|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Satıcılıq da xüsusi qanun-qaydası, tələbləri, sirləri olan peşədir. Bu peşənin sahibləri hövsələ, halallıq, gülərüzlülük, şirindillilik, xoş görünüş kimi keyfiyyətlərə sahib olmalıdır. Onların ticarəti bu keyfiyyətlərdən çox asılıdır. Dünyanın bir çox ölkələrində satıcıların əksəriyyəti qadınlardır. Elə bizdə də supermarketlərdə, şəhərin mərkəzində yerləşən ticarət mərkəzlərində satıcıların çoxu qadınlardır. Elə ticarət məkanları var ki, satıcı işinə ən gözəl qızları, həm də müsabiqə yolu ilə seçirlər. Amma istər şəhər ətrafı yarmarkalarda, istərsə də dədə-babadan “kolxoz bazarı” kimi tanıdığımız yerlərdə satıcıların əksəriyyəti hər yaşdan olan və müxtəlif görünüşlü kişilərdir. Belə bir inam da var ki, alver kişi işidir. Biz - “Yeni Müsavat”ın iki xanım əməkdaşı “şeytanın qıçını sındırmaq”, daha çox kişilərin satdığı ərzaq məhsullarını satmaq üçün “kolxoz bazar”larına yollandıq. “8-ci kilometr bazarı”nda
- Qızım, mandarinin kilosu neçəyədir? - Xala, iki manat əlli qəpikdir. Amma iki manata verərik. “Qızım, gülərüzlüyünə görə çox sağ ol” Aydın baba ahıl alıcılardan idi. O, bir kilo mandarin aldı. Təqaüdünü yenicə almış ağsaqqal nəvələrinə bayram bazarlığı edirdi. Cibindən bir neçə konfet çıxarıb bizə də uzatdı: “Qızım, gülərüzlüyünüzə görə çox sağ olun”. Alıcılar qiymətlərdən narazıdır
- Xanım, bu, İran kartofudur? - Xeyr, təmiz Gədəbəy kartofudur. - Qiyməti neçəyədir? - 80 qəpikdir. Amma 10 kilo alsanız 70 qəpikdən verərik. - Yaxşı, on kilo verin. İndi isə “Yaşıl bazar”dayıq
Tarkanla müqayisə olunuruq “Yaşıl bazar”da göyərti satmağımız ətrafdakı satıcıların diqqətini cəlb edir və mobil telefonlarla şəklimizi çəkməyə başlayırlar. Elə o anda satıcımız Qamət etirazını bildirir: - Nə olub, niyə çəkirsiz? Elə bil, Tarkan gəlib... Satıcılar bizim satışımızdan narazıdır
30 manatlıq alış-veriş etmişik Yarım saat sonra “Yaşıl bazar”dakı satışımızı sona çatdırırıq. İşimizi bitirdikdən sonra öyrənirik ki, burada yarım saat ərzində otuz manatlıq göy-göyərti satmışıq. Rekord! Beləliklə, məlum olur ki, acıdil, kobud, saqqallı kişilərdənsə gənc xanımların satıcılığı, gülərüz və xoş görünüşlü olması daha yaxşı effekt verir. Qoy kişilər bir qədər ağır işdən yapışaraq, yerlərini səliqəli, təmiz xalatda çalışan xanımlara versinlər. Şahnaz NOVRUZQIZI 1128 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR |
| Yeni MÜSAVAT © 2008 |
|