13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

YANAN MƏKTƏBİN SƏNƏDLƏRİ XİLAS OLUNUBMUŞ

2010-03-13

Təhsil ocağının direktoru İradə Bayramova hətta bəzi avadanlıqları da çıxara bildiklərini deyir

Bakının Sabunçu rayonunda yanan 67 saylı məktəbin şagirdləri tətilə buraxılıb. Dünən əməkdaşımız yenidən adıçəkilən məktəbdə olaraq hadisə ilə bağlı son bilgiləri toplayıb. Məktəbin direktoru İradə Bayramova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, martın 10-da məktəbdə baş verən yanğınla bağlı şagirdlər tətilə buraxılıb: “Qəsəbədə yerləşən digər məktəblərin direktorları ilə danışıqlar aparılıb. Martın 26-dan sonra şagirdlər tətildən qayıdanda qəsəbədəki digər məktəblərdə dərslərini davam etdirəcək. Şagirdlərə öz müəllimlərimiz dərs deyəcək”.

İ.Bayramova deyir ki, yanğın zamanı məktəbin heç bir sənədi yanmayıb: “Məktəbdə yanğın başlayanda mənimlə birlikdə kollektivimiz məktəbin sənədlərini və avadanlıqlarını çıxara bildik. Bura sinif jurnalları, atestatlar, şəhadətnamələr, müəllimlərin, texniki işçilərin şəxsi işləri, əmək kitabçaları və sair sənədlər aiddir. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən məktəbə verilən 46 ədəd kompüteri, televizorları və digər avadanlıqları da çıxara bilmişik”.
Direktor qeyd olunan sənədlərin və avadanlıqları şəxsən əməkdaşımıza göstərək onların şəkillərini çəkməyə də şərait yaratdı. Hələlik yanğının baş vermə səbəblərinin bilmədiyini deyən İ.Bayramova əlavə etdi ki, yanğın zamanı sinif otaqlarındakı partalara ziyan dəyib. Yanğına məktəbdə istilik sisteminin olmaması üzündən elektrik sobalarından istifadə edilməsinin səbəb olması haqda deyilənlərə gəlincə isə məktəbdən söylədilər ki, artıq üç ildir məktəbdə qazanxana tikilib və sinif otaqlarının isidilməsi üçün qızdırıcılardan istifadə edilir.
Biz məktəbdə olarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ekspertiza əməkdaşları ilə birlikdə hadisə yerində araşdırma aparırdı. Onların verdiyi məlumata görə, yanğının səbəbləri hələlik dəqiq bilinmir. Onlar bunun ekspertizanın rəyindən sonra məlum olacağını söylədilər. Əməkdaşımızın apardığı müşahidələr zamanı məlum olub ki, məktəb binası köhnə olduğu üçün yanğın zamanı binada təhlükəli vəziyyət yaranıb. Belə ki, yanğınsöndürən maşınların təzyiqlə vurduğu su şırnağı köhnə binanın divarlarına öz mənfi təsirini göstərib. Adi gözlə də görünür ki, binanın tam təhlükəsiz olması üçün onun əsaslı təmirə ehtiyacı var. Hazırda məktəb binasında dərslər keçirilmir və şagirdlər ora buraxılmır.
Xatırladaq ki, martın 10-da saat 17:30-da 67 saylı orta məktəbin binasında yanğın baş verib. Yanğın binanın 500 kv.metr ərazisini əhatə edib. Binanın dam örtüyü və 3-cü mərtəbə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Bu məktəbdə təxminən 2400 şagird üç növbədə təhsil alır. Məktəbin binası 1897-ci ildə inşa edilib.

Samir KAZIMLI

446 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008