təyin olunduqdan sonra yürüdülür. Dekanlar, kafedra müdriləri işdən qovulur, onların havadarları - Səməd Seyidovun prorektorları sudan quru çıxırlar. Rektor mənfi hallara etiraz edən müəllimləri müxtəlif bəhanələrlə işdən qovur, öz qohumlarının və həmyerlilərinin isə yaşı təqaüdə çoxdan çatsa da işdə saxlayır. Rektor və prorektorlar dəfələrlə iclaslarda onların universitetdəki əməllərinə etiraz edən müəllimləri universitetdən qovacaqlarını bildiriblər. Axı təhsil qanuna görə, dövlətin ali məktəbini özəlləşdirmək olmaz! Bəs dövlətimizin konstitusiyası necə olsun? Cənab Prezident də vətəndaşların söz azadlığına qarant verib! Millət vəkili bu əməlləri ilə konstitusiyaya və dövlət başçısına qarşı çıxmırmı?
Məktub anonim olsa da onu çap etmək qərarına gəldik. Çünki orada bizə də uzun müddətdir bəlli olan həqiqətlər öz əksini tapıb. Amma çox istərdik ki, müəllif heç nədən çəkinmədən məktubun altından imzasını yazaydı.
Bir daha bildiririk ki, redaksiya hörmətli Səməd Seyidovun və yazıda adı çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Zülfiyyə SAKİTQIZI

1628 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008