12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

BAKIDAKI ÇİN MASAJ SALONLARINDA KÜTLƏVİ YOXLAMALAR

2010-03-11

Belə salonlara tək Miqrasiya Xidmətimi maraq göstərir?

Bakıdakı Çin masaj salonlarında kütləvi yoxlamalar aparılır. Verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları Çin vətəndaşları ilə bağlı paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən masaj salonlarında reydlər keçiriblər. Bu zaman Bakının Yasamal rayonundakı “Çin masajı” salonunda çalışan 5 qadın masajçı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sözügedən qurumla əlaqə saxlayıb məlumat almağa çalışsaq da, çoxsaylı zənglərimizə cavab verən olmadı. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı lent.az-a açıqlamasında bildirib ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları mütəmadi olaraq xarici vətəndaşlarla bağlı bu cür araşdırmalar aparır. “Əgər həmin şəxslərin ölkədə yaşamasına dair və digər sənədlərində çatışmazlıq varsa, barələrində müvafiq tədbirlər görülür. Onlar hətta ölkədən də çıxarılır”.
Paytaxtın bir neçə Çin masajı salonuna baş çəkib aparılan reydlərlə bağlı məlumat almağa çalışdıq. “Gənclik” metro stansiyası yaxınlığında yerləşən “Fi-Fi” Çin masaj salonunun çinli administratoru Lulu Azərbaycan dilində çox pis danışsa da, salonun xidmətləri ilə bizi tanış edə bilir.
Lulu xanım salonda 10 dəqiqəlik xidmətin 10 manata başa gəldiyini deyir. Vaxt artdıqca isə qiymətlərdə endirimlər olur. Təklif olunan xidmətlərə isə gül masajı, yağlı masaj, ayaq masajı, xüsusi terapiya, iynəli masaj növləri daxildir. Əsasən gecə vaxtı fəaliyyət göstərən salonun VİP müştəriləri üçün xüsusi proqramı var. Kameramızın obyektivindən qaçan yarıçılpaq 3-4 çinli masajçıdan salonda polis yoxlamasının olub-olmamasını soruşuruq. Çox çətinliklə bizi başa düşən Lulu deyir ki: “Polis yox, problem yox”.
Çinlilərin masaj salonlarına həmçinin “Sahil” metrosu ilə üzbəüz-Bülbül prospektində, Nərimanov rayonu ərazisində 5 saylı xəstəxananın yaxınlığında rast gəlmək olur. Ən çox Çin masaj salonları isə “Nizami” metrosundan “Avropa” hotelinə gedən yolda yerləşir. Burada çinli qızların azərbaycanlı müştəriləri az deyil. “Sahil” metrosuna yaxın ərazidə yerləşən salonların isə müştəri sarıdan problemi olmur. Şəhərin müxtəlif yerlərində olduğu kimi, buradakı masaj salonlarında çinli qızlar sıraya düzülüb, azərbaycanlı kişilərin seçim ixtiyarına buraxılırlar. “Torqovı”dakı masaj salonlarında 1 saat ərzində Çin təbabəti ənənələri ilə masaj qəbul etmək 60 manata başa gəlir.
Məlumat üçün bildirək ki, belə masaj salonlarında çalışan çinli qızların hamısı Azərbaycana əməkçi miqrant kimi gəlməyiblər. Onların arasında turist kimi gələrək sauna-masaj salonlarında müvəqqəti “xidmət” göstərməklə məşğul olanlar daha çoxdur. Çin masaj salonlarında çinli qızların göstərdiyi xidmətlərin qiymətinin azərbaycanlılarla müqayisədə ucuz olması müştəriləri cəlb edən əsas məsələdir.
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev məsələ ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırarkən deyib ki, bəzən polis Çin masajı salonlarında çalışan çinli qızları həbs edir, amma heç vaxt həmin salonların sahibi olan şəxslər məsuliyyətə cəlb edilmir: “50-60 minə yaxın əməkçi miqrantın rəsmi işə götürülməməsi digər məsələlərdən qaynaqlanır. İşə götürən əmək müqaviləsi olmadan kimisə işlədirsə, onun üçün 30 min manatdan çox cərimə müəyyənləşdirilib. Amma il ərzində belə cərimələr 2-3 və ya 1 nəfərə tətbiq olunur”.
Əlövsət Əliyevə görə, problemin miqyası göründüyü qədər kiçik deyil. Onun rəhbərlik etdiyi mərkəzin aldığı məlumata görə, Daxili İşlər Nazirliyində 49250 nəfər əcnəbi müvəqqəti yaşayış hüququ almaq üçün qeydiyyatdan keçib. Ekspertin fikrincə, bu şəxslərin əksəriyyəti Azərbaycanda işləyir, amma onları işəgötürən təşkilatlar rüsum ödəmirlər: “Beləcə, 50 milyon manata yaxın pul büdcədən yayınır. Buna səbəb də korrupsiyadır”.

Fərahim İLQAROĞLU

1862 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008