13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

BAYRAQ MEYDANI YÜZLƏRLƏ AİLƏNİ EVSİZ QOYACAQ

2010-03-14

Bayılda inşaat işləri ilə bağlı daha bir məktəb söküləcək; sakinlərə isə kompensasiya təklif edilməyib

“Bir dəfə gəlib Bakı meriyasından bu barədə bizə xəbərdarlıq ediblər. Sonra onlardan səs-səda çıxmadı. Bizi köçürəcəklərsə, bunu sivil şəkildə həyata keçirsinlər. Dövlətə qarşı çıxmırıq. Ancaq bizim də başımıza Füzuli küçəsinin sakinlərinin aqibəti gətirilməsin. Keçən il yaxınlığımızdakı Mehdiyev küçəsində 8 ailəni küçəyə atdılar. Hələ 123 qaraj da dağıtdılar. Əgər dünyada analoqu olmayan bayraq ucaldılırsa, sakinlərə də analoqsuz kompensasiya versinlər”.

Bunu Bayılda inşa edilən Dövlət Bayrağı Meydanı ilə bağlı yazı hazırlayarkən bizə M.Mustafayev küçəsindəki 10-cu binanın sakini Rüfət söylədi. Onun sözlərinə görə, hökumətin nəhəng Dövlət Bayrağı Meydanı layihəsi ərazidəki xeyli sayda tikilinin uçurulması ilə nəticələnəcək. Özəlliklə ərazidəki iki 9 mərtəbəli yaşayış binası da söküləcək tikililər siyahısına daxil edilib. Binaların köçürülmə məsələsi yüzlərlə ailənin evindən deportasiya olunmasına səbəb olacaq.
Ərazidə olarkən sakinlərin təlaş içində, yaxınlıqdakı bəzi tikililərin isə sökhasök ərəfəsində olduğunu öyrəndik. Bayraq meydanı ilə əlaqədar ötən ilin yayında köçürülən Bayıl türməsinin ərazisində indi itlər ulaşır. Köhnə türmənin həyətində heç bir iş görülmədiyinin şahidi olduq. Hərçənd burda park salınacağı ehtimal olunurdu. Türmə binasının içəri hissəsi dağıdılıb, digər hissələri qəzalı vəziyyətdə saxlanıb. Meydanın tikintisi isə qızğın gedir. Burda işləyən fəhlə və iş icraçılarının əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Onlardan da öyrənirik ki, yaxınlıqdakı 9 mərtəbələr yerlə-yeksan ediləcək. Amma dəqiq vaxt bəlli deyil.
Binalardan biri yeni tikildiyindən sakinlər mənzillərindən köçmək istəmir. Əhməd adlı sakin isə meriyanın atacağı addıma “afərin” deyə istehza edir: “Qardaş, elə danışırsan guya Hacıbala birinci dəfədir ev yıxır. Bu adamların ağlına bir fikir gəldisə, Bakını tərsinə çevirəcəklər. Binaların söküləcəyini deyiblər. Amma yaxın aylarda baş tutacağına inanmıram. Çünki vətəndaşa 1 il əvvəl xəbərdarlıq etmək əvəzinə elə həmin gün mənzilləri boşaltmağı tələb edirlər”.
Nüsrət adlı digər sakin yeni binaların sökülməsinə heyfsilənir: “Bizimlə hələ ciddi söhbət aparmayıblar. Odur ki, kompensasiya və digər məsələlər qeyri-müəyyən olaraq qalır. Heyf ki, bu cür təzə tikilmiş binaları uçuracaqlar”.
Ərazidəki qarajda işləyən Səlim kişi isə onların Qaradağ, Səngəçal ətraflarına köçürülmə xəbərini eşitdiyini deyir: “Hərə bir söz danışır. Gah deyirlər Ələtə, Qaradağa, gah da Səngəçala köçürüləcəyimizi deyirlər. Biz kənar ərazilərə gedən deyilik. Kompensasiyanı bazar qiymətlərinə uyğun tələb edəcəyik”.
Bayraq meydanı ucbatından yaxınlıqdakı 49 saylı orta məktəbin də tezliklə söküləcəyini öyrəndik. Bu xəbəri şagirdlər də təsdiqlədi. Onların sözlərinə görə, məktəb söküləndən sonra ərazi genişlənəcək. Üstəlik, məktəb binasının bərbad görkəmi bayrağın dekorasiyasını poza bilər. Məktəbin hara köçürüləcəyi məlum deyil. Şagirdlər təhsillərini hansı təhsil müəssisəsində davam etdirəcəklərini bilmir. Ola bilsin ki, yeni ərazidə məktəb inşa olunsun.
Söküntü ilə bağlı məktəb binasında məskunlaşmış köçkünlər də təlaş keçirir. Onlar uzun illərdir məktəbin 2 otağında yaşayır. Amma buradan daha yaxşı yerə köçürüləcəklərinə də ümid edirlər. Xatırladaq ki, Səbayel Rayon İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov qəzetimizə açıqlamasında ərazidəki iki 9 mərtəbənin söküləcəyini təsdiqləyib.

Emil SALAMOĞLU

828 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

ARXIV

Yeni MÜSAVAT © 2008