 |
Ölkə
AZƏRBAYCANDA 150-yə YAXIN GENERAL VAR 2010-03-14
|
Məsəl var, deyərlər ki, general olmaq istəməyən əsgər pis əsgərdir. Belə çıxır ki, general olmaq istəyən əsgər də yaxşı əsgərdir. Ancaq general olmaq asan məsələ deyil. General olandan sonra bu rütbəni, adı daşımaq da çətindir. Biz generalların poqonlarının biabırçılıqla söküldüyü bir dövrdə yaşayırıq. Məsələn, ötən ay Rusiyanın Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən prezident Dmitri Medvedyev işdə yol verdikləri nöqsanlara görə 17 generalı bir gündə vəzifəsindən azad etdi. Bir gündə 17 general rüsvay oldu. Bu, böyük hadisəydi. Ancaq nəhəng dövlət olan Rusiyada generalların sayı-hesabı olmadığından bu, gözə görünmədi. Dünya ölkələrinin isə az qala yarısının 17 generalı yoxdur. Azərbaycan o sırada deyil. Bizdə general çoxdur, sadəcə, onlar güc struturları üzrə paylanıblar. İstefada, ehtiyatda olan generallarımız da var. General rütbəsi daşıyan vətəndaşlarımızın sayı və yeri barədə apardığımız kiçik bir araşdırma ortaya çıxardı ki, bu gün Azərbaycanın güc nazirliklərində, dövlət strukturlarında 150-yə yaxın general çalışır və ya çalışıb. Azərbaycanda neçə general rütbəsi daşıyan dövlət işçisinin olduğunu öyrənmək üçün öncə ayrı-ayrı güc strukturlarının, dövlət idarələrinin internet ünvanlarına baş çəkdik. Yalnız Daxili İşlər Nazirliyinin saytının struktur bölməsində generalların sayına və adlarına rast gəldik. Bu dövlət qurumunda nazir, nazir müavinləri ilə yanaşı, idarə rəisləri də daxil olmaqla 11 general rütbəli işçi var. Ölkənin əsas güc strukturu olan Müdafiə Nazirliyinin internet saytı fəaliyyət göstərmir. Bununla belə, təxmini hesablamalara görə, nazir müavinləri və idarə rəisləri də daxil olmaqla bu qurumda 30-40 arası general fəaliyyət göstərir. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadədən aldığımız məlumata görə, bu strukturda 12 general rütbəsi daşıyan dövlət qulluqçusu var. Nazirliyin Penitensiar Xidmətinin mətbuat xidmətindən isə yalnız rəisin general rütbəsi daşıdığını dedilər. Respublika Prokurorluğunun sərəncamında neçə general (daha dəqiqi, general rütbəsinə identik olan müşavir) rütbəli işçinin olduğunu nə qurumun saytından, nə də mətbuat xidmətindən öyrənmək mümkün olmadı. “Daxili imkanlar hesabına” dəqiqləşdirdik ki, prokurorluqda 10-dan çox general rütbəli dövlət işçisi çalışır. Dövlət Sərhəd Xidmətində general maaşı alanların sayı 10-a yaxındır. Dövlət Miqrasiya Xidməti yaxın günlərdə yenidən güc strukturu kimi fəaliyyətə başladığından burada artıq bir general var. O, idarəyə rəhbərlik edən şəxsdir. Milli Təhlükəsizlik Nazirliyində çalışan generalların sayının açıqlanması dövlət və millət təhlükəsizliyinə zədə olmadığı üçün qeyd edək ki, adıçəkilən nazirlikdə 15-20 arası general rütbəli dövlət işçisi çalışır. Onların içərisində yaxın zamanlarda general-mayor rütbəsi alan yeganə qadın da var - Natəvan Mürvətova. 2001-ci ildə yaradılan Vergilər Nazirliyindəki müşavir rütbəsi general rütbəsinə uyğun gəlir. Bu nazirlikdə 15-dən çox general rütbəsi daşıyan dövlət qulluqçusunun çalışdığı güman olunur. Fövqəladə Hallar Nazirliyinin sərəncamında 12-15 arası general var. Bunlardan başqa, mülki işlərdə çalışan generallar da var. Həmin generalların bəziləri Ali Məhkəmədə çalışır. Prezidentin şəxsi mühafizəsinin rəisi də, onun tabe olduğu strukturun rəhbəri də general rütbəsi daşıyır. Hərbi ekspert Canmirzə Mirzəyevin fikrincə, Azərbaycan ordusuna NATO standartları tətbiq olunduqdan sonra general rütbələrinin azalacağını güman etmək olar. Onun sözlərinə görə, Avropa ölkələrində general rütbəsinə qiymət verilir: “Hollandiyada bu rütbəni alan adamın adını küçəyə verirlər. Liviyada ölkə prezidenti polkovnik rütbəsi daşıdığına görə ondan yuxarı heç kəsə hərbi rütbə verilmir”. Ü.Cəfərovun fikrincə, müharibə şəraitində yaşayan bir ölkədə generallar kabinetdə deyil, bu rütbəyə layiq olduqlarını döyüşdə sübut etməlidirlər. Bəzi generalların malik olduqları varidatın, eləcə də general seyfindən tapılan külli miqdarda pulun və qızıl-zinət əşyalarının isə bu yazıya dolayısı ilə dəxli var. Əgər hər bir general öz rütbəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etsə, onda vay o ölkənin halına. Görünür, Rusiyada o cür imiş deyə, prezident 17 generalı bir gündə sistemdən qovub. P.S. Yazı çapa gedərkən, ölkə başçısının daha bir şəxsə general-mayor rütbəsi verməsi barədə xəbər gəldi... Nailə RÖVŞƏNQIZI 833 dəfə baxılıb
|
[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ [11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB [11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR [11.02.2012] - DAHA BİR ADAM DONVURMADAN ÖLDÜ [11.02.2012] - BÖLGƏLƏR DƏ DONUR [11.02.2012] - BAKIDA İKİ DƏHŞƏTLİ AİLƏ ZORAKILIĞI [11.02.2012] - «EUROVİSİON-2012» ÜÇÜN 63 MLN. DOLLAR AYRILACAQ [10.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [10.02.2012] - ZÜLFÜQARLILARIN MƏHKƏMƏSİNDƏ LERİKLİ ÇOBANIN VİDEOETİRAFI MÜZAKİRƏ EDİLDİ [10.02.2012] - MƏHKƏMƏ ZEYNƏB XANLAROVANIN BACISI OĞLUNUN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [10.02.2012] - DÖVLƏT QURUMLARINDAN ŞAXTALI VƏ QARLI AÇIQLAMALAR ARXIV
|