12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ƏLİLLƏRƏ AYRILAN 3 HEKTAR ƏRAZİ ZƏBT OLUNUB

2010-03-11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nərimanov Rayon İcra Hakimiyyəti qarşısında aciz qalıb

Ötən il avqustun 13-də Nərimanov rayonu Əhməd Rəcəbli prospekti 1967-ci məhəllə ünvanında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş binanın açılışı olub. 36 mənzilli binanın bir qrup sakini dünən redaksiyamıza müraciət edərək bildirdilər ki, kommunal şəraiti yarıtmaz vəziyyətdə olan binanın ərazisinə aid sahə zəbt edilib və orada qanunsuz tikintilər aparılıb. Tikinti şərtlərinə cavab verməyən tikililər isə onların həyatı üçün təhlükə yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə şəhid ailələri və əlilləri üçün tikilən həmin binaya gedib, oradakı vəziyyətlə tanış olduq. Bina hər tərəfdən tikintilərlə əhatə edilib. Sakinlər bildirdi ki, binanın tikintisi təhlükəsizlik texnikasının şərtlərinə cavab vermədiyi üçün Fövqəladə Hallar Nazirliyi uzun müddət rəsmi sənəd vermədiyi üçün mənzillər indiyədək qazsız qalmalı olub: “Nazirlikdən bildirirdilər ki, burada yanğın hadisəsi baş versə, binaya giriş yolu yoxdur. Bu yaxınlarda FHN icazə verdikdən sonra qaz təminatı var. İstilik sistemi isə mənzilləri tam isidə bilmir. Kanalizasiya sistemi yoxdur, çirkab sular nasoslar vasitəsilə sorulur ki, bu nasoslardan biri də sıradan çıxıb. Kanalizasiya çuxurlarının dərinliyi heç yarım metr də deyil. Bir dəfə kanalizasiyalar dolmuşdu, evlərə çox pis qoxu vururdu. Burada antisanitariya vəziyyəti var, qışda bu qədər ağcaqanad varsa, yayda vəziyyət necə olacaq. Su anbarı ilə bina arasındakı məsafə metr yarımdır. Halbuki bu anbar 70 metr aralıda tikilməli idi. Binanın qarşısında ağac əkmək istədik. Məlum oldu ki, buradan yüksək gərginlikli yeraltı elektrik xətləri keçir. Yaxınlıqdakı bu transfarmatorlar uşaqlarımız üçün təhlükə mənbəyidir. Binanın tikintisi isə qüsurludur”.
Elektrik enerjisinə görə binanın ümumilikdə 4 min manat borclu olduğunu deyən sakinlər bildirdilər ki, tikintini aparan şirkətin elektrik enerjisi haqqı bu borca aid edilib: “Mənzillərə yeni sayğaclar quraşdırılıb, lakin bu sayğacların işləməsinə kod verilmir. Telefon xətti çəkilib, amma nömrə vermək üçün bizdən 100 manat tələb olunur”.
Sakinlər 4 mərtəbəli binanın ətrafında aparılan qanunsuz tikintilərdən də şikayətləndilər: “Bu bina əlil və şəhid ailələri üçün şəhərin mərkəzində tikilən yeganə yerdir ki, buranın da xeyli ərazisi mənimsənilib. Əldə etdiyimiz bu tikinti layihəsinə əsasən müəyyən etmişik ki, bu bina ətraf ərazi ilə birlikdə 3 hektardan çox - 3675 kvadrat metr sahəni tutmalıdır. Lakin ümumilikdə 834 kvadratmetr sahə tutub. Qalan ərazidə gördüyünüz bu villalar tikilib. Layihə üzrə binanın tikintisi magistral yolun kənarında yerləşən ”Hilal elektrik" mağazasının yerindən başlayaraq tikilməli idi. Özü də sakinlərinin yarıdan çoxu demək olar ki, nə şəhid ailəsidir, nə də müharibə əlili. Binanın tikintisi əslində 3 il bundan öncə başa çatıb, lakin nədənsə təhvil verilmirdi. Görünür, bu qanunsuz tikintilərin başa çatması gözlənilirdi.
Eşitdiyimizə görə, binanın ərazisinə soxulmuş bu yaraşıqlı villalar Nərimanov Rayon İcra Hakimiyyətinin Nurlan adlı işçisinə və Xudu adlı şəxsə məxsusdur. Elə mənzillər var ki, bu tikintilərə görə gün üzünə həsrət qalıb. Biz tikinti sahibləri ilə söhbət etmək qərarına gəldik, lakin mühafizəçiləri bizi onların evinə hücum etməkdə suçladılar, polislə, tutdurmaqla hədələdilər.
Əlil və şəhid ailələrinə evlər verilərkən adətən prezident, yaxud digər rəsmi şəxslər iştirak edir. Lakin avqustun 13-də prezident xaricdə idi. Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bura gəlmişdi. Biz nazirliyə müraciət etmişik, dedilər ki, aparılan bu qanunsuz tikintilərin qarşısını almaq üçün hətta Nazirlər Kabinetinə də müraciət olunub, amma nazirlik bu tikintilərin qarşısını ala bilməyib. Sonra da bizə tövsiyə etdilər ki, qanunsuz tikinti aparanları məhkəməyə verək".
Nərimanov Rayon Məhkəməsindən sakinlərə bildiriblər ki, vəzifəli şəxsin qeyri-qanuni hərəkətindən şikayət tələbinə dair tərtib edilmiş yazılı iddia ərizəsi ilə onların Mülkü Prosessual Məcəllənin 149, 150-ci maddələri üzrə məhkəməyə müraciət etmək hüquqları var.
“Azərbaycan reallığında mülki iş üzrə məhkəmə prosesləri daha çox bürokratik əngəllərə məruz qalır. Odur ki, biz Respublika Prokurorluğuna müraciət edəcəyik ki, baş verən bu qanunsuzluq üzrə cinayət işi açılsın. Çünki əlil və şəhid ailələrinin adından istifadə edib, ərazisini zəbt etmək, üstəlik də bu cür problemlərlə üz-üzə qoymağı cinayət hesab edirik” deyən sakinlər kömək üçün qəzet vasitəsilə təcrübəli vəkillərdən kömək istədilər: “Bizim qanunsuz tikililərə qarşı daim mübarizə aparan Aslan İsmayılov kimi vəkilə ehtiyacımız var. Mənzillərimizə ”kupça" da ala bilmirik. Çünki nazirlik hələ binanı icra hakimiyyətinə təhvil verməyib".
Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Nərimanov Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Sabir Həsənov isə sakinlərin şikayətinin bir qisminin yaxın günlərdə təmin olunacağını, bir qisminin isə əsassız olduğunu bildirdi: “Onların tələbilə zibil atılan yer dəyişdirilib, digər istəkləri də tədricən təmin olunur. Bina hələ yeni təhvil verilib, adətən bir müddət yaşayış olduqdan sonra komissiya təşkil olunur və Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilir. Sakinlər boş yerə danışır, orada tikinti proyekt üzrə aparılıb, həmin tikintilər bina təhvil verilməzdən əvvəl var idi və xüsusi mülk olduğu üçün bizim bu tikintiyə müdaxilə etmək hüququmuz yoxdur”.

SƏNƏM

697 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008