|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Qazax rayonu, II Şıxlı kənd sakini, iki şəhid oğul atası Nəsib Hacıyev redaksiyamıza şikayət məktubu yazıb. O bildirir ki, şəhid atası kimi Şıxlı bələdiyyəsindən ona maşınların yuyulma sexi tikmək üçün 2004-cü ildə 100 kvadratmetr torpaq sahəsi satılıb. Şəhid atası bildirir ki, bütün normativ hüquqi aktların tələblərinə uyğun olaraq müvafiq icazə alıb, həmin sahədə sahibkarlıq obyekti tikdirib, obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd alıb. Lakin Qazax Rayon İcra Hakimiyyətindən gələnlər onun xüsusi mülkiyyətində olan obyekti dağıdıb. “İcra başçısı xüsusi mülkiyyətimdə olan sahibkarlıq obyektini əvəzi ödənilmədən, qiyməti hesablanmadan sökülməsinə dair 23.09.2009-cu il tarixli 2/68 saylı sərəncam verib. Bu sərəncam əsasında 17-20 oktyabr 2009-cu ildə obyekt texnika ilə dağıdıldı və torpağım zəbt olundu. Nəticədə mənə 20 min manat ziyan dəyib. Obyektin içindəki 5 min manatlıq əşyalar məhv edilib. Bununla konstitusiyanın 13, 29, 31, 59-cu, MPM-in 157.9, 169, 246-247-ci, Torpaq Məcəlləsinin 70, 84-cü maddələri üzrə hüquqlarım pozulub” - deyə şikayətlənən şəhid atası ailəsinin dolanışığı üçün açdığı tikinti obyektinin dağıntısından sonra sarsıntı keçirdiyini bildirib: “İki oğlum Murovda döyüşəndə ailəmin dolanışıq obyektini dağıdanlar hərəsi bir bəhanə ilə döyüşə getməkdən gizlənirdi. Ailəmə və uşaqlarıma beləmi qiymət verilir? Xüsusi mülkiyyətimi dağıdıb mənə ziyan vuran icra başçısı, görəsən, bunun məsuliyyətini hiss etmirmi?” SEVİL 559 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR |
| Yeni MÜSAVAT © 2008 |
|