13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ADP NAZİM İBRAHİMOVUN İŞİNİ YARITMAZ ADLANDIRDI

2010-03-11

Dünən ADP İdarə Heyətinin toplantısı keçirilib. ADP mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

İdarə heyəti ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” layihəsini dəstəkləməsinə qarşı Milli Məclisin və digər rəsmi dairələrin mövqeyini təqdir edib. Lakin ABŞ-dakı Azərbaycan diasporunun bu məsələdə fəal mövqe tutmamasını və türk diasporu ilə həmrəylik göstərməməsini Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin yarıtmazlığı ilə bağlı olduğunu bəyan edib. ADP bəyan edir ki, Nazim İbrahimovun rəhbərlik etdiyi qurumun işində ciddi islahatlara ehtiyac var və hakimiyyət bunu nəzərə almalıdır.
ADP son vaxtlar ABŞ-la Azərbaycan arasında siyasi münasibətlərin soyuqlaşması zəminində yaranan şəraitdən narahatçılığını da ifadə edib. Həmçinin ABŞ-ın ölkəmizə səfir göndərməməsinin anlaşılmaz olduğunu və bunun ölkədə demokratiyanın inkişafında ciddi maneə olduğunu bildirib. ADP son vaxtlar İranın “Səhər” telekanalında Azərbaycana qarşı yönələn fikirlərin səslənməsi və bu kanalın süjetlərində xalqımızın əleyhinə açıq təbliğat aparılmasını da pisləyib: “İran rəsmiləri Azərbaycan əleyhinə yönələn bu verilişlərə son qoyulmasını təmin etməlidir”.
ADP iqtidarı demokratik əngəllər yaradan neqativləri aradan qaldırmağa çağırıb. Parlament seçkilərinə hazırlıqla bağlı da fikir mübadiləsi aparılıb.

ETİBAR

349 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008