13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ÜÇMƏRTƏBƏLİ KÖRPÜ XƏBƏRİ TƏSDİQİNİ TAPDI

2010-03-13

Namiq Həsənov: “Gələcəkdə belə bir qurğunun tikilməsi nəzərdə tutulub”

Bakıda üçmərtəbəli nəhəng bir körpü inşa olunacaq. Bu barədə qəzetimizin ötən saylarının birində xəbər vermişdik. Məlumatı verən mənbə bildirmişdi ki, körpünün “Gənclik” metrosunun yaxınlığında inşa olunacağı nəzərdə tutulub. Körpü-tunel kompleksinin inşa edilməsi “Akkord” tikinti şirkəti tərəfindən həyata keçiriləcək.

Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənova “Yeni Müsavat”a açıqlamasında yazdığımız xəbəri təsdiqlədi: “Həmin ərazilərdə körpü tikilməsi gələcək planlarımıza daxildir. Hazırda bu barədə hələlik konkret məlumat verə bilmərəm. Çünki körpünün necə, smeta dəyərinin nə qədər olacağı haqda dəqiq məlumatım yoxdur. Amma bu ərazidə belə bir körpünün tikilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsinə nə zaman başlanacağı da məlum deyil”.
Xatırladaq ki, layihəyə yeraltı tunellərin salınması da əlavə olunub. Mənbə qeyd etmişdi ki, inşa olunacaq körpünün bir neçə milyon manatlıq dəyəri var. Üçmərtəbəli körpü dörd istiqamətə - “Nərimanov” metrosu, Təbriz (Çapayev) küçəsi, 7-ci mikrorayon və Azadlıq prospektinə açılacaq. Bu barədə məlumat verən qaynaqlar bildirmişdi ki, körpünün tikilməsində əsas məqsəd paytaxtın həmin ərazisində tıxac problemini aradan qaldırmaqdır. Əldə etdiyimiz məlumata görə, körpü-tunel kompleksi Cənubi Qafqazda analoqu olmayan bir layihə olacaq. Belə körpülər dünyanın yalnız bəzi nəhəng şəhərlərində var.

Emil SALAMOĞLU

1047 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008