13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

BAKI TƏCİLİ YARDIM STANSİYASINA QARŞI BÖYÜK YEYİNTİ İDDİASI

2010-03-14

Stansiyanın sabiq işçisi: “Ayrılan vəsait mənimsənilib, maşınlar yararsız, avadanlıqlar isə işləmir”
Baş həkim müavini: “Bunu deyən adamı dövlət əleyhinə fəaliyyət apardığına görə işdən çıxarmışıq”

“Bakı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (BTTTYS) külli miqdarda pul yeyilib”. Bu barədə qəzetimizə stansiyada həkim işləmiş, 2008-ci ildən pensiya yaşı ilə əlaqədar işdən uzaqlaşdırılmış Vaqif Zeynalov bildirib. Onun sözlərinə görə, 2008-ci ildə stansiyaya Türkiyədən 150 təcili yardım maşını gətirilib. Bu 150 maşın üçün, nə az, nə çox, 12 milyon manat xərclənib. Bu isə bir maşının 80 min manata başa gəlməsi deməkdir. Maşınların Türkiyədə yığıldığını deyən həkim bildirir ki, stansiyaya maşın almaq üçün yenidən 7 milyon manat pul ayrılıb. Hər birini 80 min manatdan hesabladıqda ikinci tranşda təxminən 80 maşının gətiriləcəyi gözlənilir.

Həmsöhbətimizin açıqlamasına görə, əslində həmin maşınların real dəyəri uzağı 20-30 min manatdır: “Maşınlar dəmirdən yox, plastmasdandı, təzədi, yüngüldü, amma olduqca keyfiyyətsizdi. Əvvəla, onun içində oturub yol gedəndə adamın ürəyi bulanır, qusmaq tutur. İkincisi, maşınlar lazımı tibbi avadanlıqla təchiz olunub, amma həmin avadanlıqlar işləmir. Üçüncüsü, salonda bir dənə pəncərə yoxdur. Xəstəyə hava vermək üçün gərək maşın yolda saxlansın, qapılar açılsın. Ümumiyyətlə, o maşınlar xəstə üçün qətiyyən yaramır”.
V.Zeynalov bildirdi ki, alınan maşınların böyüyü də, balacası da var və böyüklər balacalardan daha keyfiyyətlidir. Lakin stansiyaya cəmi bir dənə böyük maşın gətirilib. Keçmiş stansiya əməkdaşının sözlərinə görə, bizdə təcili yardım maşını kimi istifadə olunan həmin balaca avtomobillərdən Türkiyədə ancaq ərzaq daşımaq üçün istifadə olunur.
Bakıda bir stansiyaya artıqlaması ilə maşın alındığı halda, rayonlarda bu sahədə vəziyyət olduqca ağırdır. Hətta elə rayon var ki, onun təcili tibbi yardım stansiyasında lazım olandan bir neçə dəfə az maşın var. T.Zeynalovun bildirdiyinə görə, BTTTYS-ə yeni maşınlar gətiriləndən sonra buradakı Rusiya istehsalı olan köhnə maşınlar rayonlara verilib.
Həmsöhbətimizin açıqladığı daha bir fakt stansiyanın baş həkimi Mürsəl Həmidovun qanunsuz özəlləşdirmə əməliyyatı barədə oldu. V.Zeynalov bildirir ki, tibbi xidmət pulsuz elan olunandan sonra M.Həmidov 21-ci köməkçi stansiyanı özəlləşdirib: “Ora baş həkim isə əsas stansiyada feldşer işləyən adamı təyin etdi. Həmin stansiya xəstələrə yardım etmir. Ancaq ki, meyitlərə iylənməmək üçün farmalin vurmaqla məşğuldur. Bu işi 80 manata görürlər. Yaxud da ölü yiyəsinin istəyinə uyğun olaraq meyitləri məscidə aparırlar. Bunun üçün də 80 manat haqq alırlar. Meyiti rayona aparmaq üçün isə 200-500 manat arası pul alırlar ölü sahibindən. Ən pisi isə odur ki, bütün bunların qeydiyyatı aparılmır, dövlətə heç bir vergi ödənmir”. V.Zeynalovun sözlərinə görə, pensiya haqqında qanunvericiliyə dəyişikliklər ediləndən sonra 2006-cı ildən yaşlı həkimləri işdən çıxarmağa başlayıblar. Hazırda isə stansiyaya yeni işçilər rüşvətlə götürülür: “Həkimləri 5-6 min manata, orta tibb işçiləri isə 2-3 min manata. Bundan əlavə, hər ay həkimlərin əməkhaqqından 20 manat, tibb bacılarından isə 10 manat kəsilir. Adını qoyurlar ki, müəssisənin fonduna yığılır. Guya lazım gələndə təmir işləri aparmaq üçün istifadə olunur. Hamı bilir ki, təmir üçün dövlətdən pul ayrılır”.
BTTTYS-nin müdir müavini Suğra Bəşirova isə V.Zeynalovun dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, respublika üzrə təcili tibbi xidmətin yaxşılaşdırılması məqsədilə bir dəfə 12 milyon manat, bir dəfə 7 milyon manat, bir dəfə də 6 milyon manat vəsait ayrılıb: “Almaniyada sanitar avtomobillər hazırlanan zavoda sifariş vermişik. Oradan dövlət tərəfindən alınan maşınlar həm Bakıya, həmdə regionlara verilir. O maşınların salonunda kondinsioner olduğu üçün pəncərəsi yoxdur. Maşınların salonunda ən müasir avadanlıqlar var”. S.Bəşirova maşınlardakı avadanlıqların keyfiyyətli olduğunu bildirdi. Baş həkim müavini onu da qeyd etdi ki, təcili yardımda dövlətin büdcə vəsaiti hesabına təmirə ən çox periferik stansiyalar məruz qalıb. Onlar da təmirdən sonra ən müasir avadanlıqlarla təchiz edilib: “Bütün bunlar üçün vəsaitlər həmin o 12 milyon manatdan ayrılıb. Elə köməkçi stansiyalar da var ki, özləri abadlaşdırma işi aparırlar, öz şəraitlərini yaxşılaşdırırlar. Bunun bizə dəxli yoxdur, özləri bilər”. Pensiya yaşına çatanların işdən çıxarılmasına gəlincə, Suğra xanım bildirdi ki, işini bilməyən, fiziki cəhətdən sağlam vəziyyətdə olmayan həkimlər həqiqətən də uzaqlaşdırılıb işdən: “80 yaşında qoca qadının təcili yardımda nə işi var? Biz qeyri-rəsmi olaraq belə bir məsələ qoymuşuq ki, 40 yaşından yuxarı olanlar təcili yardıma qəbul olunmasın. Çünki fövqəladə hallar zamanı çevik adamlara ehtiyac var”.
S.Bəşirova bildirdi ki, V.Zeynalovun işdən çıxarılmasına səbəb onun iş yoldaşları ilə qruplaşma yaradıb dövlət əleyhinə fəaliyyət göstərməsidir. Müdir müavini həmçinin qeyd etdi ki, həmin qruplaşmanı dağıtmaq üçün işçilərin hərəsini bir köməkçi stansiyaya göndəriblər, V.Zeynalov isə bununla razılaşmayaraq işə gəlməkdən imtina edib.
21-ci köməkçi stansiyanın özəlləşdirilməsinə gəlincə, S.Bəşirova bildirdi ki, həmin stansiya hazırda yardım servis xidməti kimi fəaliyyət göstərir: “Bu qurum Tarif Şurası tərəfindən təyin olunmuş rüsumlarla xidmət göstərir”.

HƏBİBƏ

475 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008