13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

JURNALİSTLƏR BU DƏFƏ DƏ ƏFV FƏRMANINA DÜŞMƏYƏCƏK?

2010-03-13

Hüquq müdafiəçiləri onlarla bağlı ölkə başçısına müraciət etməyə hazırlaşır

Kütləvi informasiya vasitələri bir neçə gündür ki, Novruz bayramı ərəfəsində əfv fərmanının veriləcəyi barədə məlumatlar yayır. Lakin həbsdə olan baş redaktorların və bloggerlərin budəfəki əfvə düşəcəyinə ümidlər aşağı qiymətləndirilir. Çünki onlar hakimiyyətə yarınmaq üçün əfv ərizəsi yazmaqdan imtina ediblər. Məhbus redaktorlar Eynulla Fətullayev və Qənimət Zahid əfv üçün müraciət etməyəcəklərini bir daha bildiriblər.

Bu barədə “Yeni Müsavat”a onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib. Lakin o bildirib ki, redaktorların əfv üçün müraciət etməməsi onların adlarının əfv fərmanına düşməməsi üçün ola bilməz: “Onlar müraciət etməyəcəklər. Çünki heç bir cinayət törətməyiblər. Həm də əfv olunmaq üçün onların müraciət etməsi mütləq tələb olunmur. Əsasnaməyə görə, müraciəti məhbus özü də edə bilər, beynəlxalq təşkilatlar da”.
Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva isə bildirib ki, nə özü, nə də Q.Zahid əfv üçün müraciət etməyəcəklər: “Qənimət heç bir günah işlətməyib, qondarma ittihamla həbs olunub. O, heç bir zaman əfv ərizəsi yazmayacaq”. Bunula belə, A.Mürsəliyeva düşünür ki, əfv ərizəsi yazmasa belə, Q.Zahid əfv fərmanına düşə bilər: “İstəsələr, onu azadlığa buraxa bilərlər. Bu, hakimiyyətin, dövlət başçısının səlahiyyətindədir ”.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətulayevin atası Emin Fətullayev də əfv üçün müraciət etmək fikrində deyil. Emin Fətullayev oğlunun Novruz əfvinə düşməyəcəyini də bildirib: “Bu, Eynullaya aid məsələ deyil. Onu əfvə salmaq istəsəydilər, belə çirkin iş açmazdılar”.
Həbsdə olan iki bloqçunun müdafiə komitəsinin koordinatoru Erkin Qədirli isə “Azadlıq” radiosuna deyib ki, artıq Apelyasiya Məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş sayılır və Adnan Hacızadənin və Emin Millinin əfvini hüquq müdafiəçiləri, ombudsman, yaxud başqa institutlar gündəmə gətirə bilər. Onun sözlərinə görə, bloqçuların özləri bunun üçün müraciət etməyib.
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə isə “Yeni Müsavat”a bildirib ki, onların Əfv Komissiyasına göndərdikləri siyahıda iki baş redaktorun və iki bloggerin də adları var. O həmçinin qeyd edib ki, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna daxil olan hüquq müdafiəçiləri bir neçə günə dövlət başçısına əfvlə bağlı müraciət edəcəklər və müraciətdə həmin şəxslərin əfvi xahiş ediləcək.
Qeyd edək ki, ötən ilin dekabrında prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. 99 nəfərə şamil edilən sərəncama əsasən, yalnız bir jurnalist - “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov əfv edilib.

R.RƏFİYEVA

380 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008