13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ÖLKƏDƏKİ TİBB MÜƏSSİSƏLƏRİNİN ƏKSƏRİYYƏTİ YARARSIZDIR

2010-03-14

Mütəxəssislərin fikrincə, xidmətin aşağı səviyyəsi insanların həyatını təhlükədə qoyur, ölüm hallarının sayını artırır

Ölkədəki əksər tibb müəssisələrinin yararsız və bərbad vəziyyətdə olması ilə bağlı mətbuatda müntəzəm olaraq faktlar yer alır. Rayonlardakı səhiyyə ocaqlarında vəziyyət isə xüsusilə acınacaqlıdır. Bir neçə gün əvvəl Salyanda oğlu bıçaqlanaraq öldürülən Müsavat Partiyası rayon təşkilatının sədri Mirzağa Axundlu da “Yeni Müsavat”ın əməkdaşı ilə söhbəti zamanı rayon xəstəxanasındakı biabırçılıqdan söz açmışdı.

M.Axundlu oğlu Ramilin ölümündə həkimlərin də günahının olduğunu, onların yaralıya gec yardım etdiyini deyib: “Oğlum bıçaqlanan gün rayon mərkəzi xəstəxanasında bircə həkim tapa bilmədik. Ramil təcili olaraq əməliyyat olunmalı idi. Təxminən yarım saatdan sonra cərrah gəldi. Bundan sonra dərman tapılmadı. Rayon apteklərindən dərman tapıb gəlincə isə iş-işdən keçmişdi. Həkimlər dedi ki, çox qan itirib, əməliyyatdan sağ çıxması çətin məsələdir”...
Qeyd edək ki, hər il tibb müəssisələrinin təmirinə külli miqdarda pul ayrılır. Təkcə 2009-cu ildə səhiyyə müəssisələrinin tikinti və təmirinə 95 milyon manat vəsait ayrılıb. Professor Adil Qeybulla isə bildirir ki, əksər tibb ocaqlarında tibbi xidmətin səviyyəsi keyfiyyətsiz və aşağıdır: “Xüsusilə kənd yerlərində təcili yardım xidməti qənaətbəxş deyil. Bir çox xəstəxanalarda müəyyən səhlənkarlıqlar var. Bu isə ağır xəstələrin həyatını xilas etmək şansını xeyli aşağı salır. Həmçinin tibb müəssisələrinin bir çoxunun texniki baxımından vəziyyəti yaxşı deyil”.
Həkimin fikrincə, təxirəsalınmaz yardımın keyfiyyəti xəstənin həyatını qurtarmaq üçün çox önəmlidir: “İlk tibbi yardımı nə qədər tez və keyfiyyətli göstərilsə, xəstənin həyatda qalma şansı bir o qədər böyük olar”.
“Himayədar” qeyri-hökumət təşkilatının rəhbəri Himayət Rizvanqızı əksər tibb müəssisələrinin təmirsiz və sanitar normalara uyğun olmadığını qeyd edir. Onun sözlərinə görə, rayonlarda yaşayış məntəqələrinin 35-40 faizində tibb müəssisələri yoxdur. Bu səbəbdən əhalinin tibbi xidmətə çıxışı olduqca çətindir. H.Rizvanqızı qadın məsləhətxanalarının da vəziyyətinin pis olduğu qənaətindədir. Onun sözlərinə görə, iki il əvvəl Quba, Tovuz və Lənkəran rayonlarında apardığı monitorinq zamanı tibb müəssisələrinin vəziyyətinin aşağı olduğu aşkarlanıb: “Həmin müəssisələrdə dərman preparatları ilə də təminat, tibbi aparatlar yoxdur. Xəstələrin müayinə imkanları həddən artıq aşağıdır. Həkimlərin ixtisası, peşəkarlıq səviyyəsi də çox aşağıdır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirildi ki, ölkədəki əksər tibb müəssisələrinin təmirə ehtiyacı var. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, son dörd ildə 400-ə yaxın tibb müəssisəsi yenidən qurulsa və təmir edilsə də, təmirsiz tibb ocaqları qalmaqdadır: “Ötən il 63 tibb müəssisəsi yenidən tikilib və təmir olunub. Nazirlik bununla bağlı hər il qrafik tutur. Nəinki rayonlarda, hətta Bakının özündə də çox bərbad halda olan tibb müəssisələri var”. Nazirlik sözçüsünün sözlərinə görə, təmirə ehtiyacı olan müəssisələr növbə ilə təmir olunacaq.

R.QURBANLI

428 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008