 |
Ölkə
ÇİNLİLƏRİN AZƏRBAYCANDAKI “KRIŞASI” NAZİR-OLİQARXDIR 2010-03-13 Gizli immiqrant biznesini himayə edən məmurun adı bu yazıda açılır
|
Bir neçə gün öncədən başlayaraq Bakıdakı Çin masaj salonlarında kütləvi yoxlamalar aparılır. Məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları Çin vətəndaşları ilə bağlı paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən masaj salonlarında reydlər keçiriblər. Reydlərin nəticəsi olaraq “Çin masajı” salonunda çalışan 5 qadın masajçı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları mütəmadi olaraq xarici vətəndaşlarla bağlı bu cür araşdırmalar aparır: “Əgər həmin şəxslərin ölkədə yaşamasına dair və digər sənədlərində çatışmazlıq varsa, barələrində müvafiq tədbirlər görülür. Onlar hətta ölkədən də çıxarılır”. Əməkdaşlarımız paytaxtın bir neçə Çin masajı salonuna baş çəkib, maraqlı faktlar ortaya çıxarıblar. Diqqəti ilk öncə cəlb edən çinlilərin çox baha qiymətə xidmət göstərmələridir. Çin salonunda 10 dəqiqəlik xidmət 10 manata başa gəlir! Məlumat üçün bildirək ki, belə masaj salonlarında çalışan çinli qızların hamısı Azərbaycana əməkçi miqrant kimi gəlməyiblər. Onların arasında turist kimi gələrək sauna-masaj salonlarında müvəqqəti “xidmət” göstərməklə məşğul olanlar daha çoxdur. Çin masaj salonlarında çinli qızların göstərdiyi digər “xidmətlərin” qiymətinin azərbaycanlılarla müqayisədə ucuz olması müştəriləri cəlb edən əsas məsələdir. “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev çinlilərin çalışdığı salonların sahiblərinin heç zaman məsuliyyətə cəlb olunmadığını önə çəkib. Ekspertin fikrincə, çinliləri işə götürən təşkilatlar rüsum ödəmirlər: “Beləcə, 50 milyon manata yaxın pul büdcədən yayınır. Buna səbəb də korrupsiyadır”. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, çinlilərin Azərbaycanda qeyri-qanuni əmək fəaliyyəti göstərməsi heç də onların işlərini gizli qura bilmələri kimi başa düşülməməlidir. Onları çox güclü bir qüvvə himayə edir. Təbii ki, burada söhbət milyonlarla manat gəlir əldə etməkdən gedir. Bu barədə bizi məlumatlandıran bir mənbənin deməsinə görə, Bakıdakı Çin salonları şəbəkə xarakterlidir: “Təkcə masaj salonları deyil, ümumiyyətlə, Bakıya üz tutan və burada bizneslə məşğul olan çinlilər vahid bir qüvvə tərəfindən himayə olunur. Çinlilərin Bakıya axını razılaşdırılmış bir məsələdir. Çinlilər əsasən turist adı altında və bir də ölkəsində yaşaya bilmədiyi üçün Azərbaycana pənah gətirən insan kimi daxil olurlar. Beynəlxalq normalara görə, Azərbaycana gələrək, pənah gətirdiyini deyən adamı ölkəyə buraxmamaq mümkün deyil. Çünki Azərbaycan İnsan Haqlarına dair Beynəlxalq Xartiyaya qoşulub, ona görə bu normaya əməl etməlidir. Çinlilər Azərbaycana gələndən sonra onları himayə edən şəbəkəyə qoşulur və bəlli şərtlərə əməl edərək çalışırlar. Bu gün onlar metroda, paytaxt küçələrində çox sərbəst şəkildə ticarətlə məşğul olurlar. -Çin salonlarında çalışanların saxlanılmasının arxasında qruplaşmalar arasında gedən mübarizə durur. Çinliləri çalışdıran şəbəkənin başında nazir-oliqarxlardan birinə yaxın olan adam durur. Bu səbəbdən də onun himayə etdiyi şəbəkəyə hərdən ”ilişirlər". Mənbəmiz iddia edir ki, çinliləri himayə edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yaxınlarıdır: “Çinlilərin əmək fəaliyyətini təşkil edən və bundan qazanan şəbəkənin rəhbəri Nazim İbrahimovun adamıdır”. Qarşı tərəfi dinləməyə hazırıq. Tofiq ƏHMƏDLİ 1737 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|