12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

“SALYANI ÖZƏLLƏŞDİRİBLƏR”

2010-03-13

Əliağa Hüseynov: “Bunu edənlərdən biri rayon əmtəə-ticarət şöbəsinin sədridir”

“Salyan rayonunda bazarın sökülməsi və bizneslə məşğul olan rayon sakinlərinin təzyiqlərə məruz qalması barədə bəzi KİV-lərdə sifarişlə qərəzli yazılar dərc olunur”. Bunu APA-ya açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, rayonda bir-iki nəfər aparılan abadlıq işlərinə qara yaxmağa çalışır: «Salyanı özləri üçün özəlləşdirən insanlar olub. Məsələn, rayon əmtəə-ticarət şöbəsinin sədri. Bu yazıları da o yazdırır. Rayon əmtəə-ticarət şöbəsi həmin şəxsin qardaşlarından, qohum-əqrəbasından ibarətdir. Biz deyirik ki, camaata işləmək və yaşamaq üçün şərait yaratsınlar, bu da onların xoşuna gəlmir».
Ə.Hüseynovun sözlərinə görə, ticarətlə məşğul olan şəxslərə mağazalarının qarşısını abadlaşdırmaq tapşırılıb: «Bəzi şəxslər isə bunu iş adamlarına təzyiq kimi qələmə verirlər».
Ə.Hüseynov hər il Kür çayının daşması nəticəsində Salyan rayonunun mərkəzində evləri su basması ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün işlərin aparıldığını da bildirib.

Xəbər xidməti

1352 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008