13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏKİ BİNALARIN SAKİNLƏRİNƏ “ATIBLAR”

2010-03-14

Binaların yalnız yola baxan hissəsinin fasadı yenilənib; ortada ciddi yeyinti faktı var

2008-ci ildə tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fasadlarının təmizlənməsi və işıqlandırılmasına 15 milyon manat xərclənib. Ümumilikdə 2008-2009-cu illərdə bu istiqamətə 31 milyon manat sərf olunub. Bu vəsaitin bir hissəsi də Heydər Əliyev prospektinin payına düşür. Ayrılan 31 milyonun nəticəsini araşdırmaq üçün sözügedən ünvana yollandıq. Son vaxtlar fasadı dəyişilən bu binalar tamamilə keyfiyyətsiz və yarımçıq təmir edilib. Hətta eyvanların altı kənardan görünmədiyi üçün ora əvvəlki vəziyyətində qalıb.

Bina sakinləri əraziyə baxış keçirdiyimizi görüb bizə yaxınlaşdılar. Bildirdilər ki, binanın fasadı 1 il öncə dəyişdirilib. Ancaq bu təmirin onlar üçün əhəmiyyətli olmadığını dedilər.
Bina sakini Şıxızadə Ataməlikin dediyinə görə, bütün aidiyyəti idarələrə müraciət ediblər. Ancaq gəlib baxan yoxdur: “Bu binalarda görülən işlər tamamilə biabırçı vəziyyətdədir. Köhnə bundan dəfələrlə yaxşı idi. Gəlin binanın içəri tərəfindən sizə təhlükəli yerləri göstərəcəm. Görəcəksiniz ki, ora nə vəziyyətdədir. Bax, bu boru (novalçanı göstərir-TT) tamam dağılıb. Yağış yağanda su evin içinə qədər tökülür. Binanın fasadını dəyişəndə köhnələri yeniləri ilə əvəzlədilər. Burada da bir saxtakarlığa yol verdilər. Binanın fasadlı tərəfinə həm görünüşü, həm də keyfiyyəti yaxşı olan nov qoyublar. Ancaq fasadsız tərəfə plastmasdan olan ”kitayiski" novlar qoyublar. Ona görə də, tez bir zamanda nov sıradan çıxıb. Bir də görəcəksiniz ki, kiminsə başına düşdü. Dəfələrlə icra hakimiyyətinə, aidiyyəti qurumlara buradakı biabırçılıqlarla bağlı məlumat vermişik. Gəlib baxıb, heç nə etmədən çıxıb gediblər. Bəs indi biz kimə şikayət edək? Hara gedək? Belə şey heç yerdə görünməyib".
Binanın yarımçıq fasadlanmasını sakinlər korrupsiya adlandırdı. Bildirdilər ki, buradakı 1 daşın qiyməti 20 manatdır və fasadlanmamış tərəfdən onlar külli-miqdarda pul mənimsəyiblər. Nərmin Şirinova aylarca toz-torpaq içində boğulduqlarını, lakin ortaya fərli bir işin çıxmadığını dedi: “Bizə maraqlıdır ki, fasadın yenilənməsi bizə lazımdır, yoxsa yoldan keçənlərə? Təsəvvür edirsiniz, binanın əks tərəfi ovulub tökülür. Bir neçə kanalizasiya xətlərini söküb, binanın içəri tərəfinə çəkdilər. Ondan sonra hər həftə borularda problemlər yaranır. Büdcədən vəsait ayrılanda deməyiblər ki, binaların görünən hissəsini təmir edin, görünməyən hissəsini saxlayın. Rüşvətxorluq baş alıb gedir. Fasadı əslində ona görə ediblər ki, prezident bu yolu keçəndə gözünə xoş görünsün. Sonra da mühazirələrində desin ki, inkişaf edirik. Budur inkişaf?”
Plastik pəncərələrin pulu yeyilib
Binaların fasadının dəyişilməsinə plastik pəncərələr də daxil idi. Ancaq bir dənə də olsun pəncərə dəyişdirilməyib, deyə Emil Sadıqov adlı başqa bir sakin bildirdi: “Gəlin baxın, bir dənə də olsun pəncərə dəyişdirilməyib. Bəs pəncərənin pulları hara gedib? Fasadların dəyişdirilməsində nöqsanlar çoxdur. Kənardan baxana gözəl, keyfiyyətli görünür. Ancaq yaxına gələndə necə biabırçı vəziyyətdə olması bəlli olur. Bu yol əsas magistral yol olduğu üçün fasadlanıb, bu, aydındır. Bəs ən azından Heydər Əliyevin adını daşıyan bir yerin bu cür yarı-yarımçıq, keyfiyyətsiz olması bizə aydın olmur. Əgər bir işə başlayırlarsa, tam etsinlər də. Etməyəcəklərsə bizi niyə tozun-torpağın içində boğurlar?”
Burada ofis sahibi olan keçmiş polis işçisi İslam Mehmanoğlu da bizə danışdı: “Bilirsiniz də, bura Azərbaycandır. Ölkədə nə qanun var, nə qayda. Məmurlar öz evlərini belə yarımçıq tikərlər? Əsla etməzlər. Buna bir də gözaldatma deyirlər. Camaat kənardan baxır, elə bilir saraydır. Daha demirlər ki, üstü bəzəkdir, içi təzək”.
Prospektdə diqqət çəkən binalardan biri də, Heydər Əliyev prospekti 72 oldu. Bu bina digər binalardan fasad örtüyü ilə fərqlənir. Digər binaların fasadı daşdan olsa da, bu binada plastik lambrindən ibarətdir. Bina sakinləri bildirdi ki, bundan öncəki lambrinlər sökülüb dağıldığından yeniləyirlər: “Biz başa düşə bilmirik, digər binanın fasadlarını niyə daşdan, bunu isə plastikadan edirlər. Bundan öncə çəkilən fasad külək nəticəsində söküldü. İndi yenə plastikadan edirlər”.
Binaların fasadlarını yeniləyən idarənin ərazidəki ofisinə də baş çəkdik. Amma orada adam olmadığı üçün mövqelərini öyrənə bilmədik.

Türkan TURAN

683 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008