13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

İLHAM ƏLİYEV VARLILARI KASIBLARA ƏL TUTMAĞA ÇAĞIRDI

2010-03-14

“2010-cu il üçün nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. Bunu etmək üçün bütün imkanlar var. Dövlət Proqramının icrası dövlət büdcəsi xərclərində də öz əksini tapır. Büdcə, bu ilə nəzərdə tutulmuş xərclər çox konservativ şəkildə təmin edilib. Bizim hələ böyük ehtiyatımız var. Ona görə də problemlərin həlli üçün maliyyə mənbələri var və maliyyə vaxtında açılacaq”.

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində deyib: “Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcək. Yerli icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalıdır. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Buna ehtiyac yoxdur... Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısını almaq vacibdir. Biz müasir uçot sisteminə keçirik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə, sahibkarlar da öz borcunu yerinə yetirməli, vergiləri vaxtında ödəməlidir”.
Sahibkarları sosial təşəbbüslərə daha fəal qoşulmağa çağıran prezident Azərbaycanda çox böyük, yəni transmilli mahiyyət daşıyan şirkətlərin olduğunu, onların sosial məsələlərin həllində də iştirakının həm iş adamlarına mənəvi qida verəcəyini, həm də ölkənin inkişafına dəstək ola biləcəyini deyib: “Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salır. İstərdim ki, bu işlər başqa sahələrdə də görülsün. Bu işlər məcburi xarakter daşıya bilməz. Ancaq hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsa, yaxşı olar”.

Xəbər xidməti

973 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008