 |
Ölkə
“YENİ MÜSAVAT” MİSİR MƏRDANOVA DİREKTOR TAPDI 2010-03-13 Etibar Əliyev: “Mənim də öz şərtlərim var”
|
Qəzetimizin dünənki sayında 8 marta görə pul yığımı ilə bağlı cəzalandırılan müəllimlərin siyahısını vermişdik. Redaksiyamıza daxil olan məlumata görə, bu direktorlar arasında elələri var ki, onlar iki-üç aydır vəzifələrindən azad edilib. Nazirliyin açıqlamanı məhz 8 martdan sonra verməsi isə guya pul yığan direktorların cəzalandırıldığı görüntüsü yaratmaq və özünü sığortalamaqdır. Məsələn, 26 saylı məktəbin direktoru bir-iki ay öncə işdən çıxarılıb. Belə versiyalar da var ki, direktorların işdən çıxarılmasının təhsil naziri Misir Mərdanova da xeyri var. Çünki orta məktəb direktorunun işə götürülməsinin qiyməti yerindən asılı olaraq 10-40 min manat arasıdır. Yəqin hörmətli nazirin məktəb direktoru axtarışına çıxması qiymətlərin çox yüksək olmasından irəli gəlir. Nazir özü isə qəzetimizə müsahibəsində demişdi ki, çıxarılan direktorların yerinə layiqli namizəd tapmaqda çətinlik çəkir. O, “Yeni Müsavat”dan kömək də istəmişdi: “Əgər layiqli namizədiniz varsa, verin, nəzərdən keçirək”.
Redaksiyamız nazirin xahişini nəzərə alaraq öz namizədini irəli sürüb. Bu, təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevdir. Amma onun da öz şərtləri var. E.Əliyev M.Mərdanova öz şərtlərini açıqladı və əgər bu şərtlər yerinə yetirilərsə, məktəb direktoru işləməyə hazır olduğunu dedi: “Hazırda orta məktəblərin müstəqil olmadığını, bir neçə qurumdan asılı olduğunu əsas götürsək, hansısa məktəbdə mövcud idarəçilikdən kənar idarəçilik tətbiq etmək absurddur. Mən 10 il Təhsil Nazirliyində aparıcı təhsil mütəxəssisi kimi çalışmışam. Fəlsəfə doktoruyam. 2005-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçilmiş QHT rəhbəriyəm, birbaşa təhsillə bağlı 4 kitabın, təhsil sahəsində bir neçə layihənin müəllifiyəm. Bir neçə layihədə ekspert qismində iştirak etmişəm. Təhsil sahəsində mətbuatda və televiziyada yüzlərlə ekspert rəylərim olub. Yeni təhsil qanununun yazılması zamanı bütün maddələrlə bağlı təkliflərimi Milli Məclisə təqdim etmişəm. Dostlarımız yəqin bunları nəzərə alıb mənim 20 saylı məktəbə direktor vəzifəsinə namizədliyimi irəli sürür. Orta məktəb rəhbərliyi təhsilin keyfiyyəti üçün cavabdehlik daşımalıdır. Direktor isə məktəbdə baş verən heç bir neqativ hala görə yaxasını kənara çəkməməlidir. Namizədliyimin dəstəkləndiyini və nazirin bu məktəbə namizədlər irəli sürülməsi təklifi ilə çıxış etməsini nəzərə alıb 20 saylı orta məktəbin pilot məktəbi elan edilməsi təklifini irəli sürürəm. Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə dair müdaxilələr olmasa, pilot məktəbi kimi 20 saylı orta məktəbdə təhsilin keyfiyyətini türk liseyləri səviyyəsinə çatdırmaq mümkündür. Bunun üçün sınaq müddəti kimi 3-4 tədris ili kifayət edə bilər. Bir də Gürcüstanda məktəb direktorlarına verilən səlahiyyətlərin Azərbaycanda da direktorlara verilməsini tələb edirəm. Bu səlahiyyətlərin nədən ibarət olduğunu Misir Mərdanov yaxşı bilir. Bu ideya nazirlik üçün də əhəmiyyətlidir. Bu şərtlərə əməl olunmasına söz verilərsə, dostlarımın təklifini qəbul edərəm. Yerlərdən gələn təkliflər əsasında böyük bir məktəbə direktor təyinatı son dövrlər Azərbaycan təhsili üçün həm də yenilik olar. Dediyim şərtlər razılaşdırılarsa, mən namizədliyimi irəli sürən dostlarımın təklifindən imtina etmirəm. Qalır ideya müəllifinin öz təklifinə hörməti”. E.Əliyev işdən çıxarılan direktorlar məsələsinə də aydınlıq gətirdi: “Nazir demişdi ki, 8 martla bağlı xeyli direktor vəzifəsi ilə vidalaşacaq. O direktorların 8 mart ərəfəsində işdən çıxarılması isə başqa cür düşünməyə əsas verir. Əgər 3-4 ay əvvəl məktəb direktoru vəzifəsindən kənarlaşdırılıbsa, bunlar nə üçün indi gündəmə gəlir? Belə çıxır ki, onların işdən niyə çıxarılması qeyri-müəyyən məsələ kimi qalır. Maraqlıdır ki, direktorların biri də nahaqdan çıxarılmasını boynuna almır. Bir də 10 məktəb direktorunun məktəbdən kənarlaşdırılmasının cəmiyyət üçün nə əhəmiyyəti var? Bu gün Azərbaycandakı 4 mindən çox məktəb sanki bir-birinə bənzəyir. Təhsilin keyfiyyətinə, vətəndaşlardan tələb olunan qeyri-rəsmi ödənişlərə, dərsə davamiyyətə və direktorların eyni tərzdə işə yanaşmasına görə. Onlarla məktəb direktoru tanıyıram ki, onların gündə düşündükləri nəsnələr içində təhsildən başqa hər şey var. Bircə məzunu da ali məktəbə daxil olmayan 1000-dən çox məktəbin direktorları cəmiyyətə niyə elan olunmur? Belə çıxır ki, təhsilin keyfiyyətinə görə heç kim məsuliyyət daşımır. Bu gün bir şey dəqiq bəllidir: məktəb direktorları təhsilə diqqət ayırmaq əvəzinə daha çox ələ baxmaqla məşğuldur. Bunun kökünü 1-ci sinif uşaqları da gözəl bilir”. Qeyd edək ki, qəzetimizin ötən sayında 321 saylı orta məktəbin direktorunun adı səhvən Sezar Qocayev gedib. S.Qocayev 11 saylı məktəbin direktorudur və o, vəzifəsindən kənarlaşdırılmayıb. Yanlışlığa görə üzr istəyirik. Zülfiyyə SAKİTQIZI 1037 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK ARXIV
|