13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ADNA-dan QOVULAN TƏLƏBƏ-JURNALİSTİN MƏHKƏMƏSİ OLDU

2010-03-11

Dünən Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilən tələbə-jurnalist Elmin Bədəlovun akademiya və onun rektoru Səyavuş Qarayevə qarşı qaldırdığı məhkəmə iddiası üzrə hazırlıq prosesi olub. Prosesdə qarşı tərəfin təmsilçisi kimi İlqar Cavadov və neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edib.

E.Bədəlovun iddiasını qəbul etməyən ADNA təmsilçiləri rektorun ünvanının düzgün göstərilməməsini bildirərək iddianın ləğvi barədə vəsatət qaldırıb.
Amma vəsatət qəbul edilməyib. Qarşı tərəf Təhsil Nazirliyinin hər hansı tələbənin 3 imtahandan borca görə ali məktəbdən xaric olunmasını tələb edən əsasnaməsinin gətirilməsini də istəyib. E.Bədəlov və onun vəkili Fariz Namazlı isə buna etiraz etməyib. Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov növbəti prosesi martın 29-u saat 15:00-a təyin edib. Məhkəmə zamanı video və fotoşəkillərin çəkilişi üçün müraciət edilib. ADNA təmsilçiləri buna etiraz etsə də hakim fotoçəkilişə icazə verib.
Qeyd edək ki, E.Bədəlov ADNA-dan rüşvət halları ilə bağlı yazdığı yazısına görə təzyiqlərə məruz qalaraq xaric edilib.

NAİLƏ

346 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008