12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

QAÇQINLARA BİNA TİKMƏK ÜÇÜN TORPAQ TAPILMIR

2010-03-12

Yataqxanalardan köçürüləcək məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binalarının inşa olunması boş torpaq sahəsi tapılmadığından hələlik mümkün olmur. APA-nın məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, prezidentin məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə dair göstərişi var.

“Köçürülməyə başlamaq barədə göstəriş var. Amma bu elə deyil ki, bir günə mümkün olsun. Bunun üçün torpaq sahələri lazımdır. Hazırda isə praktiki olaraq Bakı şəhərində boş torpaq sahəsi yoxdur. Bir neçə variant olub, müzakirə etmişik, hələ ki, bir qərara gələ bilməmişik. Çünki torpaqlar orada da bölünüb, hamısı özəlləşdirilib, hamısı pay torpağıdır. Ona görə də bu proses vaxt tələb edir. Prezident Administrasiyası, Dövlət Əmlak Məsələləri üzrə Komitə, Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə bu məsələləri müzakirə edirik. Amma hələlik əlimizdə konkret torpaq sahəsi yoxdur. Torpaq məsələsi həll olunandan sonra bunun layihəsini hazırlamaq lazımdır”.
Ə.Həsənov bildirib ki, yaxın günlərdə Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 70 mənzildən ibarət bina istifadəyə veriləcək.

Xəbər xidməti

530 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008