13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

DÖVLƏT BAYRAĞI MEYDANINA GÖRƏ İKİ 9 MƏRTƏBƏ UÇURULACAQ

2010-03-13

İcra strukturları isə bu binalarda yaşayan sakinlərin hara köçürüləcəyini bilmir

Ötən ilin mayında köçürülən “Bayıl türməsi”nin yerləşdiyi ərazi indiyə qədər istifadəsiz qalıb. Geniş bir ərazini əhatə edən təcridxananın köçürülməsindən sonra onun binasının muzeyə çevriləcəyi ehtimal olunurdu. Lakin deyilənlər təsdiqini tapmadı. 10 ay keçməsinə baxmayaraq ərazidə heç bir iş görülməyib.

Üstəlik, türmənin köhnə, tarixi binası ilə də heç kim maraqlanmır. Həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeçiliyinə verilib. Odur ki, Bayıl təcridxanasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətə aid heç bir əmlak qalmayıb. Bundan əlavə, təcridxana binasının müəyyən hissəsində söküntü işləri aparılıb. Məlumdur ki, həbsxananın yaxınlığında Dövlət Bayrağı Meydanı yaradılıb. Redaksiyamıza daxil olan məlumata görə, Bayıl türməsinin binası bu yaxınlarda tamamilə söküləcək və əvvəlcədən də planlaşdırıldığı kimi, onun yerində park salınacaq.
Məlumatda bildirilir ki, köhnə bina Dövlət Bayrağı Meydanının görünüşünə xələl gətirir. Odur ki, ərazidə park salınması məqsədəuyğun addım kimi qərara alınıb. Hökumət qurumları isə köhnə türmənin taleyindən bixəbərdir və ərazi sahibsiz qalmaqdadır.
Bu məsələ ilə bağlı müraciət etdiyimiz BŞİH mətbuat xidmətini rəhbəri Nuranə Mərdanova bu barədə heç bir məlumatının olmadığını bildirdi: “Bildiyim qədər, ərazidə Dövlət Bayrağı Meydanı salınıb. Bayıl türməsinin yerində nə olacağı haqda isə məlumat yoxdur”.
Köhnə təcridxana Səbayel rayonunda yerləşir. Səbayel Rayon İcra Hakimiyyətinin (RİH) sözçüsü İsrafil Kərimov da qəzetimizə açıqlamasında ərazidə hansı tikinti işinin görüləcəyindən xəbərsiz olduğunu söylədi: “Türmənin yerində nə inşa olunacağını bilmirəm. Ancaq Dövlət Bayrağı Meydanına görə bu ərazidə iki 9 mərtəbəli yaşayış binasının söküləcəyi gözlənilir”.
Amma nə BŞİH-də, nə də Səbayel RİH-də o binaların sakinlərinin hara köçürüləcəyini bilən bir nəfərlə danışa bilmədik.
Xatırladaq ki, Bayıl türməsi hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı 1 saylı İstintaq Təcridxanası adlanır. Kürdəxanı-Zabrat yolu yaxınlığındakı göl qurudularaq orada yeni təcridxana tikilib. Qeyd edək ki, 1840-70-ci illər arasında tikilən Bayıl türməsinin binasından əvvəllər at tövləsi kimi istifadə olunub. XIX əsrin sonlarında isə bu binada atlarla yanaşı məhbuslar da saxlanırdı.

Emil SALAMOĞLU

904 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008